Amortizasiya olunmayan aktivlər

posted in: Xəbər | 0

Amortizasiya olunmayan aktivlər,Vergi ödəyicilərinin iş münasibətlərində üzləşdikləri suallardan biri də əsas vəsaitlərə amortizasiya hesablanması və əldə olunan məbləğin gəlirdən xərc kimi çıxılmasıdır. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 114.2-cü maddəsinə əsasən, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

• elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

• məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

• heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

• istismar vaxtı çatmayan çoxillik əkmələr;

• kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

• tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

• konservasiya edilmiş əsas vəsaitlər;

• ümumi istifadədə olan avtomobil yolları;

• ümumi istifadədə olan parklardakı avadanlıqlar;

• istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

Misal: Kiçik sahibkarlıq subyekti olan “ZZ” MMC 2019-cu ildə fəaliyyətini dayandırmış və bu barədə vergi orqanına məlumat vermişdir. O həmin ildə əsas vəsaitlərə əmlak vergisi hesablayaraq dövlət büdcəsinə ödəmiş, lakin həmin əsas vəsaitləri konservasiya etməmişdir. “ZZ” MMC sahibaklıq fəaliyyəti dayandığı dövrlərdə ona məxsus əsas vəsaitlərinə amortizasiya hesablayıb əldə etdiyi amortizasiya məbləğini, fəaliyyətə başladığı dövrdə əldə etdiyi gəlirdən xərc kimi çıxa bilərmi ?

Vergi Məcəlləsinin 16.4-cü maddəsinin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda, əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır. Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə, müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən fəaliyyətini dayandırdığı dövrdə balansında olan əsas vəsaitlərə görə əmlak vergisi hesablanıb ödənilməlidir. Bundan əlavə, vergi tutulan əməliyyatların olmadığı dövrdə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılan xərclərə aid edilmir. Hesablanmış amortizasiya ayırmaları gəlirin əldə olunduğu hesabat dövründə gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az


Bax:



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mediator fəaliyyətindən əldə olunan gəlirin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat hansı dərəcə ilə vergiyə cəlb olunur?

Dövlət Vergi Xidmətindən bildirilir ki, mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə 14% dərəcə ilə vergiyə cəlb edilir.

Əsaslandırma: Mediasiya haqqında Qanunun 1.0.3-cü, 11.1-ci və 36.1-ci maddələri, Vergi Məcəlləsinin 99.3.13-cü, 101.2-ci maddələri

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mərkəzləşdirilmiş mühasibatlıq nədir və nə ilə məşğuldur? (I hissə)

posted in: Xəbər | 0

Regionlarda və şəhərlərdə dövlət strukturlarında, büdcə təşkilatlarında – hakimiyyətin bütün səviyyələrində mərkəzləşdirilmiş mühasibatlıqlar yaradılır. Onlar necə işləyirlər və xidmətin ümumi kommersiya mərkəzləri ilə nə qədər oxşardırlar?

Mərkəzləşdirilmiş mühasibatlıq niyə yaradılır?

Mərkəzləşdirilmiş mühasibatlıq eyni zamanda bir neçə təşkilatın mühasibat uçotunu aparır. Çox vaxt bunlar regional və bələdiyyə əhəmiyyətli idarə və qurumlardır.

Məsələn: mərkəzləşdirilmiş rayon mühasibatlığı, təhsil müəssisələrinin mərkəzləşdirilmiş mühasibatlığı, mərkəzləşdirilmiş vilayət mühasibatlığı və s.

Niyə hakimiyyət orqanları mühasibatlığı mərkəzləşdirməyə qərar verirlər:

  • mühasibat uçotunun etibarlılığı artır: sənədlər də daxil olmaqla, daha az səhvlər edilir;
  • vahid texnologiya və metodologiya tətbiq olunur;
  • vergi riskləri azalır;
  • bütün hesabat növləri sürətlənir: mühasibat, vergi, idarəetmə;
  • daha az işçi heyəti lazım olur – əməkhaqqı fonduna qənaət;
  • uçotun ümumilikdə xərcləri azalır.
Mərkəzləşdirilmiş mühasibatlığın funksiyaları

