Daha çox8
Daha çox8

Mühasibat uçotunda müasir problemlər

posted in: Məqalə, Xəbər | 0

Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi, idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır, proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan verir.

Mühasibat uçotu informasiyanın daxili istifadəçiləri olan təşkilat rəhbərliyi tərəfindən ən mühüm idarəetmə qərarlarının qəbul edildiyi informasiya bazası kimi çıxış edir və müəssisənin fəaliyyəti dövlət tənzimləyici orqanları, səhmdarlar, investorlar, kreditorlar və s. kimi xarici istifadəçilər tərəfindən qiymətləndirilir.

Son illərdə biznes idarəçiliyində informasiya texnologiyalarının inkişafı çox sürətlə gedir. Müasir mühasib bu gün artıq avtomatlaşdırma vasitələrindən geniş istifadə etmədən mühasibat uçotunun aparılması prosesini təsəvvür belə, edə bilmir. Məhz, ona görə də mühasibat hesabatlarının formalaşdırılmasının əsas tətbiqi problemlərindən biri onun avtomatlaşdırılması və kompüter texnologiyaları dünyasında son tendensiyalarla əlaqələndirilməsi prosesidir.

Lakin bu gün mühasibat uçotunun avtomatlaşdırılması ilə bağlı meydana çıxan problemlər aktual olaraq qalır.

Mühasibat uçotunun avtomatlaşdırılmasının müxtəlif aspektləri müxtəlif müəlliflər tərəfindən öyrənilir. Bu, əsasən, müəyyən proqram məhsullarının tətbiqi və istifadəsi üzrə metodik tövsiyələrlə bağlıdır.

Mühasibat uçotunun müasir aktual problemlərindən biri mühasibat uçotunun avtomatlaşdırılmış formasının zəif işlənmiş metodologiyasıdır. Bütün hallarda proqram tərəfindən istifadə olunan alqoritmlər olduqca mürəkkəbdir. Buna görə də proqram təminatından istifadə ilə bağlı həmin proqramın yaradıcılarının verdikləri ipucları, tövsiyələri daha faydalıdır. Lakin eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmış formalarının metodologiyasının inkişaf etdirilməsi də çox zəruridir.

Müəlliflər yalnız bəzi işlərdə avtomatlaşdırılmış sistemlərin qurulması prinsiplərini təhlil edir, mühasibat uçotunun avtomatlaşdırılmış formasının inkişafının metodik, həm də metodoloji problemlərini nəzərdən keçirirlər. Özü də bu zaman mühasibat uçotunun aparılmasının avtomatlaşdırılmış forması təkcə bütövlükdə mühasibat uçotu ilə bağlı qurulmanın ümumi prinsiplərinə malik olmur, həm də özünəməxsus spesifik prinsipləri nəzərə almaqla həyata keçirilmədən avtomatlaşdırılmış mühasibat uçotu formasını qurmaq mümkün deyil.


Qədim dövrdən bizim günlərə qədər biznesin tarixi


Bundan əlavə, MHBS-a keçidlə əlaqədar olaraq mühasibat uçotunun avtomatlaşdırılmasının digər bir problemi yeni mühasibat standartlarına uyğun proqram məhsullarının təkmilləşdirilməsi zərurəti ilə əlaqədardır.

Mühasibat uçotunun müasir avtomatlaşdırılmasının digər mühüm bir problemi məlumatların saxlanılmasının etibarlılığının təmin edilməsi məsələsi olur. Çünki informasiya təşkilatın strateji resurslarından birinə çevrilir və onun fəaliyyətində getdikcə daha çox əhəmiyyət kəsb edir.

Eyni zamanda, məlumatların virtualda mühafizəsi metodlarının tətbiqi ilə bağlı da bir sıra problemlər ortaya çıxır. Onlardan ən mühümü informasiya təhlükəsizliyinin təmin edilməsi problemidir. Bu günə qədər, məlumatların tam məxfiliyini təmin edən hər hansı bir xüsusi tənzimləmə aktları, eləcə də bunu yerinə yetirən texnologiyalar mövcud deyil. Nəticə etibarilə, ən qiymətli məlumatları ictimai virtual məkanda mühafizə etmək tövsiyə olunmur.

Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır, proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan yaradır.

Məlumatların bütövlüyü məsələləri də aktual problem kimi çıxış edir. Belə ki, virtual məkan xidmətləri üçün internet şəbəkəsi ilə daimi əlaqənin təmin edilməsi zəruridir. Daimi əlaqə təmin edilmədikdə isə məlumat anbarlarında informasiyanın düzgün və vaxtında yenilənməsi ilə bağlı problemlər yarana bilər.

Yuxarıda göstərilən problemlərin həlli şirkətə məxsus olmayan serverlərdə informasiyanın itirilməsi və ya ona çıxış üçün şəraitin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər tələb edir.

Bundan başqa, proqram təminatının texniki dəstəyi ilə bağlı xərclərin azaldılmasına baxmayaraq, istifadəçi istifadə olunan təminatda məhdudiyyətlərlə üzləşir və bəzən isə öz məqsədləri üçün onu tam şəkildə tənzimləmək imkanı mövcud olmur.

Mühasibat uçotunun avtomatlaşdırılmasından istifadənin üstünlüklərinə baxmayaraq, onun bilavasitə müəssisə çərçivəsində istifadə edilməsinin aşağıdakı problemləri mövcuddur:

  1. Müəssisənin fəaliyyətinin əsaslarını və əsas biznes proseslərini müəyyən etmək zərurətindən ibarət olan avtomatlaşdırma məsələlərinin müəyyən edilməsi, bu da müəssisənin real tələbatından kənara çıxmamağa imkan verir.
  2. Mühasibat uçotu, hesabat və vergi qaydalarını tənzimləyən qaydalarda tez-tez yol verilən dəyişikliklər çevikliyə imkan vermir və kənar şəraitdəki dəyişiklikləri əks etdirə bilmir.
  3. İxtisaslı kadrların çatışmazlığı.
  4. Müəssisədəki mövcud məlumatların yeni bir sistemə köçürülməsi.

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt


Bütün bu problemlər mühasibat uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemin tətbiqinə çəkilən xərclərin artmasına və onun tətbiqindən iqtisadi effektin əldə olunmamasına gətirib çıxara bilər.

Sonda qeyd etmək lazımdır ki, hazırda mühasibat uçotunun aparılmasını informasiya texnologiyalarından istifadə etmədən təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyalarının inkişafı ilə yeni imkanlar, eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmasının yeni problemləri meydana çıxır ki, bu da öz həllini tələb edir.

Mühasibat uçotu üzrə informasiya texnologiyalarının inkişafı mühasibin işinin effektivliyinin və keyfiyyətinin yüksəldilməsinə, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin yaxşılaşmasına imkan yaradır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, uçotun avtomatlaşdırılması sistemi mühasibləri tamamilə əvəz edə bilməz. Axı, bir çox məsələlər vardır ki, onların həlli zamanı peşəkar mühakimənin işlənib hazırlnmasına zərurət yaranır. Hansı ki, avtomatlaşdırma tərəfindən bu çox zəif təsdiq olunur, zira bu kimi məsələlərin həlli ilk növbədə insan təcrübəsinə əsaslanır.


 

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt

posted in: Məqalə, Xəbər | 0

yaponiya iqtisadiyyatı,Yaponiya iqtisadiyyatının yüksəlişi 30 il əvvəl baş verib: qlobal indeksdə Yaponiya şirkətlərinin səhmlərinin payı 44% təşkil edib. Dünyanın ilk on ən böyük bankından yeddisi yapon bankı, dünya üzrə 271 milyarderdən 40-ı yaponlar idi. Sonradan ölkə elə öz təcrübəsindən öyrəndi ki, sürətli inkişaf, aqressiv ixrac və həddindən artıq istehsal iqtisadiyyata dağıdıcı təsir göstərə bilər.

