» » » Vergidən azad olunan sahələrdə çalışan sahibkarlar bəyannamə təqdim etməlidirlər

Vergidən azad olunan sahələrdə çalışan sahibkarlar bəyannamə təqdim etməlidirlər

posted in: Xəbər | 0
birbank biznes

Müddətlərin müəyyən edilməsi, nəqliyyat xidməti, Hüquqi şəxs, yükdaşıma aktivlər əmlak vergisiVergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi orqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Qanunvericiliyin tələbini izah edən mühasib Aytən Abdıyeva bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad olsa da, bu sahədə çalışan vergi ödəyiciləri bəyannamə təqdim etməlidirlər.

Vergidən azad olunan fərdi sahibkar bəyannamə təqdim etmədikdə sanksiya tətbiq olunacaqmı?

Məcəllənin 16.1-ci maddəsinə, eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

Həmin maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Ona görə də vergi ödəyiciləri belə məqamlarda diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az


Bax:



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun