Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilərmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Hüquqi şəxsin təsisçisiSual: Vergi qanunvericiliyi imkan verirmi fiziki şəxs eyni zamanda hüquqi şəxs təsisçisi olsun? • Hüquqi şəxs olaraq dövriyyəsi az olanlara vergi güzəşti varmı? • Hüquqi şəxsin yaradılması və verilməli olan vergi barəsində məlumat verərdiniz zəhmət olmasa.

Cavab: Bildiririk ki, hüquqi şəxs və təsisçi mülki hüququn fərqli subyektləri hesab olunur. Hüquqi şəxsin təsisçisinin eyni zamanda fərdi sahibkar kimi fəaliyyəti göstərməsi ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Bildiririk ki, kommersiya hüquqi şəxslər vergi orqanında qeydiyyata alınarkən fəaliyyət növləri nəzərə alınmaqla sadələşdirilmiş və ya mənfəət (o cümlədən ƏDV) vergisinin ödəyicisi olmaq seçimini edirlər.

Qeyd olunan vergi növlərinin özünəməxsus vergitutma obyektləri, vergi dərəcəsi və vergi güzəştləri mövcuddur. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslər əldə etdikləri hasilatdan 2 faiz dərəcə ilə vergi ödəyir. Mənfəət vergisinin ödəyiciləri isə əldə etdikəri gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlidirlər. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin isə əldə etdikləri gəlirlərin 75 faizi mənfəət vergisindən azad edilmişdir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün, saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.


Mənbə: taxes.gov.az


 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödəniş kartlarının istifadəsi zamanı təhlükəsizlik

posted in: Xəbər | 0

ödəniş kartlarının istifadəsi ödəniş kartlarıHazırda rəqəmsal ödənişlər, xüsusilə də ödəniş kartları ilə aparılan nağdsız əməliyyatlar həyatımıza daha dərindən nüfuz etməkdədir. Təbiidir ki, ödəniş kartlarından istifadə ilə bağlı təhlükəsizlik məsələləri də aktualdır. Mövzunu bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.

Ölkəmizdə gün ərzində on minlərlə ödəniş həyata keçirilən, yaxud yüz minlərlə müştərisi olan portallara rast gəlmək mümkündür. Bu ödənişlərin əksəriyyəti ödəniş kartlarından istifadə etməklə həyata keçirilir. Hər bir ödəniş alətinin öz üstün və riskli tərəfləri olduğu kimi, ödəniş kartlarının da istifadəsində müəyyən risklər mövcuddur. Burada risklər həm kart istifadəçisində, həm bankdan, prosessinq mərkəzindən və digərlərinin fəaliyyətindən qaynaqlana bilir. Bəs kart sahibi kartdan istifadə zamanı riskləri necə məhdudlaşdıra bilər?

Kartların istifadəsi zamanı kartın balansında olan vəsaitlərin oğrulanması, hər hansı şəxsin maliyyə əməliyyatları barədə məlumatların digər bir şəxsin əlinə keçməsi kimi risklər vardır. Dünya təcrübəsinə nəzər salsaq, adətən, kartlara dair fırıldaqçılıq əməliyyatlarının aşağıdakı növlərinə rast gəlinir:

• itirilmiş və ya oğrulanmış kartlarla əməliyyatların aparılması;

• kart hesabı üzərindən hüquqların fırıldaqçılıqla ələ keçirilməsi – kart sahibini aldatmaqla ondan informasiyanın alınması (ev ünvanı, kart təyin olunarkən şəxsin qeyd etdiyi məxfi söz və sair) və banka məsafədən müraciət edərək kart məlumatlarının dəyişdirilməsi;

• saxta kartlar – kartların məlumatlarının oğurlanması və kartın nüsxəsinin hazırlanması, hazırlanmış saxta kartla əməliyyatların aparılması (bu növ fırıldaqçılıq artıq aktuallığını itirməkdədir, çünki kartlarda artıq yeni nəsil çiplər və digər mühafizə tədbirləri quraşdırılmışdır)

• heç vaxt alınmamış kart metodu – bu üsul yeni hazırlanan kartlarla bağlı informasiyanın ötürülməsi (e-mail, yaxud digər vasitələrlə) zamanı həmin informasiyanın oğurlanması və istifadə olunması halını ehtiva edir;

• saxta müraciət – bu üsulda kart sahibi özünü başqa bir şəxs kimi təqdim etməklə banka müraciət edir və kart əldə edir, daha sonra isə eyniləşdirdiyi şəxsin vəsaitlərini mənimsəyir;

• əlbir əməkdaşlar – bir sıra hallarda müxtəlif bank, yaxud şirkətlərdə kart məlumatlarını əldə etmək bir şəxs tərəfindən mümkün olmur, məsələn, kartın tam nömrəsinə bir əməkdaş, kart məlumatlarının bitmə vaxtı, yaxud digər məlumata başqa əməkdaş baxmaqla kart məlumatlarının bir əldə cəmlənməsi önlənir. Bir neçə əməkdaşın əlbir olması, əldə etdikləri informasiyanı bir-birilərinə ötürməsi yolu ilə fırıldaqçılıq halları baş verə bilir;

