Kapital Bank Hüseyn Cavid filialını açdı

posted in: Xəbər | 0

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank müştərilərə daha əlçatan olmaq məqsədilə yeni filialını istifadəyə verdi. Bu dəfə açılan filial Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Ə. Haqverdiyev və Ş. Mehdiyev küçələrinin kəsişməsində (Elmlər Akademiyası metro stansiyası, “Mothercare” mağazasının yaxınlığında) yerləşir. Hüseyn Cavid filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın Hüseyn Cavid filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq. Həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Rezidentin xarici elektron pul kisəsindən yerli bank hesabına pul köçürülərkən vergi tutulurmu?

posted in: Xəbər | 0

yerli bank hesabına pul köçürülməsiMən xarici elektron pul kisəsindəki məvacibimi Azərbaycandakı plastik kartıma köçürdükdə hər hansı vergi ödəməliyəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, rezident tərəfindən xarici elektron pul kisəsindəki vəsaitin rezident bank hesablarına köçürülməsinə görə vergi tutulmur.

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürüldüyü halda əməliyyatı həyata keçirən yerli bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutulur.

Bundan əlavə, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.

Mənbə: vergiler.az


Təminat xarakterli depozitdən ƏDV tutulurmu?


 

Təminat xarakterli depozitdən ƏDV tutulurmu?

posted in: Xəbər | 0

ƏDV ödəyicisi olan şirkət müqavilə şərtinə uyğun olaraq icarədardan təminat olaraq depozit alır və müqavilənin müddəti bitəndən sonra depozit məbləğini geri qaytarır. Bu halda depozit kimi alınan məbləğdən ƏDV hesablamalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan halda icarə müqaviləsi üzrə təminat xarakterli alınan, qarşılığında hər hansı bir xidmət göstərilməyən və müqavilə bitdikdən sonra geri qaytarılan depozit məbləğləri ƏDV-nin vergitutma obyektini yaratmadığından həmin məbləğlər üzrə ƏDV hesablanmır.

Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

Mənbə: vergiler.az


Dövlət və neft sektorunda muzdlu işlə bağlı gəlirlərdən vergi tutulması


Əsasnaməyə edilmiş dəyişikliklər işçilərin mənafeyinə xidmət edir

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığorta haqqıBaş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert Anar Bayramov yenilikləri şərh edib:

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Əsasnaməyə edilən dəyişikliklə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərin əhatə dairəsi genişləndirilib. Dəyişikliyə əsasən, Əsasnamənin 28-ci hissəsində “işçinin əməkhaqqı gəlirləri üzrə qazanc” məfhumu “məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc” ifadəsinə dəyişdirilib. Yəni dəyişikliyə qədər işçiyə müavinət hesablandıqda yalnız onun əməkhaqqı əsas götürülürdüsə, dəyişiklikdən sonra işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan bütün gəlirləri nəzərə alınacaq.

Misal 1: İşəgötürən işçiyə 2022-ci ilin avqust ayında maddi yardım verib. Sentyabr ayında işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, işəgötürən müavinət hesabladıqda maddi yardım son 12 ay üzrə hesablanacaq gəlirlərə aid ediləcək. Dəyişikliyə qədər isə maddi yardım əməkhaqqının tərkib hissəsi olmadığı üçün nəzərə alınmırdı.

Misal 2: 2022-ci ilin sentyabr ayında hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə edən işçiyə həmin ilin aprel ayında istifadə edilməmiş məzuniyyətə görə ödəniş hesablanıb. Dəyişikliyə qədər həmin məbləğ nəzərə alınmırdı: çünki Əmək Məcəlləsinin 157-cü maddəsinin üçüncü hissəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 189 saylı qərara edilmiş dəyişiklikdən sonra istifadə edilməmiş məzuniyyətə görə hesablanan məbləğdən məcburi dövlət sosial sığorta haqqı hesablandığı üçün bu məbləğ işçinin gəlirlərində də nəzərə alınacaq.

Göründüyü kimi, Əsasnaməyə edilmiş dəyişiklikdə işçinin mənafeyi nəzərə alınıb. Bundan sonra işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, məcburi dövlət sosial sığorta haqqı hesablanan digər qazanclarının nəzərə alınması nəticəsində işçiyə ödəniləcək məbləğ də artacaq.

Mənbə: vergiler.az


189 nömrəli Qərara dəyişiklik edildi


1 479 480 481 482 483 484 485 2. 387