2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanması

posted in: Xəbər | 0

Bu məqalədə “Ümumi maaş nədir?”, “2026-cı ildə nettdən grossa əməkhaqqı necə hesablanır?” kimi suallara cavab verilir xalis maaşdan hesablama kalkulyatoru təqdim olunur.

Gross əməkhaqqı nədir?

Əməkhaqqının məbləği müəyyən bir işin və ya vəzifənin cəlbediciliyinin əsas göstəricilərindən biridir. İşəgötürənlər iş elanlarında çox vaxt ümumi əməkhaqqını qeyd edirlər. Bu işaxtaran üçün cəlbedici görünsə də, nəzərə almaq lazımdır ki, həmin məbləğdən gəlir vergisi və digər icbari tutulmalar çıxılır.

Ümumi yaxud gross əməkhaqqı işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində qeyd edilən, vergi və digər icbari tutulmalar (məcburi dövlət sosial sığortası, məcburi tibbi sığorta və sair) hesablanmazdan əvvəlki ümumi məbləğdir.

“Gross” ingiliscə “ümumi məbləğ”, “böyük” və ya “total” sözlərindəndir. Əməkhaqqı baxımından “gross məbləğ” ödənilməli olan icbari tutulmalar (gəlir vergisi, məcburi sığorta məbləğləri) çıxılmazdan əvvəl əlavə ödənişlər, müavinətlər, kompensasiyalar və digər bu kimi ödənişlər nəzərə alınmaqla əməkhaqqı məbləğinə aiddir.

Gross maaşdan tutulmalar çıxıldıqdan sonra qalan məbləğ, yəni işçinin ələ aldığı məbləğ nett əməkhaqqı sayılır.

Ümumi və xalis əməkhaqqı barədə “Gross və Nett əməkhaqqı nədir” adlı məqalədən ətraflı məlumat almaq olar.

Xalis əməkhaqqıdan ümumi maaşı hesablamaq nə vaxt lazım gəlir?

İşçi və işəgötürən arasında əməkhaqqının sabit məbləğdə ödənişi razılaşdırıldıqda, nett əməkhaqqından gross əməkhaqqının hesablanması lazım gəlir. Həmçinin işəgötürən əməkhaqqı üzrə faktiki xərcləri müəyyən etməli, tutulmaları (gəlir vergisi, icbari ödənişlər) hesablamalı və ümumi maaşı əmək müqaviləsində qeyd etməlidir.

Nettdən grossa əməkhaqqının hesablanması daha çox peşəkarların işə cəlb edilməsi, habelə əcnəbi mütəxəssislərlə müqavilənin bağlanması zamnı tətbiq edilir.

Gross əməkhaqqının hesablandığı əsas hallar

  • İşəgötürən və işçi arasında “xalis” məbləğ üzrə razılaşma olduqda;
  • Vergitutmanı düzgün aparmaq üçün işçinin xalis gəlirini ümumi məbləğə yenidən hesablayaraq müəyyən məbləğdə artırmaq lazım olduqda (indeksləşdirmə, mükafatlandırma və ya bonus hesablanması);
  • Əmək müqaviləsinin tərtib edilməsi zamanı ( işçiyə xalis əməkhaqqı verilsə belə, müqavilədə vergidən əvvəlki məbləğ (gross əməkhaqqı) göstərilməlidir);
  • Vergi bazasının hesablanması (ümumi məbləğdən tutulan gəlir vergisi və sığorta haqlarının düzgün hesablanması üçün).

2026-cı ildə əməkhaqqı hesablanmasının əsasları

2026-cı ilin əvvəlindən əməkhaqqından tutulmalara tətbiq edilən dəyişikliklər əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə aiddir. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektorunda çalışan işçilər üzrə əməkhaqqı hesablaması 2025-ci ilə nisbətən az dəyişib. Dəyişiklik icbari tibbi sığorta (İTS) ödənişlərinin hesablanması ilə bağlıdır. Belə ki, hesablamalar əməkhaqqı 2500 manatadək və 2500 manatdan çox olan hissələrə bölünməklə iki aralıqda aparılır.

Özəl sektorda 2026-ci ildə əməkhaqqından tutulmalar aşağıdakı kimidir:

  • Gəlir vergisi (GV): 2500 manatadək (Gross– 200) × 3%, 2500 – 8000 manat arası 75+ (Gross-2500)* 10%, 8000 manatdan yuxarı olduqda 625 manat + (Gross-8000)*14%;
  • Məcburi Dövlət Sosial Sığortası (MDSS): 200 manatadək Gross*3%, 200-8000 manat aralığında (Gross-200)*10%+6, 8000 manatdan yuxarı olduqda (Gross-8000)*10%+786;
  • İcbari Tibbi Sığorta (ITS): 2500 manatadək Gross × 2%, 2500 manatdan çox olduqda (Gross-2500)*0,5%+50;
  • İşsizlikdən sığorta (İS) = Gross × 0.5%

2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanmasının əsasları

Əməkhaqqından tutulmlara 2026-cı ilin əvvəlindən tətbiq edilən tutulmalara diqqət etsək, fərqli aralıqlarda onların fərqli olduğunu görə bilərik. Bu nettdən grossa əməkhaqqının hesablanmasına da təsir edir. Hesablamaya təsir edən əsas amil ümumi əməkhaqqının yuxarıda qeyd edilən intervallardan hansına uyğun gəldiyini təxmin etməkdir. Bu hansı düsturun tətbiq ediləcəyini müəyyən etmək üçün vacibdir. Bu intervalların sərhədlərində daha çox vacibdir və hesablamalara daha çox təsir edir.

