Daha çox8
Daha çox8

Dövlət və neft sektorunda muzdlu işlə bağlı gəlirlərdən vergi tutulması

posted in: Xəbər | 0

Muzdlu işlə bağlı gəlirin məbləği ilə vergi tutulan gəlirin məbləği heç də həmişə eyni olmur. Mövzunu Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh edir.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2.500 manatadək olduqda 14 faiz
2.500 manatdan çox olduqda 350 manat + 2.500 manatdan çox məbləğin 25 faizi

Buradan görünür ki, vergi dərəcələri vergiyə cəlb olunan gəlirə əsasən müəyyən edilir. Ona görə də vergiyə cəlb olunan gəlirlə muzdlu işlə bağlı gəliri fərqləndirmək lazımb gəlir.

“Muzdlu işlə bağlı gəlir” dedikdə iş yerindən alınan əməkhaqqı, hər hansı ödəmə və fayda başa düşülür. “Vergiyə cəlb olunan gəlir” dedikdə isə muzdlu işlə bağlı gəlirdən güzəşt və azadolmalar çıxıldıqdan sonra qalan məbləğ, daha da dəqiqləşdirsək, gəlir vergisinin dərəcəsinin tətbiq olunduğu məbləğ başa düşülür.

Vergi Məcəlləsinin 102.1.6 cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat azadolma müəyyən edilib.

Vergi Məcəlləsinin 102.2, 102.3, 102.4- cü maddələrində nəzərdə tutulmuş şəxslərin muzdlu işlə bağlı gəlirlərinə isə müvafiq olaraq 400, 200 və 100 manat məbləğində azadolma nəzərdə tutulub. Azadolma və güzəştləri nəzərə aldıqdan sonra muzdlu işlə bağlı gəlirlə vergiyə cəlb olunan gəlir arasında fərqə nəzər salaq.

Misal 1: Müharibə veteranı olan fiziki şəxs dövlət müəssisəsində çalışır və 2.100 manat əməkhaqqı alır. Onun gəlir vergisini hesablayaq.

Vergi dərəcələri vergiyə cəlb olunan gəlirə əsasən müəyyən edildiyi üçün vergiyə cəlb olunan gəlir:

2.100-200-400 = 1.500 manat

Fiziki şəxsin vergiyə cəlb olunan gəliri 2.500 manata qədər olduğu üçün gəlir vergisinin dərəcəsi 14 faiz olacaq:

1.500×14% = 210 manat.

Deməli, fiziki şəxsin aylıq 210 manat vergi ödəməlidir.

Misal 2: Dövlət müəssisəsində çalışan müharibə əlilinin may ayı üzrə əməkhaqqı 2.800 manat olub. Gəlir vergisini hesablayaq.

2.800-400= 2.400 manat.

Şəxsin muzdlu işlə bağlı gəliri 2.500 manatı keçdiyi üçün 200 manat güzəşt ona tətbiq olunmur. Vergiyə cəlb olunan gəliri 2.400 manat < 2.500 olduğu üçün vergi dərəcəsi 14 faiz, gəlir vergisinin məbləği isə 336 manat olacaq:

2.400×14% = 336 manat.

Misal 3: Dövlət müəssisəsində çalışan fiziki şəxsin muzdlu işlə bağlı aylıq gəliri 3.000 manatdır. Gəlir vergisini hesablayaq.

Fiziki şəxsin muzdlu işlə bağlı gəliri 2.500 manatdan çox olduğu üçün 200 manat güzəşt, eləcə də o, güzəşt hüququ verən heç bir kateqoriyaya aid olmadığı üçün digər azadolmalar ona tətbiq olunmur. Nəticədə, onun vergiyə cəlb olunan gəliri 3.000 manat olaraq qalır. Vergiyə cəlb olunan gəlir 2.500 manatdan çox olduğu üçün gəlir vergisinin hesablanmasında 14 faiz və 25 faiz dərəcələr tətbiq olunur.

Beləliklə:

3.000-2.500 = 500 manat,
2.500×14% = 350 manat,
500×25% = 125 manat,
350+125 = 475 manat.

Deməli, fiziki şəxsin aylıq gəlir vergisinin məbləği 475 manat təşkil edir.

