Əlavə xərclər malların maya dəyərinə aid edilirmi?

posted in: Xəbər | 0

Mühasib , Maliyyəçi , Auditor , Vakansiya, Kiçik Mühasib, Əmlak vergisi, Auditor, Vakansiya, Maliyyə, dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiMüqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimələri, dəbbə pulunu, faiz xərclərini bu xərclərin yaranmasına səbəb olan mallar alınarkən və ya idxal edilərkən həmin malların maya dəyərinə aid etmək olarmı? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Müəssisələr bəzən mal alarkən və ya idxal edərkən normal işgüzar adətdən fərqli olaraq nəzərdə tutulmayan, normadan artıq xərc yaranır. Məsələn, tutaq ki, “AA” MMC Türkiyədən 50.000 manatlıq mal idxal edir və həmin malın ölkəyə daşınması ilə bağlı beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisəyə müqavilə üzrə 5.000 manat ödəniş etməlidir. Malları idxal edən “AA” MMC hər hansı səbəbdən daşıma müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün (məsələn, ödənişi vaxtında etmədiyi üçün) beynəlxalq daşıma müəssisəsi müqaviləyə əsasən 3.000 manat məbləğində dəbbə pulu (penya, cərimə) hesablayıb və “AA” MMC həm 5.000 manat daşıma xərcini, həm də 3.000 manat dəbbə pulunu beynəlxalq daşıma müəssisəsinə ödəyib. Bu halda 3.000 manat dəbbə pulunu müəssisə öz uçotunda necə əks etdirəcək? Müəssisə ödədiyi dəbbə pulunu idxal edilən malın maya dəyərinə aid edə bilərmi?

Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, daşınması və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Bizim göstərdiyimiz misalda 5.000 manat daşıma xərci malın maya dəyərinə aid edilir. Təcrübədə bəzən rastlaşırıq ki, bəzi mütəxəssislər 3.000 manat dəbbə pulu idxal edilən mal ilə bağlı yarandığına görə həmin məbləği də malın maya dəyərinə aid edirlər.

Əvvəlcə aydınlaşdırmalıyıq ki, malı idxal edən müəssisənin öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə ödədiyi dəbbə pulu, ümumiyyətlə, gəlirdən çıxılırmı? Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən, mülki hüquq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilən faizlər, dəbbə pulu müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Vergi Məcəlləsinin 143-cü maddəsində isə göstərilir ki, vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər aktivlərin dəyərinə aid edilmir. Həmçinin, “Ehtiyatlar” adlı 2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən, normadan artıq sərf edilən xərclər malların dəyərinə aid edilmir.

Beləliklə, müəssisənin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimə, dəbbə pulu, penya, faiz, habelə həmin məhsulların satışı üçün çəkilmiş satış xərcləri, saxlama (anbar) xərcləri malların alışı və idxalı ilə birbaşa bağlı olsa belə, həmin xərclər malların maya dəyərinə aid edilmir və dövrün birbaşa gəlirdən çıxılan xərclərinə aid edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tahir Mirkişili mühasiblərin müstəqil olmamasından şikayətlənib

posted in: Xəbər | 0

mühasib , tendensiyalar , mühasibat uçotu , tendensiyalar“Hesablama Palatasının monitorinq fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, mühasiblərin müstəqillik səviyyəsini artırmaq lazımdır: “Mühasiblər bu gün rəhbərdən çox asılıdır. Mühasib bir çox hallarda təzyiqə məruz qalır. Ancaq buna baxmayaraq, mühasiblər qanun pozuntusuna yol verməməlidirlər. Ona görə də mühasibin işə təyin olunması, işdən azad olunması məsələsinə baxmaq olar”.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər

posted in: Xəbər | 0

kompensasiya , kənd təsərrüfatı , ƏDV-yə cəlb , pərakəndə satış qaydası , malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıMühasibat və vergi uçotları fərqli formalarda aparıla bilər. Mövzunu “vergiler.az” üçün “BSC Consulting & Outsourcing Company” şirkətinin maliyyə işləri üzrə aparıcı mütəxəssisi Rüfət Həmzəli təxirə salınmış aktivlər və təxirə salınmış öhdəliklər üzərindən izah edib.