• elektron poçt və ya telefon vasitəsilə məlumatların əldə edilməsi – bu halda kartdan informasiyanı oğurlamaq üçün fırıldaqçı telefon yaxud e-mail vasitəsilə kart sahibinə müraciət edir, hər hansı sayt linkinə daxil olmaq və kart məlumatlarını daxil etməli olması, yaxud telefonla bildirməsini istəyir, əgər kart sahibi bu məlumatları verərsə, yaxud hansısa linkə daxil olub kart məlumatlarını ora daxil edərsə, məlumatlar oğurlanır və bu məlumatlarla onlayn əməliyyatlar edərək vəsaitləri kart sahibinin balansından oğurlamış olurlar.

Son dövrlərdə Azərbaycanda da fırıldaqçılıq əməliyyatlarına rast gəlinməkdədir. Müxətlif şəxslər kartın hər iki tərəfindən olan informasiyanı hər hansı bəhanə ilə istəməklə, yaxud müxtəlif bəhanələrlə hər hansı şübhəli sayta kart barədə məlumatları daxil etdirməklə kart sahibindən zəruri məlumatları əldə edir və vəsaitləri mənimsəyirlər.

Kart sahibləri aşağıdakı tövsiyələrə riayət etsələr onların vəsaitləri daha təhlükəsiz olar:

– Heç bir şəxsə kart nömrəsini göndərmək tövsiyə olunmur, lakin bu hələ vəsaitinizin oğurlana bilməsi anlamına gəlmir. Kartın arxa hissəsində olan CVV/CVC kodlarının kiməsə ötürülməsi, yaxud kartın arxa hissəsinin şəklinin kiməsə göndərilməsi qətiyyən olmaz!

– Bəzi kartlar 3D secure xidmətinə qoşulurlar. Bu xidmət elə təşkil edilir ki, kartla internet üzərindən əməliyyat etdikdə kart sahibinin əvvəlcədən təyin etdiyi telefon nömrəsinə SMS formasında kod gəlir, o kod internet saytında daxil edilmədikdə əməliyyat həyata keçmir. Bu kodu da heç vaxt heç kimə ötürmək olmaz!

– Kimsə sizə vəsait göndərmək istəyirsə, bunun üçün kartın 16 rəqəmli nömrəsindən başqa kart üzərində olan heç bir məlumatı qarşı tərəfə ötürmək olmaz. Hərçənd ki, bu 16 rəqəmi ötürməyiniz də o qədər də risksiz hesab edilmir.

– Siz kiməsə vəsait ödəyəcəksizsə həmin şəxsin sizin kart nömrənizi bilməsinə gərək yoxdur.

– Şübhəli, qeyri-müəyyən, populyar olmayan saytlardan alış-veriş etmək məqsədəuyğun deyil.

– İnternet vasitəsilə əməliyyat apararkən saytın siz istədiyiniz sayt olduğuna əmin olmaq üçün saytın ad hissəsinin əvvəlində qoşulmanın təhlükəsiz olduğunu göstərən qıfıl işarəsinin olduğuna diqqət edin. Əgər “not secure” yazılmışdırsa, bu saytda əməliyyat aparmaq olmaz.

– Saytın adına diqqət edin, fırıldaqçılar siz daxil olmaq istədiyiniz saytın görüntüsünə tam bənzəyən, yalnız sonluğunda bir hərf dəyişməklə saxta sayt yaratmış ola bilərlər və siz bura kart informasiyanızı daxil etsəniz, informasiya, böyük ehtimal ki, oğrulanacaqdır.

Qeyd edilən tövsiyələrin hər birinə vətəndaşlar daha diqqətli olarsa, sözsüz ki, ödəniş kartlarında olan vəsaitlərinin təhlükəsizliyini daha yaxşı təmin etmiş olarlar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Asan İmza”nın istifadəsində 7 əsas təhlükəsizlik qaydası

posted in: Xəbər | 0

Asan İmzaMəlum olduğu kimi Asan İmza (Mobil imza) elektron mühitdə fiziki ID karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM kartınızdır. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə imzalaya bilərsiniz.

İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq PIN kodlar ilə qorunur. Mobil telefon eyni zamanda həm elektron imza üçün smart kart (e-imza kartı), həm də kart oxuyucu qurğu kimi istifadə olunur.

Asan İmza (Mobile ID) elektron xidmətlər mühitinə giriş üçün təhlükəsizlik aləti hesab edilir və rəqəmsal imzanın qoyulmasına imkan verir. Bununla belə bədniyyətlilər çox vaxt insanların ehtiyatsızlığından istifadə edir. Ona görə də “Asan İmza”dan (Mobile ID) istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.

