Yığım sığortası üzrə mühüm məqamlar (əmək haqqından gəlir əldə edilməsi)

posted in: Xəbər | 0

yığım sığortasıHazırda sığorta bazarında 5 həyat sığorta şirkəti tərəfindən təklif edilən yığım sığorta məhsulları şəxsin əmək haqqının müəyyən hissəsini sosial sığorta və vergidən azad etməyə, həmin yığımları isə sığorta müddətinin sonunda depozit faizi də əlavə edilməklə əldə etməyə imkan verir. Bu yazıda yığım sığortası barədə əsas nüansları qeyd edəcəyik.

Mövcud sığorta bazarında bu sığorta şirkətləri yığım sığortası məhsulunu təklif edir:

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC

https://ateshgah-life.com/product/heyatin-yigim-sigortasi

“Meqa Həyat” Sığorta Şirkəti ASC

https://megalife.az/xeber/14-heyatin-yigim-sigortasi-ile-elave-gelir

“Paşa Həyat” Sığorta Şirkəti ASC

https://pasha-life.az/products/hys/

“Qala Həyat” Sığorta Şirkəti ASC

https://www.qala.az/products/insurance_product_capital/

“Xalq Həyat” Sığorta Şirkəti ASC

https://xalqhayat.az/m-hsullarimiz/h-yatin-yasam-sigortasi/

Qeyd etmək lazımdır ki, yığım sığorta məhsulu üzrə yığm müddəti – aylıq sığorta haqqının ödəniş müddəti minimum 3 ildir. Bu müddət ərzində sığorta müqaviləsinin müddəti dayandırıla bilər. Bu 3 illik müddət ərzində minimum 1 aylıq Gross əmək haqqından 50-100 manat məbləği də yığıma ötürmək mümkündür. Hazırki qanunvericilik və təcrübə baxımından şəxsin Gross əmək haqqının (vergi və digər ödənişlər çıxılmadan qalan) 45%-nədək məbləğdə yığım sığorta haqqı tutulması mümkündür. Bu maksimal məbləğ hesab edilir. Qeyd edək ki, yığım müddətinin sonunda şəxsin sağ qalması yaxud sığorta müqaviləsi müddəti ərzində əvvəlcədən mövcud olmayan xəstəlik və ya bədbəxt hadisə nəticəsində vəfat etməsi halında da sığorta ödənişi verilir.

Göründüyü kimi yığım sığortası məhsulu şəxsin ayda 50 manat kənara qoymaqla 36 ay üçün 1800 manat toplamasından daha çox gəlir əldə etməyə imkan verir. Dövlət sektoru üzrə şəxsin əmək haqqısı üzrə ödənilən 14% gəlir vergisi və 3% (əmək haqqından) + 22% (əməyin ödənişi fondundan) sosial sığorta haqlarının da 36 ay müddətinə yığılmasına, o cümlədən həmin yığımın üzərinə əmanət faizi hesablanmasına imkan verir ki, bu yekunda şəxsin 36 ay müddətin sonu üçün 3600 manatdan da çox gəlir əldə etməsinə səbəb ola bilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar

posted in: Vergi, Xəbər | 0

vergi güzəştləri , vergidən azad , ƏDV-nin tutulması , mədən vergisi , Vergi məbləğləri, vergi öhdəlikləri, kriptovalyutanın alınması, Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbMəlum olduğu kimi tətbiq edilən vergi güzəştləri və azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Bu yazıda hazırda qüvvədə olan bəzi vergi güzəşt və azadolmaları barədə məlumat verməyə çalışacağıq. Mövcud qanunvericiliyə əsasən müəyyən fəaliyyət növlərinin təşviqi və sahibkarlığın dəstəklənməsi məqsədilə müəyyən müddətlər üzrə vergi güzəşt və azadolmaları tətbiq edilir.

Bunlara aiddir:

10 il müddətinə

  • Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki (hüquqi) şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir – müvafiq olaraq gəlir və mənfəət vergisindən, eyni zamanda sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak, torpaqlarına görə isə torpaq vergisindən də azaddır. Bu azadolmalar sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq hesablanır.
  • Sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Bu azadolma rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən hesablanır.

2024-cü il yanvarın 1-dək

  • kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən azaddır.
  • məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən azaddır.
  • kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır.
  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisindən azaddır.
  • kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi sadələşdirilmiş vergidən azaddır.
  • Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə əmlak vergisini ödəməkdən azaddır.
  • Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azaddır.

7 il müddətinə

  • investisiya təşviqi sənədini almış fərdi sahibkar (hüquqi şəxs) həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi gəlir (mənfəət) vergisindən azaddır.
  • KOB klasterin iştirakçısı olan fərdi sahibkarın (hüquqi şəxsin) KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi gəlir (mənfəət) vergisindən azaddır.
  • KOB klaster şirkətinin mənfəəti mənfəət vergisindən azaddır. Azadolma KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən başlanır.
  • investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Azadolma investisiya təşviqi sənədinin alındığı tarixdən başlanır.
  • KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Azadolma KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən başlanır.
  • İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə əmlak vergisindən azaddır.
  • KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə əmlak vergisindən azaddır.
  • İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisindən azaddır.
  • KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İdxal mallarının saxlanıldığı yerə baxış keçirilməsi

posted in: Xəbər | 0

ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuSatış məqsədilə idxal edilən malların saxlanıldığı yerə vergi orqanı tərəfindən baxış keçirilə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulmuş məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş protokolla rəsmiləşdirmək vergi orqanlarının hüquqlarına aid edilib. Eyni zamanda, vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxışın keçirilməsi operativ vergi nəzarəti tədbiri ilə əhatə edilmiş məsələlərə aiddir.

Əsas: Vergi Məcəlləsinin 23.1.3-2-ci və 50.1.13-1-ci maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı üzrə imtahanlar təkmilləşdiriləcək

posted in: Xəbər | 0

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM), Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və peşəkar mühasib təşkilatları arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədin məqsədi Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi, təbliğatı, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması, qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq imkanları yaratmaqdır.

Hazırda “Mühasibat uçotu haqqında” qanuna əsasən, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin baş mühasiblərindən PMS almaları tələb olunur.

DİM-in təşkil etdiyi PMS imtahanları ikimərhələlidir. 1-ci mərhələdə namizədlərin mühasibat uçotu, 2-ci mərhələdə isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə bilikləri yoxlanılır.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 528 529 530 531 532 533 534 2. 387