Ötən ay vətəndaşlara qaytarılan ƏDV açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 19 milyon 680,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Yanvarda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 718,2 min manat təşkil edib.

Mənbə: report.az

Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir

Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini fevralın 20-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 10 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 20-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Financial Reporting Center” MMC olub. Şirkətə 1 357 manat ödənilib.

Mənbə: report.az

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi auditor seçir

Elektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir?

posted in: Xəbər | 0

Elektron əmtəə-nəqliyyat qaiməsini və elektron yol vərəqəsini təqdim etmək hansı vergi ödəyiciləri üçün məcburidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Bu Məcəllənin 71-3-cü maddəsinə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi tərtib edilir.

Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və “Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicilərinin vəzifələrinə aiddir. Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən yüklərin yükgöndərəndən yükalana daşınaraq təhvil verilməsi elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqəsi əsasında həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-10-cu, 71-1.1-ci, 71-3-cü maddələri

Mənbə: vergiler.az

Bayram günləri məzuniyyətə təsir edirmi?

Bayram günləri məzuniyyətə təsir edirmi?

posted in: Xəbər | 0

Əmək Məcəlləsində bu ildən qüvvəyə minmiş dəyişikliklərdən biri də məzuniyyət dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə gününün əvəzlənməsi ilə bağlıdır. Bəs bu nüans necə tənzimlənəcək?

İnsan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova suala aydınlıq gətirib.

Məzuniyyət günləri ilə bağlı dəyişiklik Əmək Məcəlləsinin 114-cü maddəsində əksini tapıb. Həmin maddənin 6-cı bəndi əvvəl bu redaksiyada verilmişdi: “Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir”. Dəyişiklikdən sonra isə həmin maddə bu redaksiyada təsdiqlənib: “Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır”. Bu halda, məsələn, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.

Qeyd edilən dəyişikliyə praktiki nümunələr üzərindən baxaq:

Misal 1

5 günlük iş qrafikində çalışan işçi 12.01.2026-cı il tarixdən 14 günlük əmək məzuniyyətinə çıxır. İşçinin işə başlama tarixi nə vaxtdır?

Qeyd olunan dövr aralığına 20 Yanvar – Ümumxalq Hüzn Günü təsadüf etdiyindən, yeni dəyişikliyə əsasən, məzuniyyətə 1 gün uzadılma verilir və işçinin işə başlamalı olduğu tarix 26.01.2026-cı il deyil, 27.01.2026-cı il hesab edilir.

Maddənin dəyişiklikdən öncəki versiyası bu kimi keyslərin tənzimlənməsi zamanı praktikada fərqli yanaşmaların yaranmasına səbəb olurdu.

Misal 2

5 günlük qrafikdə çalışan işçi 01.05.2026-cı il tarixdən 30 günlük əmək məzuniyyətinə çıxır. İşə başlama tarixi nə vaxtdır?

Əvvəlki qayda üzrə uzadılacaq gün sayı 4 gün (mayın 9-u Faşizm üzərində qələbə günü, 28-i Müstəqillik Günü, 27 və 28-i Qurban bayramı) idi. Bu halda işə başlama tarixi 04.06.2026-cı il tarixi olacaqdı. Çünki 28 mayda 2 bayram üst-üstə düşürdü.

Yeni qayda üzrə uzadılacaq gün sayı 3 gün (mayın 9-u Faşizm üzərində qələbə günü, 27-i Qurban bayramı, 28-i Müstəqillik Günü), işə başlama tarixi 03.06.2026-cı il olacaq.

Mənbə: vergiler.az

Əlilliyi olan övladına görə işçiyə hansı vergi güzəşti verilir?

1 51 52 53 54 55 56 57 2. 391