Biznes barədə maraqlı faktlar (2-ci hissə)

posted in: Xəbər | 0

Biznes barədə maraqlı faktlar (2-ci hissə)

1-ci hissəyə nəzər yetirin

biznes

Bir çox insanlar hesab edirlər ki, bizneslə məşğul olmaq hər kəsə nəsib olmur. Bəziləri başlanğıc kapitalının olmamasından şikayət edir, bəziləri uduzmaq riski olmayan ideyaları axtarır, digərləri isə əlverişli anı gözləyirlər. Aşağıdakı faktlar sizin bizneslə bağlı düşüncənizi və münasibətinizi dəyişdirə bilər.

Tipik smartfon sahibi öz cihazını gün ərzində 150 dəfə yoxlayır

Smartfon sahibləri öz cihazlarının ekranına gün ərzində yüz dəfədən çox baxırlar. Çox vaxt onlar e-poçt və sosial media hesablarını yoxlayırlar. Bu marketinq məqsədləri üçün istifadə edilə bilər: SMM və e-poçt kampaniyaları mobil auditoriyaya yönəldirilə bilər.

İstehlakçılar sıravi əməkdaşlara, onların müdirlərindən daha çox etibar edirlər

İstehlakçıların yarısı hesab edir ki, məhsul haqqında həqiqəti şirkətin sıravi əməkdaşlarından öyrənmək olar. İstehlakçıların 43% -i isə həqiqəti yalnız şirkətin müdirindən öyrənə biləcəklərinə inanırlar. Bu o deməkdir ki, satıcılara müştərilərlə münasibətləri sıravi əməkdaşlar səviyyəsində qurmaq daha sərfəlidir. Bu zaman top-menecerlər müstəsna hallarda ünsiyyətə qoşula bilərlər.

Yeni müştərilərin saxlanılması köhnələrin saxlanılmasından daha baha başa gəlir

Biznes yeni müştərilərin cəlb edilməsinə mövcud müştəriləri saxlamaq üçün istifadə etdiklərindən 6 dəfə çox vəsait sərf edirlər. Bu o deməkdir ki, müəssisələrə köhnə müştərilərlə işə diqqət yetirmək, loyallıq və remarketinq proqramlarına vəsait yatırmaq lazımdır.

Müştəri məmnunluğu 70 faiz xidmətdən asılı olur

Keyfiyyətli məhsulu satın aldıqdan sonra müştəri narazı qala bilər və kompromis keyfiyyətli malların alınması isə onu məmnun edə bilər. İş ondadır ki, müştəri məmnunluğnun 70 faizi xidmət səviyyəsindən, yalnız 30 faizi isə məhsulun keyfiyyətindən asılıdır.

Deyilənləri yekunlaşdıraq

Planetdə hər 18 nəfərdən biri biznes sahibidir, lakin, heç də həmişə gözlənilən ölkələrdə və sənaye sahələrində deyil.

Və əgər siz öz biznesinizə başlamaq istəyirsinizsə, bütün “lehinə” və “əleyhinə” olan amilləri diqqətlə araşdırın. Və qəti qərar verdikdən sonra öz arzunuzdan bir addım da olsun geri çəkilməyin!


3-cü hissəyə nəzər yetirin



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dividenddən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Dividenddən vergi tutulması dividendDividend – şirkət sahibi və ya sahibləri üçün şirkətin qazandığı vəsaitləri almaq üçün yeganə qanuni yoldur. Lakin dividendlərin xərclənməsində və vergiyə cəlb olunmasında müəyyən uyğunsuzluqlar da müşahidə olunmaqdadır. Maliyyə mütəxəssisi Vüqar Mirheydərov dividenddən ödəmə mənbəyində vergi tutulması məsələlərini izah edir.

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend hüquqi şəxs tərəfindən xalis mənfəətin bölüşdürülməsi ilə əlaqədar təsisçilərinin (səhmdarlarının) və ya səhmdarlarının xeyrinə edilən nağd və ya başqa formada ödəniş sayılır.

Təəssüf ki, bəzi təsisçilər şirkətlərinin kassalarını öz cibləri kimi görür, pulları istənilən vaxt götürüb istədikləri kimi xərcləyirlər. Lakin Vergi Məcəlləsi bu kimi ödənişləri təsisçiyə verilməsini dividendlərin ödənişləri kimi qəbul edir və bu əməliyyat üzrə Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən gəlir mənbəyindən 10 faizlik vergi tutulmalıdır. Bu o deməkdir ki, kassadan və ya şirkətin hesabından müəyyən bir məbləğ təsisçiyə verildikdə toplam dividend məbləğinin 10 faizi miqdarında vergi öhdəliyi yaranır.

Misal 1: Tutaq ki, “Uğurlu” MMC -nin təsisçisi şirkətin mühasibinə ona 5.000 manat verməyi əmr edir. Vergi Məcəlləsin 13.2.15 maddəsinə görə bu əməliyyat mühasib tərəfindən dividendlərin verilməsi kimi təsnif edilir. Bu halda mühasib vəsaitin verilməsi ilə paralel olaraq mənbədən tutulan vergini hesablamalı və ödəməlidir. Burada qeyd edilməlidir ki, vergi birbaşa təsisçinin əlinə çatan puldan deyil, ümumi dividend məbləğindən tutulur. Yəni 5.000 manat dividend imi göstərilirsə, bu məbləğin 500 manatı büdcəyə, 4.500 manatı isə təsisçiyə verilməlidir. Təsisçinin xalis 5.000 manat ala bilməsi üçünsə dividendlərin ümumi məbləğini hesablamaq lazımdır ki, ondan 10% çıxıldıqda qalıq 5000 manat olsun:

5.000/90% = 5555.56 manat.

