Zəmanət servis xidmətləri üçün vergi öhdəlikləri necə tənzimlənir?

posted in: Xəbər | 0

Zəmanət servis xidmətləriBütün dünyada olduğu kimi Azərbaycanda da müxtəlif sənaye məhsullarının satışı zamanı onlara servis xidmətləri ilə bağlı zəmanət verilir. Bəs zəmanət xidməti ilə bağlı istehsalçıların, satıçıların hansı vergi öhdəlikləri yaranır? Gəlirlərin və xərclərin uçotu necə aparılır? Sualları sərbəst auditor Altay Cəfərov cavablandırır.

Yerli və ya xarici istehsalçılar istehsal etdikləri məhsulu Azərbaycanda satarkən verdikləri zəmanətin şərtləri müxtəlif ola bilər. Ən sadə zəmanət – satılan malın hansısa bir detalı sıradan çıxarsa, onu istehsalçı və ya istehsalçının bu işi həvalə etdiyi şəxsin dəyişdirəcəyi, yaxud təmir edəcəyidir.

Məhsullarda zəmanət ilə bağlı problemlər olduqda çox az hallarda bu problemləri istehsalçılar birbaşa özləri həll edirlər. Zəmanətlə bağlı ya əlavə servis xidmətləri yaradılır, ya da bu iş başqa şəxslərə həvalə edilir, eləcə də idxal olunan məhsullar üzrə servis mərkəzləri vasitəsilə həyata keçirilir.

Zəmanətli satış zamanı alıcıya (istehlakçıya) satıcı zəmanət talonu təqdim edir. Talonda qeyd olunan zəmanət müddətində məhsulda nəsə xəta baş verdikdə bu xəta zəmanət şərtləri çərçivəsində aradan qaldırılır.

Bəs bu tipli servis xidmətlərini həyata keçirən müəssisənin vergi öhdəlikləri nəcə tənzimlənir?

Misal: Tutaq ki, “AA” MMC Azərbaycanda Türkiyə istehsalı olan paltaryuyan maşının satışı ilə məşğuldur və Türkiyə firmasının birbaşa distributorudur. Şirkətin satdığı mallar zəmanət müddəti ərzində “VV” MMC-də təmir olunur. Bununla bağlı onların arasında müvafiq qaydalara uyğun olaraq müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, zəmanət müddəti ərzində paltaryuyan maşınlarda baş vermiş xətaları aradan qaldırmaq üçün lazım olan ehtiyat hissələrini Türkiyə firması ödənişsiz olaraq “VV” MMC-yə göndərir. Həmin şirkət də dəyişdirilmiş xarab hissələri Türkiyə firmasına geri ixrac edir və qarşı tərəfdən heç bir ödəniş almır. Bu proses klassik normal zəmanət şərtləri çərçivəsində baş verir. “VV” MMC Türkiyə firmasının servis mərkəzi olduğuna görə qarşı tərəf ancaq saxlanma xərclərini ödəyir. Yəni əməkhaqqını, ödənilən gömrük rüsumlarını və digər ödənişləri kompensasiya edir. Eyni zamanda “VV” MMC-nin digər istehlakçılara da zəmanətdənkənar xidmət göstərmək səlahiyyəti var və onlardan xidmət haqqı ala bilər.

“VV” MMC ƏDV ödəyicisidir və onun 2022-ci ilin avqust ayında əməliyyatları, tutaq ki, aşağıdakı kimi olub:

– əməkhaqqı və məcburi (icbari) ödənişlər – 4.000 manat;
– icarə haqqı – 500 manat:
– digər saxlanma xərcləri – 500 manat;
– idxal gömrük xərcləri (zəmanətli mallara görə) – 1.000 manat;
– idxal ƏDV (zəmanətli mallara görə) – 1.000 manat;
– idxal ƏDV (zəmanətsiz mallara görə) – 800 manat;
– idxal olunan malların dəyəri (5.000 USD) – 8.500 manat;
– ixrac gömrük xərcləri (zəmanətli mallara görə) – 500 manat;
– ixrac olunan malların dəyəri (3.000 USD) – 5.100 manat;
– zəmanətdənkənar xidmətlərdən gəlirlər – 4.000 manat.


Fəaliyyəti olmayan fərdi sahibkarın hansı vergi öhdəlikləri var?


“VV” MMC avqust ayında ƏDV bəyannaməsində və illik mənfəət vergisi bəyannaməsində hansı rəqəmləri əks etdirməlidir?

Yuxarıda qeyd edildiyi kimi, “VV” MMC Türkiyə istehsalı olan paltaryuyan məhsulların servis mərkəzidir və Türkiyə firması onun xərclərini tam olmasa da, kompensasiya edir: ən azı, gömrük ƏDV-ni, gömrük xərclərini və digər müəyyən xərcləri ödəyir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsində göstərilib ki, sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

Məcəllənin 13.2.27-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti – məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.

Məcəllənin 175.1.3-cü maddəsinə görə, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.

Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilməsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.

Bu halda ƏDV bəyannaməsi tərtib edərkən nələr nəzərə alınmalıdır?