Asan İmza-nın (Mobil ID) istifadəsində 7 əsas təhlükəsizlik qaydası aşağıdakılardır:

1. İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və PIN kodları kənar şəxslərə verməyin.
Asan İmza (Mobile ID) SIM kartı PIN kodlar ilə birlikdə bədniyyətlilərin əlinə keçdiyi zaman onlar Sizin adınızdan sövdələşmə imzalaya, həmçinin şəxsi verilənlərinizi görə bilərlər. Bu halda onlar tərəfindən götürülən öhdəliklər Sizin üzərinizə düşəcəkdir.

2. Asan İmza (Mobile ID) SIM kartının əldə edilməsindən sonra Asan İmza (Mobile ID) PIN kodlarını dəyişmək məsləhət görülür.
Kodları dəyişmək üçün Sizə məxsus PUK kodu bilməyiniz tələb olunur. Daha asan yadda qalsın deyə PIN1 və PIN2 kodlarını eyni şəkildə dəyişməyin.

3. PIN və PUK kodları telefondan ayrı saxlayın.
PIN kodlarınızın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də Asan İmza (Mobile ID) PIN və PUK kodlarını telefondan ayrı saxlamaq məsləhət görülür. Hətta telefonunuzu tanışlarınıza müəyyən müddətə belə verdikdə PIN və PUK kodlarınızı gizli saxlayın!
PIN kodları əzbərləyin. Bu üsul alınmadıqda isə PIN kodları Asan İmzaya (Mobile ID) heç bir istinad etmədən etibarlı yerə qeyd edin.

4. PIN kodlar üçün sadə kombinasiyalardan (0000, 1111, 1234 и т.п.), ad günü, ev və mənzillərin nömrəsi və s. istifadə etməyin.

5. Telefonun ekranında Asan İmza (Mobile ID) vasitəsilə istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından əmin olun.

6. PIN kodu istifadə etmək istədiyiniz xidmətdən ismarıc aldıqdan sonra daxil edin.

7. Mobil telefon oğurlandığı və ya itirildiyi zaman ilk olaraq texniki dəstək xidmətinə (Azercell, Bakcell və ya Nar Mobile) müraciət edib Sizə məxsus olan Asan İmza (Mobile ID) SIM kartınızı bloka salın. Asan İmza (Mobile ID) SIM kartının bloka salınması zamanı bütün sertifikatların da qüvvəsi dayandırılacaq.

Asan İmza (Mobile ID) SIM kartını bloka salmadan sertifikatların qüvvəsinin dayandırılması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) texniki dəstək xidmətinə (195) zəng edərək sertifikatlarınızın qüvvəsinin dayandırılmasını xahiş edin. Sertifikatlarınızın qüvvəsini dayandırdıqdan sonra Asan İmza xidmətindən istifadə etmək istədikdə, yeni Asan İmza SIM kartını alaraq yeni sertifikatları əldə etmək lazım olacaq.

Müasir texnologiyalar mobil qurğulara funksionallığına görə stolüstü kompüterlər və “notebook”lar ilə yarışmağa imkan verir. Smartfonlar insanlar arasında əlaqənin, informasiyanın əldə edilməsi, ötürülməsi və yayılmasının bir çox yeni üsullarını təqdim edir. Belə ki, smartfonlar İnternetə nəinki operator vasitəsilə həmçinin wi-fi ilə (məsələn, İnternet-kafelərdə “notebook”lar kimi) qoşula bilir.

Əlbəttə, smartfon əvvəlki kimi adi zənglər etməyə imkan verir. Ancaq bu qurğulara kiçik kompüterlər kimi baxmaq daha məntiqli olardı. Ona görə də əgər Siz smartfondan istifadə edirsinizsə. unutmayın ki, onun da kompüteriniz kimi qorunması tələb olunur.


Sadələşdirilmiş vergi ödəyicisindən alınmış malların silinməsi ƏDV üzrə vergitutma obyektidirmi?

posted in: Vergi, Xəbər | 0

Sual:  ƏDV qeydiyyatında olan müəssisə 2017-ci ildə 5.000 manat dəyərində avadanlıq almış və malı təqdim edən ƏDV ödəyicisi olmadığından həmin mala görə ƏDV ödənilməmişdir. 2018-ci ildə həmin əsas vəsait müəssisə tərəfindən uçotdan silinərsə, həmin əsas vəsaitin qalıq dəyəri ƏDV-nin vergitutma obyekti hesab edilirmi?

Cavab: Bildiririk ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Bu baxımdan da ƏDV-ni tətbiq etməyən sadələşdirilmiş vergi ödəyicisindən alınmış malların silinməsi ƏDV üzrə vergitutma obyektini təşkil etmir.

Bax: Vergi Məcəlləsinin 159.5-ci maddəsi.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 706 707 708 709 710 711 712 2. 391