Daha çox8
Daha çox8

Könüllü açıqlamanın əhatə dairəsi genişləndirilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsində edilmiş dəyişikliyə əsasən, könüllü açıqlamanın əhatə dairəsi genişləndirilir. Yeniliyi  iqtisadçı ekspert Anar Bayramov şərh edib.

Dəyişikliyə qədər könüllü açıqlama dedikdə, səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi başa düşülürdü.

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, könüllü açıqlama – səyyar vergi yoxlaması və ya üfüqi monitorinq başa çatdıqdan sonra yoxlama (monitorinq) zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi, habelə səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq, həmin halların bu Məcəllənin 85.5-ci maddəsində göstərilən 3 illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsidir.

Öncə bildirək ki, könüllü açıqlamanın vergi ödəyicisi üçün üstünlüyü odur ki, bu halda vergi ödəyicisinə hər hansı maliyyə sanksiyası və ya əlavə faizlər hesablanmır, vergi ödəyicisi yalnız könüllü açıqlama üzrə müəyyən edilmiş vergi borcunu ödəyir. Dəyişiklikləri müqayisə etdikdə belə anlaşılır ki, könüllü açıqlama ilə bağlı iki hal əlavə edilib. Birinci hal ondan ibarətdir ki, üfüqi monitorinq başa çatdıqdan sonra da vergi ödəyicisi könüllü açıqlama edə bilər. Qeyd edək ki, “üfuqi monitorinq” anlayışı da 1 yanvar 2026-ci il tarixdən Vergi Məcəlləsinə daxil edilib. Bu haqda növbəti məqalələrdə açıqlama veriləcək.

Misal 1

Vergi orqanı tərəfindən vergi ödəyicisində 2027-ci ildə üfuqi monitorinq aparılıb. Vergi ödəyicisinin 2028-ci ildə üfüqi monitorinq həyata keçirilən 2027-ci il üzrə könüllü açıqlama verməsinə icazə verilir. Dəyişikliyə qədər isə vergi ödəyicisinin yalnız səyyar vergi yoxlaması aparıldıqdan sonra könüllü açıqlama həyata keçirilməsinə icazə verilirdi.

İkinci hal isə Vergi Məcəlləsində göstərilən 3 illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilmədir. Qeyd edək ki, Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonrakı 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiya məbləğlərinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.

Misal 2

Vergi ödəyicisi 2026-cı ildə 2021-ci ilin vergi bəyannaməsi üzrə könüllü açıqlama edə biləcək. Burada diqqət yetiriləsi məqam ondan ibarətdir ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 85-ci maddəsində qeyd edilən 3 illik müddətdən əvvəlki dövr üzrə könüllü açıqlama üzrə bəyannamə təqdim etmək imkanı yaradılır.

Bir məsələni də qeyd etmək lazımdır ki, bəzi hallarda vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə bəyannamələrdə könüllü açıqlama həyata keçirməklə yalnız yaranmış vergi öhdəliyini bəyan etməklə kifayətlənmir, eyni zamanda bəyannamənin 1 saylı Əlavəsində mövcud olan uyğunsuzluqları da aradan qaldırmaq imkanına malik olurlar. Məsələn, vergi ödəyicisi beş il əvvəl təqdim etdiyi bəyannamədə mülkiyyətində olan hər hansı aktivini bəyan etməmişdirsə, könüllü açıqlama zamanı həmin hesabatda bu kənarlaşmanı da aradan qaldıra bilər. Təbii ki, qeyd olunan hallar üzrə vergi orqanı tərəfindən uyğunsuzluq məktublarının göndərilməsi ehtimalı mövcuddur. Belə hallarda vergi orqanından daxil olan kənarlaşmaya vergi ödəyicisi tərəfindən əsaslandırılmış cavabın təqdim edilməsi zərurəti yarana bilər.

Sərnişinlərin icbari fərdi qəza sığortasında fərqli yanaşmalar: yenilik gözlənilir

Sərnişinlərin icbari fərdi qəza sığortasında fərqli yanaşmalar: yenilik gözlənilir

posted in: Xəbər | 0

Azərbaycanda hava, quru və dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin icbari fərdi qəza sığortası aktuallaşıb. Artıq İcbari Sığorta Bürosu (İSB) və aidiyyəti dövlət qurumları bu sığorta növündə penetrasiyanın artırılması istiqamətində birgə müzakirələr aparırlar. İSB isə bununla bağlı ayrıca yeni layihələr hazırlayıb.

Bu barədə sualları cavablandıran İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib ki, 3 il öncə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasındakı yanaşmaların sərnişinlərin icbari fərdi qəza və daşınmaz əmlak sığortasında tətbiq edilməsi mümkündür: “2025-2027-ci illər sığorta sektorunun inkişafı strategiyasında yer alan bu məsələ ilə bağlı Mərkəzi Bankla müzakirələr aparırıq. Məqsəd odur ki, icbari növlər üzrə təyin edilən sığortalar artıq vətəndaşlar tərəfindən təmin olunsun. Məcburi xarakterli olmadığı üçün daha çox onun fəlsəfəsini başa düşərək həyata keçirilməsini təmin etmək lazımdır. Vətəndaşlar əmlaklarını sığortalayan zaman nə əldə edəcəklərini bilməlidirlər”.

