Maliyyənin təşəkkül tarixi (2-ci hissə)

posted in: Maliyyə, Xəbər | 0

Maliyyənin təşəkkül tarixi (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

maliyyənin təşəkkülü,Maliyyə zərurəti və məzmunu, onların təyinatı və əsas əlamətləri 

Dəyər formasına malik olan əmtəə istehsalının əsas iqtisadi kateqoriyaları pul, qiymət, əməkhaqqı, mənfəət, kredit, maliyyə kateqoriyalarıdır. Bu kateqoriyalar pul hərəkəti ilə bağlı iqtisadi münasibətlər sistemində fəaliyyət göstərir.

Maliyyə, pul vəsaitlərinin yaradılması və istifadəsi prosesində iqtisadi münasibətləri əks etdirən ən mühüm iqtisadi kateqoriyalardan biridir.

Maliyyənin fəaliyyət göstərməsinin şərti pulun mövcudluğudur, maliyyənin meydana gəlməsinin səbəbi isə sahibkarlıq subyektlərinin və dövlətin öz fəaliyyətlərini təmin edən mənbələrə ehtiyaclarıdır.

Maliyyə başqa iqtisadi kateqoriyalarla yanaşı, maliyyə resurslarının yaradılması və istifadə edilməsi formaları və metodları vasitəsilə cəmiyyətdə öz rolunu oynayır, onlar bir-biri ilə bağlıdırlar, eyni zamanda hər biri iqtisadi münasibətlərin spesifik, yalnız ona xas olan cəhətlərini ifadə edir.

Maliyyə digər iqtisadi kateqoriyalardan öz təyinatı, təşəkkülü, yaranması və inkişaf xarakteri  ilə əhəmiyyətli dərəcədə fərqlənir. Maliyyə – pul münasibətlərinin ayrılmaz hissəsidir, buna görə də onların rolu və əhəmiyyəti pul münasibətlərinin iqtisadi münasibətlərdə hansı yeri tutmasından asılıdır. Bununla birlikdə, hər bir pul münasibəti maliyyə mənasını ifadə etmir. Maliyyə həm məzmununa, həm də yerinə yetirdiyi funksiyalarına görə puldan fərqlənir.

Əgər pul –  digər bütün malların dəyərini ifadə edən xüsusi bir əmtəədirsə, onda maliyyə – bu, pulun köməyi ilə həyata keçirilən müəyyən iqtisadi münasibətlərdir.

Maliyyə, ümumdaxili məhsulun və milli gəlirin pul vəsaitlərinin formalaşması və istifadəsinə nəzarət vasitəsi kimi bölüşdürülməsinin və yenidən bölüşdürülməsinin iqtisadi aləti kimi çıxış edir. Onların əsas məqsədi pul fondlarının yaradılması yolu ilə təkcə dövlətin və müəssisələrin pul vəsaitinə olan tələbatını deyil, həm də maliyyə resurslarından istifadəyə nəzarəti təmin etməkdir.

Maliyyənin əsas əlamətləri:

Pul ifadəsi forması bir müəssisədən digərinə pul axınının hərəkəti ilə əlaqələndirilir. Pul maliyyə münasibətlərinin aləti kimi çıxış edir. Maliyyə sahəsi dövlət, müəssisə, əhali kimi iqtisadi subyektlər arasında pul münasibətləri sistemini əhatə edir.

Mübadilə-paylayıcı xarakteri.  Gəlirlərin və yığımların bölüşdürülməsi və yenidən bölüşdürülməsi sahəsində pul münasibətlərinin məcmusu maliyyəyə məxsusdur. Maliyyə bir kateqoriya olaraq pul fondlarının formalaşması və istifadəsi yolu ilə yenidən bölüşdürülmə prosesində dəyərin birtərəfli, birbaşa, sərbəst hərəkəti əsasında yaranan iqtisadi münasibətlərdir. Mübadilə – bu, müstəqil, maliyyədən fərqli iqtisadi münasibətlər sahəsidir ki, ona dəyərin ikitərəfli hərəkəti xasdır. Ancaq, bölüşdürmə münasibətində mübadilə elementlərini və ya əksini görə bilərsiniz.

