Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 78 manatdır.

İddiaçılar təkliflərini fevralın 26-na qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 5 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 26-da, saat 17:31-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Sahibkarların bank xərclərinin azaldılması üzrə danışıqlar

Gənclər Fondu auditor seçir

posted in: Xəbər | 0

Gənclər Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 23 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Tax Audit” MMC olub. Şirkətə 2 800 manat ödənilib.

Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib.

Mənbə: report.az

Sahibkarların bank xərclərinin azaldılması üzrə danışıqlar

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarların bank xərclərinin azaldılması məqsədilə beynəlxalq ödəniş şirkətləri ilə danışıqlar aparır. Bu barədə AMB İdarə Heyətinin sədri Taleh Kazımov sualı cavablandırarkən məlumat verib.

T.Kazımovun sözlərinə görə, bank xidmətlərinin baha olmasının bir səbəbi də “Visa” və “MasterCard”ın tətbqi etdikləri xidmət haqları ilə bağlıdır: “Analizlər nəticəsində gördüyümüz odur ki, nağd ödənişlərin həcminin çox olmasının bank sektorundan gələn əsas səbəbi bu şirkətlərin tarif siyasətidir. Onların tətbiq etdiyi yüksək xidmət haqları sahibkarlara, xüsusilə iri sahibkarlara kifayət qədər böyük xərclər gətirir. Ona görə də biz QR ödənişləri, Ani Ödəniş Sisteminin xidmətlərini tətbiq edirik. Həmçinin, həmin beynəlxalq ödəniş şirkətləri ilə birbaşa şəxsən müzakirələr aparıram”.

Hazırda məsləhətçilər səviyyəsində nağd pul dövriyyəsinin səbəblərini analiz etdiklərini deyən T.Kazımov düşünür ki, bu layihənin nəticəsi olaraq, konkret səbəblər bəlli olacaq. Müvafiq qiymətləndirmədən sonra AMB nağd dövriyyənin nağdsız ödənişlərlə əvəzlənməsi üçün islahatlar həyata keçirəcək.

AMB sədri sahibkarların xərclərinin azaldılması məqsədilə bu il QR ödənişlərin tətbiqinin daha da genişləndiriləcəyini vurğulayıb: “Bu il planlaşdırılır ki, QR ödənişlərin tətbiqini daha geniş şəkildə həyata keçirək. Bu, sahibkarlar üçün nağdsız ödənişlərin qəbul edilməsində xərclərin azalmasına, banklarda isə kartlarla ödənişlərdə daha çox “cashback” qaytarılmasına imkan yaradacaq. Bütün ölkədaxili xırda ödənişləri isə Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirməyi planlaşdırırıq. Buraya “card to card” əməliyyatları, fiziki şəxslərin öz aralarındakı ödənişlər və hüquqi şəxslərin xırda ödənişləri daxildir. Bununla sahibkarların xərcləri azalacaq, təşviq artacaq”.

Xatırladaq ki, 2025-ci ilin yanvar-dekabr aylarında ölkədaxili nağdsız əməliyyatların həcmi 25,6% artıb. Kartlarla əməliyyatlarda 7,1%, elektron ticarət əməliyyatlarının həcmində isə 30% artım olub.

Mənbə: vergiler.az

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468 milyon manat olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % və ya 24,6 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,2 % artaraq 347,5 milyon manat olub.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 7,4 % artaraq 17,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,9 % artaraq 14,5 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 1 % artaraq 80,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 % artaraq 62,4 milyon manat təşkil edib.

Mənbə: report.az

Əməyin mühafizəsinə əməl etməyən işçinin kənarlaşdırılması

1 52 53 54 55 56 57 58 2. 391