Dövlət vergi orqanlarına işə qəbul elan edilib

posted in: Xəbər | 0

Dövlət vergi orqanlarına işə qəbulİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Müsabiqənin keçirilməsində məqsəd dövlət vergi orqanlarının regionlarda yerləşən strukturlarının kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri dövlət vergi orqanlarına işə qəbul etməkdir. Bu, dövlət vergi orqanlarına işə qəbulla bağlı sayca 18-ci müsabiqədir.

İşə qəbul Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq qaydada, müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər 19 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqənin test imtahanı mərhələsi 20 noyabr 2022-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

Müsabiqənin keçirilməsində yeni yanaşmalar

Yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşünə malik gənclərin müəyyən edilərək dövlət vergi orqanlarına işə qəbul olunması məqsədilə müsabiqə qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, hüquq sahəsi istisna olmaqla, digər sahələr üzrə namizədlər üçün ixtisas məhdudiyyəti götürülüb və qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində ali təhsilə malik bütün vətəndaşların müsabiqədə iştirakına açıq və bərabər imkanlar yaradılıb.

Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, bütün ixtisaslar üzrə test imtahanının sual bankından vergilər və vergitutma üzrə suallar çıxarılıb, əvəzində namizədlərin dünyagörüşünü, xüsusən də Azərbaycanın digər sahə qanunvericilik aktları, tarixi, coğrafiyası, müasir beynəlxalq münasibətləri, dünyada baş verən yeni tendensyalarla bağlı biliklərini, məntiqi düşüncə səviyyəsini və bacarığını ölçən testlərdən ibarət yeni sual bazası hazırlanıb.

Bu mərhələdə namizədlərə təqdim olunacaq sualları özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib (https://www.taxes.gov.az/az/page/edebiyyat-siyahisi-ve-test-tapsirigi-numuneleri).

Dəyişikliklərin edilməsində əsas məqsəd gənclərə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün daha geniş imkan yaratmaq, daha potensiallı gəncləri müəyyən edərək işə qəbul etmək, onların vergilər və vergitutma sahəsində zəruri peşə biliklərini və bacarıqlarını nəzəri və praktiki təlimlər vasitəsilə artırmaq və dövlət vergi orqanları üçün hazırlıqlı kadr yetişdirməkdir.

Müsabiqə başa çatdıqdan sonra nəticələr Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant vəzifələrə təyin ediləcəklər. Vakant vəzifələrə təyin olunmamış namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiz: (https://www.taxes.gov.az/az/post/2090).

Mənbə: taxes.gov.az


Artıq ödənilmiş vergi məbləği vergi ödəyicisinə necə qaytarılır?


Artıq ödənilmiş vergi məbləği vergi ödəyicisinə necə qaytarılır?

posted in: Xəbər | 0

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMən vergi ödəyərkən yalnışılıqla məbləği çox ödəmişəm. Bunu necə düzəldə bilərəm? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına görə, Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə” ilə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”.

Mənbə: vergiler.az


Həqiqi hərbi xidmətdə olan işçinin əmək hüquqları


Həqiqi hərbi xidmətdə olan işçinin əmək hüquqları

posted in: Xəbər | 0

işçilərin əmək hüquqlarıAzərbaycan qanunvericiliyində hərbi xidmətə gedən işçilərin əmək hüquqları ilə bağlı müəyyən təminatlar nəzərdə tutulur. Mövzu ilə əlaqədar sual doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edib.

Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.

Əmək Məcəlləsinin 77-9-cu maddəsində isə əmək müqaviləsinə xitam verilən işçilərin təminatları təsbit edilib. Həmin maddədə göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Beləliklə:

– işçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74(a) maddəsinə əsasən xitam verilir;
– hərbi xidmət məsələləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənilir;
– hərbi xidmətin növlərindən biri də müddətli həqiqi hərbi xidmətdir;
– müddətli həqiqi hərbi xidmət hər il 4 dəfə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırılmasıdır;
– Əmək Məcəlləsinin yuxarıda istinad etdiyimiz maddələrinə görə, ümumi hərbi xidmətə çağırılanlara yox, müddətli həqiqi hərbi xidmətə getmiş işçilərə xüsusi təminatlar verilir;
– müddətli həqiqi hərbi xidmətə gedən işçilərin iş yeri və vəzifəsi saxlanılır;
– həmin işçilər hərbi xidmətdən sonra 60 təqvim günü müddətində həmin vəzifəyə və ya analoji vəzifəyə qayıda bilər.


