Qeyri-rezidentlərə ödənilən royaltidən vergilərin tutulması

posted in: Xəbər | 0

kompensasiya , kənd təsərrüfatı , ƏDV-yə cəlb , pərakəndə satış qaydası , malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinin tələblərinə görə, qeyri-rezidentlərə ödənilən royaltilərdən ödəmə mənbəyində 14 faiz ödəmə mənbəyində vergi tutulur və müvafiq olaraq bəyannamədə əks etdirilir. Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri bu halda 18 faizlik ƏDV-nin hesablanılıb-hesablanmamasıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Bu məsələ Vergi Məcəlləsinin 168-ci maddədində öz əksini tapıb.

Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer

168.1. Bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer.

Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi , o cümlədən istifadəyə verilməsi.

Məcəllənin keçmiş variantı ilə müqaysə etsək, görərik ki, 2022-ci il yanvarın 1-dən 168.1.5-ci maddəyə “o cümlədən istifadəyə verilməsi” ifadəsi əlavə edilib. Bəs bu yeniliklə nə dəyişir?

Bildiyiniz kimi, 168.1.5-ci maddə istənilən şəxsin işlərin yerinə yetirilməsi yerindən asılı olmayaraq, işlərin və xidmətlərin təqdim edildiyi yer alıcının olduğu yer sayılır. Odur ki, patentlər və digər analoji ximətlər və işlər də bura aid edilib. 1 yanvar 2022-ci ilə kimi bu hüquqlar ancaq başqa bir şəxsin mülkiyyətinə verildikdə (güzəştin son nəticəsi də mülkiyyətin keçməsidir) xidmətin təqdim edildiyi yer alıcının yeri sayılırdı.

Royaltidə isə yuxarıda göstərilən hüquqlar mülkiyyətə verilmir, ancaq müəyyən şərtlərlə istifadəyə verilir. Ona görə də 1 yanvar 2022-ci ilə kimi yuxarıdakı maddədə göstərilən əməliyyatların nəticəsi royalti sayılmırdı və qeyri-rezident royalti xidmətini təqdim edəndə 168.1.5.-ci maddənin tələblərini ona tətbiq etmək olmurdu. Ona görə də qeyri-rezidentlərə royaltiyə görə ödənilən məbləğlərə ƏDV hesablanmırdı.

2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə “o cümlədən istifadəyə verilməsi” ifadəsinin əlavə edilməsi qeyri-rezidentlərə ödənilən royaltilərə də ƏDV-nin tədbiq edilməsi tələbini qoyur. Yəni maddədə qeyd olunan patent və digər analoji hüquqların istifadəyə verilməsi royalti sayılır və bu xidmətlərin təqdim edilməsi Məcəllənin 168.1.5-ci maddəsinə görə alıcının yeri (Azərbaycan Respublikasının ərazisi) sayıldığından, 18% dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Misal: “AA” MMC Tükiyə Respublikasının qeyri-rezidentinə 5.000 dollarlıq ticarət markasından istifadəyə görə haqq ödəyir. Bu halda vergilər necə hesablanacaq?

14% ödəmə mənbəyində vergi: 5.000 x 14% = 700 dollar

Bu zaman qeyri-rezidentə ödəniləcək məbləğ 4.300 dollar olur: 5.000 – 700 = 4.300 dollar.

Hesablanacaq ƏDV: 5.000 x 18% = 900 dollar.

“AA” MMC 900 dolları (900 x 1,7 manat = 1.530 manat) hesablanmış vergini büdcəyə ödəməklə müvafiq əvəzləşdirmə alacaq və bu, həmin dövrün ƏDV bəyannaməsində əks olunacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (1-ci hissə)

posted in: Xəbər | 0

yaponiyaQərbin sayəsində böhrana düşmüş və indi böhrandan çıxan Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt

Yaponiya iqtisadiyyatının yüksəlişi 30 il əvvəl baş verib: qlobal indeksdə Yaponiya şirkətlərinin səhmlərinin payı 44% təşkil edib. Dünyanın ilk on ən böyük bankından yeddisi yapon bankı, dünya üzrə 271 milyarderdən 40-ı yaponlar idi. Sonradan ölkə elə öz təcrübəsindən öyrəndi ki, sürətli inkişaf, aqressiv ixrac və həddindən artıq istehsal iqtisadiyyata dağıdıcı təsir göstərə bilər.