  1. Hazırda yapon iqtisadiyyatı dünyada dördüncü yerdədir

Yaponiya dünyanın iyirmi ən böyük iqtisadiyyatı olan Böyük İyirmilik – G20 qrupuna daxildir. ÜDM-nin həcminə görə ölkə dünyada dördüncü və Asiya ölkələri sırasında isə ikinci yerdədir. Bu, ciddi göstəricidir, lakin, əvvəllər həmin göstərici bundan da yaxşı olub.

  1. Keçmişdə Yaponiya dünyanın ikinci iqtisadiyyatı olub və qonşuları üçün bir nümunə təşkil edib

1968-ci ildə ölkə dünya ÜDM reytinqində ikinci yeri tuturdu və Şərqi Asiya regionunun dövlətləri öz inkişaflarında yapon təcrübəsinə arxalanırdılar: Koreya yapon dzaybatsu-şirkətlərinin (dzaybatsu – yaponca mülkiyyət deməkdir – yapon terminidir, mahiyyət etibarilə “pul klanı” və ya konqlomerat mənasını verir) strukturunu kopyalamışdı, Tayvan isə Yaponiyanın həyata keçirdiyi aqrar islahatları uğurla təkrarlamışdı. 1980-ci illərin əvvəlində Yaponiya texnologiyalar yarışında hətta ABŞ-ı ötüb keçmişdi.

  1. 55 il ərzində adambaşına ÜDM 60 dəfə artmışdı

Daha dəqiq söyləsək, Dünya bankının dəyərləndirməsinə görə, bu göstərici 610 dollardan 36 680 dollara yüksəlmişdi. Ölkə əhalisi isə sözügedən dövrdə cəmi 40 faiz artmışdı. Baxmayaraq ki, son on beş ildə yapon ÜDM məşğul olan hər nəfər hesabı ilə ABŞ-la müqayisə oluna biləcək dərəcədə artmışdı, bu qeyri-mütənasiblik yapon iqtisadiyyatında durğunluğa səbəb olmuşdu.

  1. İxracın sürətli yüksəlişi Qərbi narahat etdi

Son 55 il ərzində Yaponiyanın ixracatı 155 dəfə artmışdı, 1960-80-ci illərdə bu artım ildə orta hesabla 17 faiz təşkil edirdi. 20 əsrin ortalarında yapon ixracının əsas üstünlüyü onun aşağı qiymətlərində idi, buna görə də bütün dünyada yapon gəmilərindən, dəqiq optikadan, elektronika məhsullarından, televizorlar və fotoaparatlarından istifadə edirdilər. Otuz ildən sonra çinlilər ucuz işçi qüvvəsindən yararlanaraq eyni inkişaf yolunu seçəcəkdilər.

Yaponiyanın inanılmaz yüksəlişi Qərbi narahat etməyə başladı – belə ki, yapon malları digər ölkələrdə iş yerlərinin azalmasına gətirib gətirib çıxarırdı və digər ölkələrdə istehsal olunan məhsulların rəqabətə davamlılığını azaldırdı.

  1. Qərb Yaponiya hakimiyyətini sərfəli olmayan tədbirlərə razı saldı, bundan sonra iqtisadiyyat üçün itirilmiş onillik başladı

Yaponiya iqtisadiyyatı 1960-90-cı illərdə ildə ortalama 6 faiz artırdı. Lakin ölkə Britaniya, Fransa, ABŞ və Almaniyanın yapon iyenasının dollara nisbətdə məzənnəsini yüksəltməyə razılaşdı –  bu razılaşma “Plaza” sazişi kimi tanınır. Həmin saziş 1985-ci ildə imzalanmışdı. Nəticədə ixrac bahalaşmağa başladı, ticarət balansı isə pisləşdi. Problemlərin öhdəsindən gəlmək üçün hökumət investisiya, kreditləşməni genişləndirmək və faiz dərəcələrini 1985-ci ildəki 5%-dən 1989-cu ildə 2,25%-ə endirmək qərarına gəldi. Kredit inyeksiyaları aktivlər və daşınmaz əmlak bazarlarında spekulyasiyaya gətirib çıxardı və artıq 1990-cı ildə birja səhmləri 66 qiymət/mənfəət nisbəti ilə satılırdı – baxmayaraq ki, 10-20 normal səviyyə hesab olunurdu.

