“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” auditor seçir

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 18 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 54 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “Hesabat” MMC olub. Şirkətə 3,1 min manat ödənilib.

Mənbə: report.az

Təsisçisi eyni olan şirkətlərin borc verməsi necə tənzimlənir?

Təsisçisi eyni olan şirkətlərin borc verməsi necə tənzimlənir?

posted in: Xəbər | 0

Bir şirkət digər şirkətə faizlə borc verir. Şirkətlərin təsisçisi eyni, direktorları isə fərqlidir. Bu halda hüquqi cəhətdən hansısa problem, yaxud qanunsuz bir hərəkət varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və ya hüquqi şəxslərdir.

Sorğuda qeyd olunan şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduğunu nəzərə alaraq, bu şəxslər qarşılıqlı sürətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi – 18.2.3). Nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda, Vergi Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə, ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə, Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 18.1-ci, 18.2.3-cü, 110.1-ci maddələri

Mənbə: vergiler.az

2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanması

Vergi ödəyicilərinin uçotu ilə bağlı qanuna dəyişiklik edilir

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin uçotu ilə bağlı qanuna dəyişiklik edilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) alıcısı Azərbaycan Respublikasında olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu maddədə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir.

Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Mənbə: banker.az

Vergi güzəşti işləyən hər iki valideyn üçün keçərlidirmi?

Vergi güzəşti işləyən hər iki valideyn üçün keçərlidirmi?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 102.5-ci maddəsində göstərilib ki, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Əgər ər və arvad işləyirsə və 2 uşaq varsa, o halda güzəşt hər iki valideynə tətbiq olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, himayəsində azı üç nəfər (o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr daxil olmaqla) olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanunvericiliyə əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Əsas: Vergi Məcəlləsinin 102.5, 102.6-cı maddələri

Mənbə: vergiler.az

2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanması

1 49 50 51 52 53 54 55 2. 382