İSB-nin məlumatına əsasən, indiyədək 190 min 925 daşınmaz əmlak üzrə icbari sığorta şəhadətnaməsi alınıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə müqavilələrin sayı 21 min 893 ədəd təşkil edir. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə şəhadətnamələrin sayı isə xüsusilə azdır – cəmi 200 ədəd. V.Məsiyev bu rəqəmlərin yüksəldilməsi üçün layihələr hazırlandığını vurğulayıb. Bildirib ki, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə hazırlanıb və sərnişin daşıyan bütün nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların icbari fərdi sığortası üzrə vahid və rahat mexanizmin formalaşdırılmasını nəzərdə tutur: “Məqsəd inteqrasiyaları tamamlamaqla sığorta prosesini daha əlçatan və operativ etməkdir. Düşünürəm ki, bu ilin sonunadək müəyyən mexanizmlər tətbiq olunacaq ki, sərnişin daşıyan bütün nəqliyyat vasitələri rahat şəkildə sığortalansın və bu sahədə hər hansı problem yaranmasın. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Mərkəzi Bankla birgə reyestrlərin formalaşdırılması və həmin reyestrlərlə inteqrasiyanı nəzərdə tutan işlər aparılır. Hazırda Daxili İşlər Nazirliyi ilə inteqrasiyamız var. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını daxil etdikdə bütün məlumatlar avtomatik əldə olunur. Eyni yanaşmanı sərnişin daşıyan bütün nəqliyyat vasitələri üzrə də tətbiq etməyi planlaşdırırıq”.

Xatırladaq ki, 2023-cü ildən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında yeni yanaşmalar tətbiq olunur. İSB-nin icraçı direktorunun müavini Seymur Mirzəyev bununla bağlı bildirib ki, sistemdə sığorta haqları və ödənişlərinin hesablanması zamanı sürücünün yaşı, təcrübəsi, avtomobilin ishehsal tarixi, nəqliyyat vasitəsinin idarə edildiyi ərazilər və digər amillər əsas götürülür: “Artıq hər kəsə eyni deyil, şəxsi məlumatlara uyğun yanaşma tətbiq edilir. Bu, hər bir sürücüyə münasibətdə tarifin müəyyən edilməsidir. Məlumatlara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələrin rəsmiləşdirilməsində hər il artım qeydə alınır. Bu, həm də ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədardır. Buna mütənasib olaraq, sığorta hadisələrinin sayında, nəticə etibarilə sığorta ödənişlərində və orta zərər məbləğində artım müşahidə edilir”.

Qeyd edək ki, 2025-ci ildə İcbari Sığorta Bürosunun dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib. Nəticədə investisiya portfelinin dəyəri artıb, hədəf olaraq müəyyən edilmiş 5,9 milyon portfel gəliri 6,5 milyon manat səviyyəsində icra olunub.

Mənbə: vergiler.az

İstifadə edilməyən əsas vəsaitlər üçün əmlak vergisi

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti auditor seçir

posted in: Xəbər | 0

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər Xidmətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “SR Audit Solutions” MMC olub. Şirkətə 90 min manat ödənilib.

Mənbə: report.az

İstifadə edilməyən əsas vəsaitlər üçün əmlak vergisi

İstifadə edilməyən əsas vəsaitlər üçün əmlak vergisi

posted in: Xəbər | 0

İstismara verilməyib dövrün sonuna anbarda qalan əsas vəsait əmlak vergisinin hesablanmasında nəzərə alınırmı? İstismara verilən, cari dövr ərzində yenidən istismardan anbara mədaxil olan əsas vəsaitə əmlak vergisi hesablanırmı? Yəni yuxarıdakılar mövcud vəziyyətdə müəssisənin balansında olan əsas vəsaitlərə aid edilməli və onlara əmlak vergisi hesablanmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər – istifadə müddəti bir ildən, dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə, müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Sorğuya cavab olaraq bildirilib ki, konservasiya edilmiş əsas vəsaitlər (vergi ödəyicisinin əvvəllər gəlirin əldə edilməsi prosesində istifadə etdiyi, lakin sonradan gəlirin əldə edilməsi prosesində istifadəsi dayandırılaraq anbarda saxlanılan əsas vəsaitlər), istismara verilməmiş anbarda olan əsas vəsaitlər amortizasiya olunmur. Bu səbəbdən, əsas vəsait hesab edilmədiyi üçün onlara əmlak vergisi hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.17, 114.2.7,114.2.10 və 202-ci maddələri

Mənbə: vergiler.az

Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb

1 48 49 50 51 52 53 54 2. 391
error: Content is protected !!