Müntəzəm olaraq təxirə salınmış aktivlər kimi qəbul edilən xərclərə misal olaraq qabaqcadan ödənilmiş sığorta (icarə, reklam) xərclərini aid edə bilərik. Bu təxirə salınmış aktiv əvvəlcədən ödənilmiş xərc kimi qeydə alınır. Ona görə də ilkin olaraq balans hesabatında cari aktiv kimi görünür.

Təxirə salınmış öhdəlik isə yaranmış və ödənilməli olan borcun bir şəxs və ya təşkilatın ödənişlə həll etmədiyi borcdur. Ödəniş gələcəkdə müəyyən bir vaxtda ediləcək və buna görə də öhdəliyin təxirə salındığı deyilir. Kreditlər üzrə ödənişlərdən tutmuş ödənilməli olan gəlir vergilərinə qədər bir sıra öhdəlik növləri təxirə salına bilər. Mühasib təxirə salınmış öhdəliyi uçotlarda qeyd etməklə, öhdəliyin ödənişinin vaxtı çatanda onun qeydə alınmasına əmin olmalıdır.

Bəzən beynəlxalq mühasibat uçotu standartları ilə yerli qanunvericilik fərqlənir. Bunun nəticəsində mənfəət və zərər hesabatında tanınan mənfəət vergisi xərcləri ilə vergi orqanının hesabladığı vergilərin həqiqi məbləği arasında fərq yarana bilər. Əgər şirkət müəyyən maliyyə dövrü üçün vergisini artıq ödəyibsə və ya vergini əvvəlcədən ödəyibsə, bu, artıq ödənilmiş vergi kimi tanınır və təxirə salınmış vergi aktivi kimi mühasibat uçotunda qeydə alınır. Bir şirkətin mənfəət və zərər hesabatı haqqında vergidən əvvəlki mənfəəti vergi bəyannaməsindəki vergiyə cəlb olunan mənfəətdən çox ola bilər. Bu fərqə görə təxirə salınmış vergi borcları (öhdəliyi) yaranır.

4 nömrəli Milli Mühasibat Uçotu Standartına əsasən, “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” hesablar planının 161 nömrəli hesabda uçotu aparılır. Belə aktivlər Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesablanmış uçot mənfəəti ilə vergi qanunvericiliyi əsasında hesablanmış vergi mənfəəti arasında yaranmış müvəqqəti fərqlər nəticəsində müəyyən edilir.

Təxirə salınmış vergi aktivi aşağıdakı səbəblərdən yarana bilər:

– mühasibat uçotu üzrə hesablanmış mənfəət vergi tutulan mənfəətdən az olduğu halda;

– mühasibat uçotu və vergi uçotu üzrə amortizasiya metodunda və dərəcəsində fərq nəticəsində.

Birinci halda mühasibat uçotu üzrə zərər varsa, lakin mənfəət vergisi üzrə şirkətdə mənfəət göstərirsə, gələcək ildə vergi ödənişi üçün istifadə edilə bilən təxirə salınmış vergi aktivləri kimi uçotda qeyd olunmalıdır.

İkinci halda, uçot siyasətinə əsasən, müəssisə avadanlıqlarını düzxətli metodu ilə, vergi uçotu üzrə isə Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinə əsasən, 20 faizlə azalan qalıq metoduna əsasən amortizasiya edir.

Tutaq ki, müəssisənin balansında olan avadanlığın ilkin dəyəri 60.000 manatdır. Düzxətli metoda əsasən, avadanlığın istifadə müddəti 6 ildir. Müəssisənin cari il üzrə mənfəəti 200.000 manatdır. Gəlin hər iki metodla amortizasiyanı aparaq:

1-ci il
Düzxətli metod ilə:
60.000 : 6 = 10.000 manat;
Mənfəət vergisi – (200.000-10.000)x20 % = 38.000 manat.