1. Hazırda yapon iqtisadiyyatı dünyada dördüncü yerdədir

Yaponiya dünyanın iyirmi ən böyük iqtisadiyyatı olan Böyük İyirmiliyə – G20 qrupuna daxildir. ÜDM-in həcminə görə ölkə dünyada dördüncü və Asiya ölkələri sırasında isə ikinci yerdədir. Bu, ciddi göstəricidir, lakin, əvvəllər həmin göstərici bundan da yaxşı olub.

2. Keçmişdə Yaponiya dünyanın ikinci iqtisadiyyatı olub və qonşuları üçün bir nümunə təşkil edib

1968-ci ildə ölkə dünya ÜDM reytinqində ikinci yeri tuturdu və Şərqi Asiya regionunun dövlətləri öz inkişaflarında yapon təcrübəsinə arxalanırdılar: Koreya yapon dzaybatsu-şirkətlərinin (dzaybatsu – yaponca mülkiyyət deməkdir – yapon terminidir, mahiyyət etibarilə “pul klanı” və ya konqlomerat mənasını verir) strukturunu kopyalamışdı, Tayvan isə Yaponiyanın həyata keçirdiyi aqrar islahatları uğurla təkrarlamışdı. 1980-ci illərin əvvəlində Yaponiya texnologiyalar yarışında hətta ABŞ-ı ötüb keçmişdi.

3. 55 il ərzində adambaşına ÜDM 60 dəfə artmışdı

Daha dəqiq söyləsək, Dünya bankının dəyərləndirməsinə görə, bu göstərici 610 dollardan 36 680 dollara yüksəlmişdi. Ölkə əhalisi isə sözügedən dövrdə cəmi 40 faiz artmışdı. Baxmayaraq ki, son on beş ildə yapon ÜDM məşğul olan hər nəfər hesabı ilə ABŞ-la müqayisə oluna biləcək dərəcədə artmışdı, bu qeyri-mütənasiblik yapon iqtisadiyyatında durğunluğa səbəb olmuşdu.

4. İxracın sürətli yüksəlişi Qərbi narahat etdi

Son 55 il ərzində Yaponiyanın ixracatı 155 dəfə artmışdı, 1960-80-ci illərdə bu artım ildə orta hesabla 17 faiz təşkil edirdi. 20 əsrin ortalarında yapon ixracının əsas üstünlüyü onun aşağı qiymətlərində idi, buna görə də bütün dünyada yapon gəmilərindən, dəqiq optikadan, elektronika məhsullarından, televizorlar və fotoaparatlarından istifadə edirdilər. Otuz ildən sonra çinlilər ucuz işçi qüvvəsindən yararlanaraq eyni inkişaf yolunu seçəcəkdilər.

Yaponiyanın inanılmaz yüksəlişi Qərbi narahat etməyə başladı – belə ki, yapon malları digər ölkələrdə iş yerlərinin azalmasına gətirib gətirib çıxarırdı və digər ölkələrdə istehsal olunan məhsulların rəqabətə davamlılığını azaldırdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu işlər üçün lisenziya tələb olunmayacaq

posted in: Xəbər | 0

e-qaimə , ish və istirahət günləri , Elektron satınalmalar, iştirak haqqı, Elektron satınalmalarda iştirak haqqı, 2022, qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatıDağ-mədən işləri və buruq qazmalarının aparılması işləri üçün lisenziya tələbi ləğv edilir

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlar “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Adıçəkilən Qanuna 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsinə edilmiş dəyişikliklə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üçün lisenziya tələbi ləğv edilir.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

posted in: Xəbər | 0

daşımalar üzrə ƏDV, avtonəqliyyat vasitələri, Malların ixrac qeydi, ƏDV üçün mal, ƏDV hesablanmasıMeyvə-tərəvəz istehsalı ilə məşğul olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxs ilə müqavilə bağlayır. Bu halda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.
Buna əsasən, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 164.1.34-2-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 526 527 528 529 530 531 532 2. 387