İctimai iaşə müəssisəsi ancaq hüquqi şəxslərə xidmət göstərib, 8% sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
Sual: A şirkəti içtimai iaşə xidməti ilə məşğul olur və 8% sadələşdirilmiş vergi ödəyicisidir. İaşə xidməti əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə də göstərilir. Xidmət üzrə hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə elektron qaimələr təqdim edilir.
Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.
Sual olunur: Əgər rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olarsa A şirkətinin 8% sadələşdirilmiş vergi hüququ saxlanılır, yoxsa A şirkətinə həmin rüb üçün gəlir vergisi mükəlləfiyyəti yaranır?
Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.
Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.
Bunlara əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi ödəyicilərinə xidmətlərin göstərilməsi ictimai iaşə fəaliyyəti göstərən müəssisənin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnu məhdudlaşdırmır.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 218-ci maddələri.
Mənbə: vergiler.az
Bax:



İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-2023-cü illər üzrə maliyyə hesabatlarının kənar auditor yoxlanışı üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.