Azalan qalıq metodu ilə:

60.000 x 20% = 12.000 manat;
Mənfəət vergisi – (200.000-12.000) x 20%= 37.600 manat.

Amortizasiya üzrə fərq – 2.000 manat
Təxirə salınmış mənfəət vergisi – 400 manat

İkili yazılışlar üzrə hər iki metodla yazılışı göstərək:

1-ci metod:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Amortizasiyanın mühasibat uçotunda düzxətli metod ilə hesablanması 701-4 “İstehsal aktivlərinin amortizasiyası” 112 “Torpaq, tikili və avadanlıqlar – amortizasiya” 10.000
2 İlin sonunda amortizasiya xərcləri “Ümumi mənfəət(zərər)”ə silinir. 801 “Ümumi mənfəət (zərər)” 701-4 “İstehsal aktivlərinin amortizasiyası” 10.000

2-ci metod:

 

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Vergi uçotuna əsasən mənfəət vergisi hesablanıb 901 “Cari mənfəət vergisi üzrə xərclər” 521 “Vergi öhdəlikləri” 37.600
2 Təxirə salınmış mənfəət vergisi olacaq 161 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 400
3 Mənfəət vergisi üzrə xərclərin silinməsi 801 “Ümumi mənfəət(zərər)” 901 “Cari mənfəət vergisi üzrə xərclər” 37.600
4 Təxirə salınmış mənfəət vergisi üzrə xərclər silinir 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 801 “Ümumi mənfəət (zərər)” 400

Bu aktiv yalnız gələcək gəlirlərdə reallaşa bildiyi halda qeydə alınır. Müəyyən bir dövrdə şirkət bu aktivin gələcəkdə reallaşa bilməyəcəyinə əmin olarsa, onu balans hesabatında qeydlərlə silmək lazımdır.

Təxirə salınmış vergi aktivləri, həmçinin xərclər vergi hesabatında tanınmazdan əvvəl mənfəət və zərər haqqında hesabatda tanındıqda formalaşa bilər.

Misal: Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir və bu, mühasibat və vergi uçotu üzrə fərqlərə gətirib çıxarır. Mühasibat üçotunda bu xərclər gəlirdən çıxılan xərclər kimi qeyd olunur. Təxirə salınmış vergi aktivlərinin başqa bir nümunəsi ümidsiz borcdur. Fərz edək ki, bir şirkətin maliyyə ili üçün 10.000 manat məbləğində mənfəəti, eləcə də ümidsiz borc kimi 500 manat ehtiyatı vardır. Lakin bu ümidsiz borc vergi məqsədləri üçün silinənə qədər nəzərə alınmır. Beləliklə, şirkət 10.500 manat məbləğində vergi ödəməli və aradakı fərqə görə bu vergi aktivini yaratmalıdır.

421 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri” hesabı 4 №li Milli Mühasibat Uçotu Standartına əsasən, mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliklərinə dair məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulur. Təxirə salınmış vergi öhdəlikləri – vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi məbləğidir.
Uçot Müəssisə- Cari Müəssisə Gələcək Təsiri
1. Muhasibat uçotu

Vergiyə cəlb

olunan mənfəətdən çoxdur

Cari ildə daha az vergi ödəyir. Gələcək illərdə

daha çox vergi

ödəyəcək

Təxirə salınmış

vergi öhdəliyini yaradır

2. Muhasibat uçotu

Vergiyə cəlb

olunan mənfəətdən azdır

Cari ildə daha çox vergi ödəyir Gələcək illərdə

daha az vergi

ödəyəcək

Təxirə salınmış

vergi aktivini yaradır


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

posted in: Xəbər | 0

maliyyə , mühasibatlıq , Auditor Vakansiyaİqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi ötənilki maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Nexia EA” QSC-dir.

Qalib şirkətə 19 min manat ödəniləcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 527 528 529 530 531 532 533 2. 387