Gəlin özəl sektor üçün 0-2500 manat intervalı üçün hesablamalara baxaq. Bu bizə nettdən grossa əməkhaqqı hesablanmasının riyazi mahiyətini anlamağa kömək edər. Digər aralıqlar üçün hesablama ardıcıllığı mahiyyətcə oxşardır.

Ümumi maaş 0 – 2500 manat aralığında olduqda hesablamalar  

Bu aralıqda gəlir vergisi 3% təşkil edir, Vergi Məcəlləsinin 102.1.6 -ci maddəsi nəzərə alsaq:

  •  GV = (Gross – 200) × 0.03 = 0,03* Gross – 6

Xalis əməkhaqqı (Nett) ümumi əməkhaqqından (Gross) aşağıdakı düsturla hesablanır:

Nett = Gross – (Gəlir Vergisi + MDSS + İşsizlikdən Sığorta + İcbari Tibbi Sığorta )

Tutulmalara uyğun dəyərləri bu düsturda yerinə qoyaq:

  • NETT = Gross – ((0,03* Gross – 6) + 0.125 * Gross – 14)
  • NETT = Gross – (0.155 * Gross – 20)
  • NETT =  0.845 * Gross + 20

GROSS = (NETT – 20) / 0.845

Nümunə:

Nett=2132,50  manat,  Gross=(2132,50-20)/0,845 = 2500 manat

Bu hesablamaların mahiyyətini, habelə intervalların sərhədlərinə uyğun ədədləri bilməklə digər intervallar üçündə riyazi hesablamalar aparmaq olar.

Exceldə NETT → GROSS kalkulyatoru

Riyazi hesablamalarla vaxt itirməmək, həmçinin hesablamalar zamanı texniki səhvləri aradan qaldırmaq üçün Exceldə sadə kalkulyatordan istifadə etmək olar. Kalkulyator hər iki kateqoriyalara aid olan işəgötürənlərdə çalışan işçilərin 2026-ildə  əməkhaqqından tutulmaları, habelə nettdən grossa  əməkhaqqını hesablamağa (yaxud əksinə) imkan verir.

Bundan başqa işçinin tam dəyərini də (işçinin işəgötürənə tam olaraq hansı məbləğə başa gəldiyini) bu kalkulyatorda Excelin “Supergross” Excel düsturu vasitəsi ilə hesablamaq olar.

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika

posted in: Xəbər | 0

2025-ci ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nəzərən 145 min ədəd artaraq 21,980 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 12,8 faiz artıb, kredit kartlarının sayı isə 8 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artıb.

2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib. 2025-ci ilin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,6 faizini təşkil edib.

Mənbə: vergiler.az

ƏMAS sistemində atalıq məzuniyyəti üçün yenilik

ƏMAS sistemində atalıq məzuniyyəti üçün yenilik

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib.

Uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da:

  • “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur,
  • məzuniyyətin növünü seçir,
  • məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir,
  • işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.

Bu yenilik iş yerlərində məzuniyyət verilməsi prosesləsinin tam elektronlaşdırılaraq çevik və şəffaf şəkildə həyata keçirilməsinə, əmək münasibətlərində sosial təminat mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur.

Mənbə: vergiler.az

Qeyri-formal məşğulluğun işəgötürənlər üçün yaratdığı risklər

Qeyri-formal məşğulluğun işəgötürənlər üçün yaratdığı risklər

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qeyri-formal məşğulluğun işəgötürənlər üçün yaratdığı riskləri sadalayıb.

Məlumata əsasən, qeyri-formal məşğulluq yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də ciddi hüquqi, iqtisadi və institusional nəticələrə səbəb olur.

Bu hallar hüquqi məsuliyyətin artmasına, istehsal və əmək məhsuldarlığının azalmasına, habelə müəssisənin ümumi fəaliyyətinə mənfi təsir göstərən digər amillərin formalaşmasına gətirib çıxarır. Nəticə etibarilə, qeyri-formal məşğulluq işəgötürənlərin iqtisadi maraqlarına əhəmiyyətli zərər vurur.

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sosial məsuliyyətlərini dərk etməyə və qeyri-formal məşğulluqla mübarizədə fəal iştirak etməyə çağırır.

Mənbə: vergiler.az

İşəgötürən işçinin işə gəlməməsinə icazə verə bilər

1 50 51 52 53 54 55 56 2. 382