Gəlirlərin formalaşdırılması və xərclərin həyata keçirilməsi. Gəlirlər və xərclər ilkin maliyyə kateqoriyalarıdır. Subyektlərdən birinin gəlirləri həmişə digərinin xərcləridir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müddətlərin müəyyən edilməsi

posted in: Xəbər | 0

nəqliyyat xidməti, Hüquqi şəxs, yükdaşıma aktivlər əmlak vergisiVergi öhdəliyinin ən mühüm elementlərindən biri də müddətlərin müəyyən edilməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.

Müddət axımı məsələsi ilə bağlı Vergi Məcəlləsi ilə paralel olaraq Mülki Məcəllənin “Müddətlərin hesablanması” adlı XVII fəslinin tələblərinə də diqqət yetirmək lazımdır. Mülki Məcəllənin 367.1-ci maddəsində göstərilir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Bundan əlavə, Mülki Məcəllənin 369-cu maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

Təcrübədə vergi orqanının elektron formada təqdim edilməsi nəzərdə tutulan əməliyyat gününə fərqli yanaşması mümkündür. Amma Mülki Məcəllədə müddətin sonrakı gündən başlamasına əsas verən hallar üzrə real vaxt rejimində həyata keçirilən əməliyyatlara fərqli yanaşma tətbiq edilmir.

Vergi Məcəlləsinin 68.1-ci maddəsində bu məsələyə yanaşma Mülki Məcəllə ilə oxşardır.

Vergi Məcəlləsinin müvafiq maddələri üzərindən müddətin başlamasını misallarla izah edək.

Misal 1: Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə əsasən, malları təqdim edən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir.

Maddədən göründüyü kimi, müddətin başlanması üçün əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi baş verməlidir. Vergi ödəyicisi 23 avqust 2021-ci il tarixdə malları təqdim etdiyi halda, müddət axımı 23 avqust yox, 24 avqust 2021-ci il tarixdən, yəni hadisənin baş verməsindən sonrakı gündən başlayacaq.

Misal 2: Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs, həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi orqanı tələbnaməni 17 avqust 2021-ci il tarixdə təqdim edibsə, o halda vergi ödəyicisi tələbnamənin təqdim edildiyi gündən sonrakı gündən, yəni 18 avqust 2021-ci il tarixdən 15 iş günü müddətində sənədləri vergi orqanına təqdim etməlidir.

Hər iki misalda diqqət çəkən məsələlərdən biri də təyin olunan müddətlərdə müddətlərin təqvim və ya iş günləri ilə fərqləndirilməsidir.

Misal 3: Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Tutaq ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə 12 avqust 2021-ci il tarixdə sənəd göndərilib. 3 iş gününü əhatə edəcək müddətin axımı sənədin göndərilmə tarixindən – növbəti iş günündən, yəni 13 avqust 2021-ci ildən başlayır. 14-15 avqust 2021-ci il tarixi şənbə və bazar gününə, yəni qeyri-iş günlərinə təsadüf etdiyi üçün həmin günlər müddət axımına daxil edilməyəcək. Çünki Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsində “3 iş günü” ifadəsi yazılıb. O səbəbdən də, müddət axımının (13, 16 və 1 7 avqust 2021-ci il) başa çatması 17 avqust 2021-ci il tarixə düşəcək.

Misal 4: Vergi Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır.

Tutaq ki, vergi orqanı 3 avqust 2021-ci il tarixdə vergi ödəyicisinin müraciətinə əsasən şəhadətnamə-dublikat verib. 4 avqust 2021-ci il tarixdən hesablanan müddəti əhatə edən 7 avqust və 8 avqust 2021-ci il tarixlərinin şənbə və bazar gününə yəni bankların qeyri-iş günlərinə təsadüf etməsinə baxmayaraq həmin tarixlər müddət axımına daxil ediləcək. Səbəb odur ki, Vergi Məcəlləsinin 35.6-cı maddəsində müddət olaraq “iş günü” yox, “gün” qeyd edilib.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi bəyannamələri təkmilləşdirilir

posted in: Xəbər | 0

internet vergi idarəsi xətalarİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi məqsədilə bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.