“Google Pay” ödənişləri Birbank Visa kart sahiblərinə əlavə keşbek qazandırır

posted in: Xəbər | 0

Google PayXəbər verdiyimiz kimi, Kapital Bank-ın ödəniş kart sahibləri Google Pay vasitəsilə ödənişləri təhlükəsiz və rahat şəkildə edə bilərlər. Google Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar.

Google Pay-i smartfonunda aktiv edib Birbank Visa kartları ilə ilk dəfə ödəniş edən müştərilər əlavə olaraq hədiyyə qazana bilərlər. Bunun üçün 23 sentyabr 2022-ci il tarixinədək market, kafe və yanacaqdoldurma məntəqələrinin hər birində minimum 20 AZN məbləğində nağdsız ödəniş etdikdə Visa sahibləri 5 AZN keşbek qazanacaqlar. Qeyd edək ki, hər müştəri bu fürsətdən bir dəfə yararlana bilər və keşbeki qazanmaq üçün hər 3 əməliyyatı eyni kart ilə etməlidir.

Qeyd edək ki, Google Pay ilə ödənişi həyata keçirmək üçün müştəri Android əməliyyat sisteminə malik smartfonu və ya ağıllı saatı ödəniş terminalına yaxınlaşdırmalıdır. Google Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçilər smartfonu blokdan çıxartmaq üçün üz tanıma, barmaq izi funksiyalarından və ya şifrədən istifadə etməlidirlər. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Google Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Kapital Bank “Google Pay” təmassız ödənişlərini Azərbaycanda tətbiq etdi


Kapital Bank “Google Pay” təmassız ödənişlərini Azərbaycanda tətbiq etdi

posted in: Xəbər | 0

Google PayKapital Bank-ın ödəniş kart sahibləri Google Pay vasitəsilə ödənişləri təhlükəsiz və rahat şəkildə edə bilərlər. Google Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar.

Ödənişi həyata keçirmək üçün müştəri Android əməliyyat sisteminə malik smartfonu və ya ağıllı saatı ödəniş terminalına yaxınlaşdırmalıdır. Google Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçilər smartfonu blokdan çıxartmaq üçün üz tanıma, barmaq izi funksiyalarından və ya şifrədən istifadə etməlidirlər. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Google Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

Həmçinin Google Pay-i smartfonunda aktiv edib Kapital Bank-ın Mastercard kartları ilə ilk dəfə ödəniş edən müştərilər əlavə olaraq hədiyyə qazana biləcəklər. Bunun üçün 23 sentyabr 2022-ci il tarixinədək market, kafe və yanacaqdoldurma məntəqələrinin hər birində minimum 20 AZN məbləğində nağdsız ödəniş etdikdə Mastercard sahibləri 10 AZN keşbek qazanacaqlar. Qeyd edək ki, hər müştəri bu fürsətdən bir dəfə yararlana bilər və keşbeki qazanmaq üçün hər 3 əməliyyatı eyni kart ilə etməlidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


189 nömrəli Qərara dəyişiklik edildi

posted in: Xəbər | 0

189 nömrəli QərarAzərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci tarixli 320 nömrəli Qərarla 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilmişdir.

İlk olaraq, 189 nömrəli Qərarın 8-ci hissəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir. Belə ki, indiyə qədər xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilirdisə, qərara edilən dəyişikliyə əsasən bu müddət 1 ilədək uzadılır.

Digər dəyişiklik, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı nəzərə alınan qazanclardır. 189 nömrəli Qərarın 28-ci hissəsinə (dəyişiklikdən sonra) əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.

“Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir” hissəsi Qərardan çıxarılmışdır.

Həmçinin orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılan iş günləri siyahısından “məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər” çıxarılmışdır.

Mükafatların necə nəzərə alınması barədə olan 30 və 31-ci hissələr isə ləğv edilmişdir.

Dəyişikliklərdən biri də uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi ilə bağlıdır. Belə ki, 1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə verilir. 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət isə müraciət edilmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən uşağın anadan olmasının qeydiyyatına dair əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur. Birdəfəlik müavinətin təyin olunmasına dair bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə bu Əsasnamənin 73-cü hissəsi nəzərə alınmaqla sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu 3 halda) göndərilir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət bu Əsasnamədə nəzərdə tutulmuş qaydada müraciət edildikdə verilir.

Mənbə: nk.gov.az


1 480 481 482 483 484 485 486 2. 387
error: Content is protected !!