– “VV” MMC-nin zəmanət servisləri üzrə Türkiyə firmasına göstərdiyi xidmət sahibkarlıq fəaliyyəti sayılmır. Belə ki, Vergi Məcəllənin 13.2.37.-ci maddəsinin müddəalrı baxımından, zəmanət fəaliyyətindən MMC-nin niyyəti gəlir əldə etmək deyil. “VV” MMC bu fəaliyyətdən həqiqətən də gəlir əldə etmir. Onun çəkdiyi xərcləri Türkiyə firması kompensasiya edir.
– Bundan əlavə, Məcəllənin 175.1.3.-cü və 13.2.27-ci maddəsinə görə MMC-nin bu fəaliyyəti kommersiya yox, qeyri-kommersiya fəaliyyətinə aiddir. Yəni niyyəti gəlir götürmək olamyan “VV” MMC Türkiyədən əldə etdiyi gəliri də ancaq xərclərin bağlanması üçün istifadə edir.
– “VV” MMC-nini fəaliyyətinin bu hissəsi qeyri-kommersiya olduğuna görə zəmanətli mallar üçün idxal zamanı gömrükdə ödədiyi 1.000 manat ƏDV əvəzləşdirilmir. Türkiyə firması tərəfindən xərclərin kompensasiyası kimi ödənəcək məbləğ də gəlir kimi ƏDV bəyannaməsində əks olunmur.
– İxrac edilən malların dəyəri ƏDV bəyannaməsində Əlavə 4-də 3.000 USD (5.100 manat) ixracdan gəlir kimi yazılmır. Çünki burada da heç bir gəlir anlayışı yoxdur.
– “VV” MMC ancaq avqust ayının ƏDV bəyannaməsində digər istehlakçılara göstərdiyi xidmətdən gəliri – 4.000 manat/1,18 = 3.389,83 manatı ƏDV-siz gəlir kimi Əlavə 3-də əks etdirəcək.
– Zəmanətsiz mallar üçün gömrükdə ödədiyi 800 manat ƏDV-ni əvəzləşdirəcək.


Yeni işə başlayan işçiyə görə işəgötürənin öhdəlikləri


Mənfəət vergisi bəyannaməsində nələr əks olunacaq?

Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsində göstərilib ki, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Məcəllənin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Buradan aydın olur ki, vergi ödəyicisi gəlir əldə edirsə, bu artıq onun üçün vergitutma obyektidir. Həmçinin, Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən, xidmətlərin təqdim edilməsi gəlir sayılır. 149.1.5-ci maddədə isə göstərilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər.

Zəmanət xidməti fəaliyyətindən əldə etdiyi gəlirlər qeyri-kommersiya gəlirləri olduğuna görə “VV” MMC-nin mənfəət vergisi bəyannaməsini təqdim etmək öhdəliyi yaranmır. “AA” MMC illik mənfəət vergisi bəyannmaməsində ancaq digər gəlirlərini və bununla bağlı digər xərclərini əks etdirməli və həm idxal, həm də ixrac etdiyi malların uçotunu Vergi Məcəlləsinin, eləcə də mühasibat uçotu standartlarının tələblərinə əsasən uçota almalıdır.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin vergi münasibətləri necə tənzimlənir?


 

Fəaliyyəti olmayan fərdi sahibkarın hansı vergi öhdəlikləri var?

posted in: Xəbər | 0

Fəaliyyəti olmayan fərdi sahibkarFərdi sahibkar kimi fəaliyyət göstərmək üçün VÖEN açdırmışam, lakin hələ fəaliyyətim olmayıb. Bu halda mən hansı vergi öhdəliklərini yerinə yetirməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin vergi münasibətləri necə tənzimlənir?


Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar

posted in: Xəbər | 0

birbank cashback debet kartÖlkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback debet kartı istifadəçiləri avqust ayında bonuslardan ortalama 50 manat pul qazanıblar.

Bu ay ərzində Birbank-lılar ümumilikdə 1,5 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 70 000 manatı tətbiqdaxili ödənişlərin payına düşür. Müştərilər qazandıqları keşbekin 93%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Avqust ayında bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi təqribən 112 000 manat təşkil edib.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank Miles isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. Birbank taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.

Birbank kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Birbank Visa kart sahibləri “FIFA Dünya Kuboku 2022″yə bilet qazana biləcəklər


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin vergi münasibətləri necə tənzimlənir?

posted in: Xəbər | 0

vergi münasibətləriKənd təsərrüfatı fəaliyyəti göstərəcək müəssisə 27 oktyabr 2021-ci ildə vergi orqanında sadələşmiş vergi ödəyicisi kimi qeydiyyatında alınıb. 5 yanvar 2022-ci ildə müəssisənin hesabına kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sifarişçi firma tərfindən “pambığın emalı xidməti” üçün 1 milyon manata yaxın avans ödənilib. Pambıq, xidməti göstərəcək müəssisəyə məxsusdur. Bu iki müəssisənin vergi münasibətləri necə tənzimlənir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, 2024-cü ilin 1 yanvar tarixinədək Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.

Həmçinin, kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Buna əsasən sorğunuzda qeyd olunan pambığın emalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir və ümumi qaydada vergiyə cəlb olunur.


Yeni işə başlayan işçiyə görə işəgötürənin öhdəlikləri


Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur. Buna əsasən sorğuda göstərilən halda cəmiyyətə ödənilən avans məbləğləri vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200.000 manat həddinə aid edilmir.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 155-ci, 159-cu və 164-cü maddələri.

Mənbə: vergiler.az


İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?


1 482 483 484 485 486 487 488 2. 400