Özəl sektor işçilərinin gəlir vergisi qaydası

posted in: Xəbər | 0

Qeyri-neft sektorunda çalışan işçinin yekun hesablanmış aylıq gəlir məbləği 2.500 manatdan çox olarsa, ona vergi güzəşti hansı qaydada tətbiq ediləcək? Məsələn, işdən çıxan işçinin yekun hesablanmış cəmi əməkhaqqı 2.900 manat (istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği – 1.400 manat, əməkhaqqı – 1.500 manat) olub. İşçi məcburi köçkün olduğu üçün onun 100 manat da əlavə güzəşt hüququ vardır. Belə olan halda, gəlir vergisi necə hesablanacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 2.500 manatadək olduqda 3 faiz, 2.500 manatdan 8.000 manatadək olduqda 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi, 8.000 manatdan çox olduqda 625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi qədər tutulur. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

Həmçinin, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil olunmur.

Sorğuya cavab olaraq bildirilib ki, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əməkhaqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

posted in: Xəbər | 0

Mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 12 faiz artıb, kredit kartlarının sayı isə 9 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz artıb.

2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,560 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 fazini təşkil edib.

Mənbə: vergiler.az

Analitik Ekspertiza Mərkəzi auditor seçib

Analitik Ekspertiza Mərkəzi auditor seçib

posted in: Xəbər | 0

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 4 600 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi “Financial Reporting Center” MMC olub. Şirkətə 3 469 manat ödənilib.

Mənbə: report.az

Fotoqraf və videoqraflar üçün vergilər: məbləğlər və qaydalar

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Hesabat” MMC-dir.

Qalib şirkətə 1 400 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub. Şirkətə 1 910 manat ödənilib.

Mənbə: report.az

Xaricdəki ofislərin saxlanma xərclərinin uçotu qaydası

1 7 8 9 10 11 12 13 2. 391