Sosial ödənişlərin (pensiya və müavinət) təyin edilməsi qaydası


Bəs işəgötürən işçinin həqiqi hərbi xidmətdə olduğu müddətdə həmin vəzifəyə başqa bir şəxsi işə qəbul edə bilərmi?

Həmin vəzifəyə başqa bir şəxs müddətli və ya müddətsiz işə qəbul edilə bilər. Əsgərlikdə olan işçinin yerinə müddətsiz işçi qəbul edildikdə əsgərlikdən qayıdan işçi analoji vəzifəyə təyin edilir.

Bəs Əmək Məcəlləsinin 74(ə) maddəsi digər maddələrlə – 74(a) ilə və 77.9-cu maddələrlə uyğunuzluq təşkil etmirmi?

Qeyd eədk ki, Məcəllənin 74-cü maddəsi tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarını təsbit edir. Odur ki, 74(ə) maddəsi də əmək müqaviləsinin xitamı ilə bağlıdır və xitamın nəyə əsaslandığını bildirir.
Əmək Məcəlləsinin 77.9-cu maddəsinə görə, müddətli həqiqi hərbi xidmətə gedən işçinin iş yeri və vəzifəsinin saxlanılması işəgötürənin öhdəliyidir. Eyni zamanda, işçi hərbi xidmətdən qayıdan zaman öz iş yerinə və vəzifəsinə qayıtmaq istədikdə işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Bu hal işəgötürən həmin vəzifəyə başqa bir şəxsi təyin etdikdə və həmin vəzifədə başqa bir şəxsin işləməsinə israrlı olduqda baş verir.

Həmin vəzifənin ümumiyyətlə ştatda olmadığı hal da mümkündür. Yəni ola bilər ki, işəgötürən həmin vəzifəyə başqa bir işçini qəbul etdiyinə görə müddətli hərbi xidmətdən qayıdan işçinin həmin vəzifəyə yenidən qayıtmasını istəməsin. Bu halda işəgötürən müddətli həqiqi hərbi xidmətdən qayıdan işçini analoji bir vəzifəyə təyin etməlidir. Hərbi xidmətdən qayıdan işçi bununla razılaşmadıqda isə digər təminatlarla, Əmək Məcəlləsinin digər maddələrinə əsasən işdən azad edilə və ya öz razılığı ilə başqa bir vəzifəyə keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 74 (ə) maddəsi işəgötürənə işçi iş yerində olmadığı müddətdə onun vəzifəsinə daha yaxşı bir mütəxəssis cəlb etmək və həmin mütəxəssisi saxlamaq hüququnu verir. Bununla yanaşı, vəzifə ümumiyyətlə olmadıqda işəgötürənin işçini yenidən işə qəbul etməmək hüququ da saxlanılır.

Yaxşı olardı ki, işəgötürənlər əmək hüquqları ilə bağlı mübahisələrə yol verməmək üçün müddətli həqiqi hərbi xidmətdə olan işçilərin iş yerlərini və vəzifələrini saxlasınlar.

Mənbə: vergiler.az


Əmək qanunverciliyinin pozulmasına görə məsuliyyət


Qeyri-rezident fiziki şəxsin gəlirləri hansı halda mənfəət vergisinə cəlb olunur?

posted in: Xəbər | 0

Fiziki şəxs olmayan hər hansı xarici şəxs birgə sahibkarlıq fəaliyyəti həyata keçirdikdə onun hansı vergi öhdəlikləri yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 103.2-ci maddəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən qeyri-rezident şəxs fiziki şəxs statusunda fəaliyyət göstərmədikdə vergi orqanı həmin şəxsə hüquqi şəxs kimi yanaşır və onun gəlirləri mənfəət vergisinə cəlb olunur.

Lakin həmin qeyri-rezident Azərbaycandakı fəaliyyətinin birgə sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirildiyini sübuta yetirdikdə bu zaman birgə sahibkarlıq fəaliyyətinin iştirakçılarının vergi öhdəliyinin müəyyən olunması Vergi Məcəlləsinin 137-ci maddəsinin müddəaları əsas götürülməklə aparılır.
Əsas: Vergi Məcəlləsinin 103.2-ci və 137-ci maddələri.

Mənbə: vergiler.az


Fiziki şəxslərin faizlərdən əldə etdiyi hansı gəlirlər vergidən azaddır?


1 485 486 487 488 489 490 491 2. 400