Təsisçinin müəssisəyə verdiyi borcdan vergi tutulurmu?

posted in: Uncategorized | 0

vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuTutaq ki, təsisçi müxtəlif vaxtlarda kooperativin bank hesabına 20 milyon manat pul ödəyib. Həmin vəsaitdən vergi hesablanmalıdırmı? Əlavə olaraq, tutaq ki, borclunun pulu qaytarılan zaman 25 milyon manat, yəni borc müqaviləsindən 5 milyon manat artıq olarsa, ondan hansı qaydada vergi tutulur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü maddələri və Mülki Məcəllənin 739-cu maddəsi.


Mənbə: vergiler.az



 

Aksizli mallarla bağlı qanun pozuntusuna görə tətbiq olunan cərimə məbləğləri

posted in: Xəbər | 0

gəlir vergisi, Müəssisədaxili intizam qaydaları,Aksiz vergisini ödəməklə bağlı qanunvericiliyin tələbələri pozulduqda Vergi Məcəlləsi, İnzibati Xətalar və Cinayət Məcəlləsində bir sıra məsuliyyət tədbirləri nəzərdə tutulub. Mövzunu vəkillər kolleksiyasının üzvü Kamal Novruzov şərh edir.

İnzibati Xətalar və Cinayət Məcəlləsi qanun pozuntusunun az miqdarda, xeyli miqdarda və kulli miqdarda təsnif olunmasının şərtlərini müəyyənləşdirir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və məcburi nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə – aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər 80 manatdan 120 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 1.500 manatadək olan məbləğdə cərimə edilir.

Burada “az miqdar” dedikdə, 500 manatadək olan məbləğ başa düşülür.

Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə – 2.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə görə, pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədiləri üçün nağd qaydada xeyli miqdarda alma – 1.000 manatdan 2.000 manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4 – cü maddəsində qeyd olunur ki, 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd etmək istəyirəm ki, “xeyli miqdar” dedikdə 500 manatdan 2.000 manatdək olan məbləğ, ” külli miqdar” dedikdə isə 2.000 manatdan yuxarı olan məbləğ başa düşülür.


Mənbə: vergiler.az


Xaricdən alınan proqram təminatı və lisenziyanın satışı ilə bağlı vergi öhdəliyi

posted in: Xəbər | 0

vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVergi ödəyicisi kimi Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərdən biri yerli şirkətlərə satmaq məqsədilə proqram təminatını, proqram təminatının texniki dəstəyi üçün lisenziyaları xaricdən alır. Proqram təminatının satışı, proqram təminatına dəstək lisenziyaları və proqram təminatının yenilənməsi – xidmətin, yoxsa malın satışıdır? Proqram təminatı xaricdən alınarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin hansı maddələrinə əsasən hansı vergilər hansı müddətdə hesablanmalı və büdcəyə köçürülməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-maddi aktivlər, o cümlədən proqram təminatı üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd olunan halda, qeyri-rezidentə ödənilmiş məbləğdən 10% dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və 18% dərəcə ilə ƏDV hesablanaraq büdcəyə ödənilməlidir. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Vergilər Nazirliyinin 12 iyun 2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.


Mənbə: vergiler.az


 

KİV məhsulları və kitab idxalına, satışına görə ƏDV tətbiqinin ləğvi necə tənzimlənir?

posted in: Xəbər | 0

auditor , VÖEN , öhdəliklər , vergi orqanının tələbi . maliyyə hesabatı , İşsizlikdən sığortaQanunvericiliyə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş KİV məhsullarının, eləcə də kitabların idxalı və satışı 1 yanvar 2022-ci il tarixdən ƏDV-dən azad edilib. Bununla belə, Nazirlər Kabinetinin siyahısı may ayının 13-də təsdiq olunub. Bu məsələ necə tənzimlənir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.

Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı və satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilib.

Yuxarıda qeyd olunanlara əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi və Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı.


Mənbə: vergiler.az


 

1 523 524 525 526 527 528 529 2. 401