Beləliklə, baxdığımız misalda dividendin ümumi məbləği 5555,56 manat, Vergi Məcəlləsinin 122.1 -ci maddəsinə əsasən mənbədə tutulan vergi 555.56 manat olacaq ki, təsisçiyə tam 5.000 manat ödənilsin.

Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsi səhmdarların səhmlərinin faizini dəyişdirmədən payların paylanması ilə əlaqədar ödənişləri dividend hesab etmir və bu hallarda vergi öhdəliyi yaranmır.

Misal 2: Tutaq ki, ilin nəticələrindən sonra “Uğurlu” MMC şirkəti xalis mənfəətinin (dividendlərdən əvvəl) 1.000.000 manat olduğunu elan edib. Şirkət bu məbləğin 25 faizini dividendə, digər 30 faizini isə nizamnamə kapitalını artırmağa yönəltmək qərarına gəlir və məbləği təsisçilərin arasında şirkətin səhm payları nisbətində bölüşdürür. Bu halda dividendlərin verilməsinə yönəldilən məbləğdən yalnız bir vergi öhdəliyi yaranır.

250.000×10% = 25.000 manat

Bu vəziyyətdə təsisçilərə müəyyən bir məbləğ verilməsi tələbi olmadığı üçün və şirkətin özü müəyyən bir məbləği dividend olaraq vermək qərarına gəldiyi üçün qross ap əməliyyatı aparmağa ehtiyac qalmır.

Odur ki, 300.000 manat məbləğindən heç bir vergi tutulmayacaq, ən azından ilk mərhələdə. Sonrakı mərhələdə isə vergi ödəyicisinin azı üç il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi vergiyə cəlb olunacadır. Vergi Məcəlləsinin 102.1.27-ci maddəsinə əsasən, iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 50 faizi vergidən azaddır.

Dividendlərin verilməsinə qanunla icazə verilməyən hallara gəlincə, bu, Mülki Məcəllənin 90-1.3-cü maddəsi ilə tənzimlənir:

• dividendlərin verilməsi ilə bağlı qərarın verilməsi zamanı şirkət iflas şərtlərinə cavab verirsə və ya dividendlərin verilməsi qərarı belə şərtlərə səbəb ola bilərsə;

• dividendlərin verilməsi qərarı verildikdə şirkətin xalis aktivləri nizamnamə kapitalından azdırsa və ya dividendlərin verilməsi qərarı nəticəsində xalis aktivlər azalacaq.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvəzsiz köçürmələr olduğu halda ƏDV-nin kompensasiya edilməsi

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətindən bildirilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə uyğun olaraq beynəlxalq təşkilatın, yaxud xarici hüquqi və ya fiziki şəxsin əvəzsiz köçürmələri ilə ödənilmiş malları alan və yaxud işlərin və ya xidmətlərin nəticələrini həmin əsaslarla əldə edən şəxs vergi orqanına elektron qaimə-fakturaları verərkən, həmin mallara, işlərə və ya xidmətlərə görə ödənilmiş ƏDV-ni vergi orqanına ərizə verdiyi vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir.

Əsaslandırma: Vergi Məcəlləsinin 181-ci maddəsi.

Mənbə: vergiler.az

 



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ölkənin ilk rəqəmsal bankı fəaliyyətə başladı

posted in: Xəbər | 0

3 milyondan artıq yükləmə sayı olan, ölkənin ən məşhur mobil tətbiqi Birbank artıq ilk rəqəmsal bank kimi fəaliyyətini davam etdirəcək. Daha geniş bank xidmətlərinə malik və funksionallığına görə bir sıra üstünlükləri ilə seçilən Birbank-ın həm loqosu, həm də www.birbank.az saytı tam olaraq yenilənərək, rəqəmsal bank kimi milyonlarla müştəriyə xidmət göstərəcək.

Əvvəlki geniş funksional ilə yanaşı Birbank vasitəsilə artıq kredit və ya BirKart taksit kartını sifariş edib, təyin olunan kredit məbləğini bir neçə dəqiqəyə əldə etmək mümkündür. Belə ki, həm nağd pul krediti, həm də taksit kartını almaq istəyən müştərilər mobil tətbiq və ya sayt vasitəsilə yalnız şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməlidirlər. Sonra müştəri ona düşən nağd pul kreditini təsdiqləyir və vəsait həmin an müştərinin Kapital Bank-a aid məvacib, təqaüd kartına və ya cari hesabına mədaxil olunur. Taksit kartı isə müştərinin seçiminə uyğun olaraq ya kuryer vasitəsilə ünvana göndərilir və ya filialdan növbəsiz götürülür.

Qeyd edək ki, iOS və Android əməliyyat sistemləri Birbank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir. Birbank-ın “Bonuslar” hissəsində həm də “ƏDV geri al” bölməsi yaradılıb. Müştərilər portalda olan şəxsi kabinetlərini Birbank vasitəsilə idarə edə bilirlər. Virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Həmçinin, BirKart istifadəçiləri Birbank-da yaradılan şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər. Bütün bunlarla yanaşı Birbank-da NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdlaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Xüsusi funksiya ilə avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.

Bundan əlavə, Birbank-da telefon kitabçasında olan, istənilən şəxsə pul göndərmək və ya ondan pul istəmək və qəbul etmək kimi funksiyaları da mövcuddur. Kartlarla POS terminal, İnternet və Birbank vasitəsilə ödənişlər edərək, “Ürəklər” qismində olan bonusları müxtəlif hədiyyələrə dəyişmək olar. Birbank-ı istifadə edən zaman yarana biləcək sualları isə çat funksiyası vasitəsilə bankın əməkdaşlarına ünvanlayaraq, cavab almaq mümkündür.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir.

Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 703 704 705 706 707 708 709 2. 391