Sahibkarlar üçün 200 min manatadək kreditlər üzrə biznes plan tələbi ləğv edilib

posted in: Xəbər | 0

kredit qoyuluşuİqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən aparılmış təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, sənədlər üzrə tələblər azaldılıb, tələblərə uyğun olaraq təqdim edilməyən müraciətlərin maliyyələşməsinə imtina verilmədən yenidən formalaşdırılması və çatışmazlıqların aradan qaldırılması məqsədilə banka geri qaytarılması mexanizmi yaradılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.

Sahibkarlıq subyektləri arasında aparılmış sorğularda Fondun kreditləri üzrə müraciət edilərkən tələb olunan sənədlərin sayının çox olduğu bildirilib. Bununla əlaqədar, Fond tərəfindən müvafiq təhlillər aparılıb, tələb olunan sənədlər üzrə məlumatların alternativ mənbələrdən əldə edilməsi imkanları araşdırılaraq sadələşmə planı çərçivəsində ilk tədbir kimi tələb olunan sənəd sayının azaldılması barədə qərar qəbul edilib. Beləliklə, güzəştli kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər, müvafiq olaraq 10 və ya 12 sənəd təqdim etdikləri halda, dəyişikliklərə əsasən, kredit üzrə müraciət edən sahibkarlıq subyektləri hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq, 6 sənəd təqdim edəcəklər.

Digər mühüm dəyişiklik sənədlərin notarial təsdiqinin aradan qaldırılması ilə bağlıdır. Plana əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına dair hüquqi sənədləri, fiziki və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsi və sahibkarlıq subyektinin təqdim etdiyi investisiya layihəsi üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin notarial qaydada təsdiq edilməsinə ehtiyac qalmayacaq.

Təhlillər nəticəsində ortaya çıxan digər məsələ, tələblərə uyğun təqdim edilməyən sənədlərə görə maliyyələşməsindən imtina edilmiş müraciətlər üzrə sahibkarlıq subyektləri və kredit təşkilatları tərəfindən müvafiq sənədlərin təkrar yığılmasıdır. Dəyişikliklərə əsasən, təqdim edilən sənədlərə, Fonda daxil olduqdan sonra 2 gün ərzində ekspertlər tərəfindən ilkin baxış keçiriləcək və çatışmazlıq aşkar olunduqda, kredit üzrə müraciətə imtina verilmədən çatışmazlıqların aradan qaldırılması məqsədilə sənədlər müvəkkil kredit təşkilatına geri qaytarılacaq. Çatışmazlıqlar olan sənədlərin baxılmadan kredit təşkilatlarına geri qaytarılması müvəkkil kredit təşkilatları və sahibkarlar üçün maliyyələşmə ilə bağlı vaxt itkisini aradan qaldıran ən vacib sadələşmə şərtlərindən biridir.

Başqa bir məsələ biznes planla bağlıdır. Güzəştli kreditlərə müraciət zamanı sahibkarlar 50 min manatdan çox məbləği əhatə edən layihələri üzrə biznes plan təqdim etməli olurdu ki, bu da sahibkarlar, xüsusən regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri üçün müəyyən çətinliklərə yol açırdı. Yeni dəyişikliklər 200 min manatadək kreditlər üzrə biznes plan tələbinin aradan qaldırılmasını ehtiva edir. Bu dəyişikliyə əsasən, kreditlər üzrə sadələşmiş ekspertiza mexanizmi qurulur, biznes plan əvəzinə, yalnız zəruri məlumatlar alınmaqla maliyyə-kredit təhlili aparılır.

Sonuncu vacib məqam ondan ibarətdir ki, 50 min manatadək kreditlər üzrə ilkin monitorinqin keçirilməsinə ehtiyac olmayacaq. Sahibkarların qeyd olunan məbləğədək müraciətləri üzrə təqdim olunan məlumatları əsasında qiymətləndirmə aparılacaq. Bu həmçinin layihəyə qısa zamanda baxılmasına şərait yaradacaqdır.

Fond tərəfindən qəbul edilən Sadələşmə Planının tətbiqinə bu ilin 1 sentyabr tarixindən başlanılıb. Qeyd olunan sadələşmə güzəştli kreditlər üzrə müraciət edən sahibkarların işini asanlaşdıracaq, zamana və vəsaitə qənaəti, müraciətlərə müvəkkil kredit təşkilatı və Fond tərəfindən operativ formada baxılmasını təmin edəcək.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirKart-la taksitli alış-veriş 50 AZN-dək vəsait qazandırır

posted in: Xəbər | 0

BirKart müştərilərə daha bir qazandıran kampaniya təqdim edir. Artıq geyim, ayaqqabı, parfümeriya, kosmetika, aksesuar və dəftərxana sahəsi üzrə partnyor mağazalarında taksitli alış-veriş etdikdə 50 AZN-dək əlavə vəsait qazanmaq mümkündür. Şərtlərə görə, kampaniya müddətində BirKart sahibləri toplam 300 – 499,99 AZN arası taksit etdikdə 10 AZN, 500 – 999,99 AZN arası taksit etdikdə 30 AZN, 1000 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş etdikdə isə 50 AZN qazanacaqlar.

BirKart sahibləri məbləği həm bir əməliyyatla, həm də bir neçə əməliyyat edərək toplaya bilərlər. İştirak üçün minimal və maksimal əməliyyat məbləğləri mövcud deyil. Qazanılan vəsait 3 iş günü ərzində kartın balansına mədaxil edilir. Hər müştəri kampaniya müddətində maksimum 50 AZN qazana bilər. Kampaniya 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bkp50.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi olan fiziki şəxs hansı hallarda uçotdan çıxarıla bilər?

posted in: Xəbər | 0

vergi uçotuVergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

  • fəaliyyətinə xitam verildikdə;
  • məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
  • vəfat etdikdə.

Əsaslandırma: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsi.

Mənbə: vergiler.az


Bax:



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergidən azad olunan sahələrdə çalışan sahibkarlar bəyannamə təqdim etməlidirlər

posted in: Xəbər | 0

Müddətlərin müəyyən edilməsi, nəqliyyat xidməti, Hüquqi şəxs, yükdaşıma aktivlər əmlak vergisiVergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi orqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Qanunvericiliyin tələbini izah edən mühasib Aytən Abdıyeva bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad olsa da, bu sahədə çalışan vergi ödəyiciləri bəyannamə təqdim etməlidirlər.

Vergidən azad olunan fərdi sahibkar bəyannamə təqdim etmədikdə sanksiya tətbiq olunacaqmı?

Məcəllənin 16.1-ci maddəsinə, eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

Həmin maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Ona görə də vergi ödəyiciləri belə məqamlarda diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az


Bax:



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 700 701 702 703 704 705 706 2. 391