Aksiz markası ilə bağlı qanun pozuntusuna görə cəzalar

posted in: Xəbər | 0

aksiz markası , maliyyə sanksiyası , xitam , şərti cərimə , əmək hüququnun pozuntuları , əmək stajı , startap şəhadətnaməsi , əmək münasibətləri, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, vergi orqanı gəlir vergisiQanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mövzunu Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh edib:

Qanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və məsuliyyətə səbəb olur.

Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Borc gəlir hesab edilirmi?


Misal 1: Aksiz vergisinin ödəyicisi olan “A” müəssisəsi aksizli mallara vurulmuş plombları zədələnib. Bu halda ona 5.000 manat maliyyə sanksiyası tətbiq olunur.

Vergi Məcəlləsinin 191.2-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Siqaret istehsalı ilə məşğul olan “B” müəssisəsi bazar dəyəri 4.000 manat olan siqaret məhsulunu 2022-ci ilin fevral ayında markalanmadan istehsal binalarının hüdudlarından kənara buraxıb. Belə halın təqvim ili ərzində birinci dəfə baş verdiyini nəzərə alaraq müəssisəyə malın bazar dəyərinin 1 misli, yəni 4.000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Müəssisə 2022-ci ildə belə hala ikinci dəfə yol verərsə, yəni bazar dəyəri 6.000 manat olan aksizli malı markalanmadan istehsal binasından kənara buraxarsa, bu halda ona 12.000 manat maliyyə sanksiyası tətbiq olunacaq:

6.000 x 2 = 12.000 manat.


Mənbə: vergiler.az


Kapital Bank-da Müstəqillik Günü qeyd edildi

posted in: Xəbər | 0

Kapital Bank-ın menecment komandasının iştirakı ilə ənənəvi komanda quruculuğu tədbiri keçirilib. Bir qayda olaraq hər il keçirilən bu tədbir adətən payız aylarına təsadüf etsə də, bu dəfə “BİRliyimiz Qələbəmizdir!” şüarı altında təşkil edilən görüş əvvəlki tədbirlərdən fərqli olaraq məhz Müstəqillik Gününə həsr olunub və unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları arasında Kapital Bank-ın İdarə Heyətinin sədri başda olmaqla, idarə heyətinin üzvləri, orta və üst menecmentin nümayəndələri yer alıb.

Festival formatında təşkil olunan tədbir 2 hissədən ibarət olub. Tədbirin birinci hissəsinə ölkəmizin səfalı guşələrindən biri olan Quba rayonunun dağlıq və yaşıllıq ərazisində milli ornamentlərlə bəzədilmiş məkanda start verilib. Tədbirin bu hissəsi milli ruhda hazırlanan stendlərlə yadda qalıb. Stendlərdə müxtəlif milli incəsənət və bədii yaradıcılıq nümunələri və yerli istehsal olunan məhsullar nümayiş etdirilib. İştirakçılar vətənimizin ləziz təamlarından dadaraq milli musiqi ansamblının ifalarını dinləyiblər.

Tədbirin ikinci hissəsi qala tipli şam yeməyi formatında təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev açılış nitqi ilə çıxış edib. O, öz nitqində müstəqilliyimizin keçmiş tarixi və yeni tarixə qızıl hərflərlə həkk olunan şanlı qələbəmiz barədə danışıb, habelə Kapital Bank-ın ölkənin maliyyə sektoruna verdiyi xüsusi töhfəni və sektordakı əvəzsiz rolunu vurğulayıb. Sədr, eyni zamanda, bankın son illərdə qət etdiyi əhəmiyyətli uğur yolu barədə söz açıb və rəhbər vəzifələrə yeni təyin olunan gənc liderlərə peşəkar karyeralarında müvəffəqiyyət arzulayıb. Açılış nitqinin ardınca Bankın əməkdaşları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbir vətənpərvərlik ruhunda səsləndirilən musiqilərin yer aldığı konsert proqramı ilə davam edib və əsrarəngiz atəşfəşanlıqla yekunlaşıb.

Qeyd etmək lazımdır ki, bu kimi tədbirlərin keçirilməsi korporativ və milli mədəniyyətin aşılanmasına, əməkdaşlar arasındakı əlaqələrin yaxşılaşdırılmasına və komanda ruhunun inkişafına müsbət təsir göstərir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən təminatlar gəlir vergisindən azaddır

posted in: Xəbər | 0

Vakansiya , Mühasib , Amortizasiya ayırmaları, barter əməliyyatları, Vakansiya, Vergi üzrə MühasibAzərbaycanın vergi sistemində aparılan islahatlarda sosial yönümlü dəyişikliklər xüsusi yer tutur. Bu dəyişikliklərdən birini mühasibat mütəxəssisi Emin Salamov şərh edir:

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2695 nömrəli Sərəncamına əsasən, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindən biridir. Bu istiqamətdə aparılan islahatlara uyğun olaraq Azərbaycan Respublikasının Qanunvericilik sistemində 2022-ci ildə bir sıra sosial yönümlü dəyişikliklər olunmuşdur.

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir.

Bununla yanaşı, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən müavinətlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinin 102.1.14.3-cü maddəsində, gəlir vergisindən azadolmalar və güzəştlər hissəsindən çıxarılmışdı və 2021-ci ilədək Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu.

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Borc gəlir hesab edilirmi?

posted in: Xəbər | 0

vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİşəgötürən öz işçisinə 1000 manat faizsiz borc vermişdir. Bu məbləğ işçinin gəliri hesab olunurmu? Olunursa, ondan sosial sığorta haqqı tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.2.1-ci maddəsinə əsasən, fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda – bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq onun muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilməklə Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisinə və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.


İşçinin tam iş vaxtının tənzimlənməsi


Belə ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulan muzdlu işdən aylıq gəlirlərə Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən gəlirlər aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 525 526 527 528 529 530 531 2. 401