Belə bir təşkilatın yaradılmasının əsas məqsədi büdcə müəssisələri və idarələrinin tərkibində olan mühasibatlıqların işini optimallaşdırmaqdır. Birləşmə sayəsində onların funksiyası rahat şəkildə və vahid bir məkanda yerinə yetirilir.  Beləliklə, mərkəzləşdirilmiş mühasibatlığa aşağıdakı vəzifələr tapşırılır:

  • vergi və mühasibat uçotu, təsərrüfat əməliyyatları və onların mühasibat qeydlərində əks olunması;
  • ilkin mühasibat sənədlərinin qəbulu, himayədə olan təşkilatlarda aparılan əməliyyatların qanuniliyinə nəzarət;
  • əmtəə-maddi dəyərlərin, əmlakın və digər resursların mövcudluğu və hərəkətinə nəzarət;
  • hüquqi və fiziki şəxslərlə operativ hesablaşmalar;
  • vergi orqanlarına, büdcədənkənar fondlara və digər strukturlara məcburi hesabat;
  • təşkilatların iqtisadi və maliyyə fəaliyyətinin təhlili.

II hissəyə nəzər yetirin



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb

posted in: Xəbər | 0

Dövlət İmtahan Mərkəzi ACCA ilə olan əlaqələrini 1 sentyabr 2021-ci il tarixində imzalanan memorandumla rəsmiləşdirib

Dövlət İmtahan Mərkəzi,
Dövlət İmtahan Mərkəzi ilə ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında 1 sentyabr 2021-ci il tarixində Anlaşma Memorandumu imzalanıb.

ACCA 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır. ACCA kvalifikasiyası maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyərlər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.

DİM artıq ACCA-in rəsmi imtahan mərkəzidir və buna görə də tərəflər arasında imzalanan memorandum aşağıdakı mövcud əlaqələrin rəsmiləşdirilməsi məqsədini daşıyır:

  • Peşəkar səriştə, bacarıq və texniki biliklər sahəsində öyrənmə və inkişaf imkanlarını araşdırmaq;
  • ACCA kvalifikasiyaları və sertifikatları haqqında məlumatlılığın artırılması və tanıdılması üçün birgə fəaliyyət göstərmək və tədbirlər həyata keçirmək;
  • DİM və ACCA arasında əməkdaşlığı təşviq etmək üçün birgə strategiya və marketinq kampaniyaları hazırlamaq;
  • Mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq üçün tələbələrin təlim və inkişafını dəstəkləmək üçün birgə proqramlar təşkil etmək.

Qurumlar arasındakı razılığa əsasən DİM-ə peşəkar araşdırmalar üçün ACCA-nın müvafiq resurslarından istifadə etmək üçün şərait yaradılacaq və hər iki qurum peşə bacarıqları, səriştələr və texniki biliklər sahəsində öyrənmə və inkişaf təşəbbüsləri üçün potensial imkanları araşdıracaq.

Anlaşma Memorandumunu imzalayan qurum rəhbərləri öz xoş niyyətlərini və razılaşmadan gözləntiləri ifadə ediblər.

ACCA-in Avrasiya və Yeni bazarlar üzrə direktoru Magdelana Krupa-Hernandez bildirib ki, “Anlaşma Memorandumunun əsas məqsədi mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq istəyən tələbələrin təlim və inkişafını dəstəkləyəcək birgə proqramlar təşkil etməkdir. Hədəflənən ortaq fəaliyyətlər Azərbaycanda mühasibatlıq və maliyyə ilə əlaqəli peşələrin inkişafına dəstək verməklə bağlıdır və ACCA-in digər təşkilatlarla iş strategiyasına tam uyğun gəlir. ACCA təmsilçiləri olaraq DİM ilə Anlaşma Memorandumu imzalanmaqdan çox məmnunuq”.

DİM-in Direktorlar şurasının sədri Məleykə Abbaszadə vurğulayıb ki, “Bu Anlaşma Memorandumu ACCA ilə artıq mövcud olan əlaqələrimizi daha da gücləndirəcək. Birgə işimiz mühasib peşəsinin inkişafına və bu peşəyə qoşulmaq, eləcə də uğurlu olmaq istəyən gənclərin gələcək tələbatını ödəməyə kömək edəcək. Əməkdaşlığımızın hər iki qurum üçün uğurlu olacağına ümid edirik”.

Mənbə: dim.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 699 700 701 702 703 704 705 2. 391