Bəyannamə formalarının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi məqsədilə Dövlət Vergi Xidmətində yaradılmış müvafiq işçi qrupu tərəfindən aparılmış təhlillər nəticəsində məlumat bazasının genişləndirilməsi ilə əlaqədar bəyannamələr və onların əlavələrinin formalarında düzəlişlər edilməsinə zərurət yarandığı müəyyən olunub.

Bununla əlaqədar “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Mədən vergisinin bəyannaməsi” və onların əlavələrinin formalarına, o cümlədən tərtib edilməsi qaydalarına dəyişiklik edilib.

Yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları ilə Dövlət Vergi xidmətinin rəsmi saytında

(https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar) tanış olmaq mümkündür.

Qeyd edək ki, bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə fəaliyyət göstərir

(https://www.taxes.gov.az/az/page/beyanname-formalarina-dair-tekliflerin-verilmesi).

Vergi ödəyiciləri bütün növ vergi bəyannamələri formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər. Bəyannamə formaları ilə bağlı bütün təkliflər bu məqsədlə yaradılmış müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrənilir və təhlil edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Övladi olan işçinin təminatları

posted in: Xidmət | 0

Əmək müqaviləsiHər bir işçi qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrə malikdir. Bu yazımızda övladı olan işçilər üçün nəzərdə tutulmuş təminatlar barədə bəhs etməyə çalışacağıq. Ailə işçilərinin təminatlarından bəzilərini nəzərinizə çatdırırıq:

1) İxtisar halı. Öhdəsində 2 və daha çox 16 yaşınadək uşağı olan işçilərin eyni ixtisas və peşəkarlıq səviyyəsi olan digər işçilərə münasibətdə işdə saxlanmağa hüququ var.

2) Müqavilə ləğvi. Müəssisə ləğvi və müqavilə müddətinin bitməsi halından başqa 3 yaşınadək uşağı olan qadınlar, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərlə, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək (6 yaş) uşağı təkbaşına böyüdən və ya öhdəsində sağlamlıq imkanı məhdud 18 yaşınadək uşağı olan işçilərlə digər əsaslar üzrə əmək müqaviləsi ləğv edilə bilməz.

3) İş saatı. Yaş yarımadək uşağı olan qadınların və 3 yaşınadək uşağı təkbaşına böyüdən işçilərin həftəlik iş saatı 36 saatdan çox olmamalıdır. Bununla yanaşı xroniki xəstəliyi olan, 14 yaşınadək uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara öz ərizələri ilə natamam iş vaxtı müəyyən edilə bilər. Onu da qeyd edək ki, 3 yaşınadək uşağı olan qadınların gecə vaxtı, istirahət, bayram, iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə yol verilmir. 3-14 yaşınadək yaxud sağlamlıq imkanı məhdud uşağı olan qadınların isə iş vaxtından artıq, bayram, istirahət günlərində işə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir. Yaş yarıma çatmamış uşağı olan qadın işçilərə yedizdirmə üçün əlavə fasilələr də verilməlidir.

4) Məzuniyyət. 14 yaşınadək uşağı olan qadınlara əlavə 2, bu yaşda 2 və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanı məhdud uşağı olan qadınlara əlavə 5 gün məzuniyyət hüququ verilir. Uşağa bilavasitə qulluq edən valideyn 3 yaşınadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətə çıxa bilər. Həmçinin 14 yaşınadək 2 və daha çox uşağı olan, yaxud sağlamlıq imkanı məhdud uşağı olan qadınlara məzuniyyət onların istəyi ilə əlverişli olan istənilən vaxt üçün verilə bilər.

5) Vergi. Daimi qulluq tələb edən sağlamlıq imkanı məhdud 18 yaşınadək uşağına baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin vergi tutulmalı olan aylıq gəliri 200 manat həcmində gəlir vergisindən azaddır. Həmçinin qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində gəlir vergisindən azaddır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 704 705 706 707 708 709 710 2. 391