1990-cı ildə Yaponiya aktivlərinin satışına başlandı. Səhmlər kreditlər üzrə girov olduğu üçün banklar kreditləşdirməni dayandırdılar. Mallara və daşınmaz əmlaka tələbat azaldı, bir çox şirkətlər istehsalı azaltmağa və ya özlərini müflis elan etməyə məcbur oldular. 1990-cı illərdə ÜDM-in artım tempi 1,1%-ə düşdü.

Zəifləmiş banklar bir çox hallarda durğunluq müddətinin uzanmasına gətirib çıxardı – aktivlər ucuzlaşdı, öhdəlikləri isə yerinə yetirmək lazım idi. Hökumət bank sistemini təmizləməyə cəsarət etmədi, amma, banklara müxtəlif yollarla dəstək verildi.

1991-ci ildə iqtisadiyyatın çöküşündən sonra Yaponiya iqtisadiyyatının artımı ABŞ-dan iki dəfə az idi: ABŞ-ın 2,5% illik artımına qarşı ildə ÜDM orta hesabla 0,9% təşkil edirdi. 1990-cı illəri Yaponiyada itirilmiş onillik adlandırırlar.

  1. Yaponiyanın dövlət borcu – dünyada ən böyük borclardan biridir və yaponlar bu pulu özləri-özlərinə borcludurlar.

Ölkənin digər problemi isə daim artan və iqtisadiyyatın inkişafına mane olan dövlət borcudur. Hazırda Yaponiyanın dövlət borcu ÜDM-dən 3,4 dəfə çoxdur. Bu iyirmi il ərzində büdcə kəsirinin dövlət istiqrazları hesabına maliyyələşdirilməsi səbəbindən baş vermişdi.

Ancaq, istiqrazların əksəriyyəti yaponların özlərinə məxsusdur, ona görə də belə demək mümkünsə, yaponların özləri özlərinə borcludurlar: yəni, yaşlı nəsil gənc nəsildən borc götürüb.

Buna baxmayaraq, dövlət, şəxsi ev təsərrüfatları və yapon biznesi bütün dünyada böyük kreditorlar kimi çıxış edirlər. Yaponiyanın digər ölkələr qarşısında öhdəlikləri 3,9 trilyon dollardır, lakin xarici aktivlərin həcmi bundan qat-qat çoxdur – 6,6 trilyon dollar. Həm də həmişə vergiləri artırmaq imkanı vardır, çünki Yaponiyada onlar iqtisadi əməkdaşlıq və inkişaf təşkilatında (İƏİT) ən aşağı səviyyədədir. 2014-cü ildə hökumət elə belə də etdi: istehlak üçün olan vergini 5 faizdən, 8 faizə qaldırdı.



  1. Dünyada ən yüksək uzunömürlülük – bu, insanlar üçün yaxşı, iqtisadiyyat üçün isə pisdir

Lakin Yaponiyanın özü üçün bu bir problemdir, çünki ölkədə pensiyaçıların sayı çoxdur, doğum səviyyəsi isə çox aşağıdır. Əgər 1960-cı illərdə hər bir ailəyə orta hesabla 2 uşaq düşürdüsə, hazırda bu 1,3 uşaq səviyyəsindədir.

1995-ci ildə Yaponiyada yaşı 15-dən 64-ə kimi olan adamların sayı 87,3 milyon nəfər təşkil edirdi, 2015-ci ildə onların sayı 78,9 milyon nəfərə kimi azalıb. Yaşı 65 yuxarı olanların sayı isə 18,3 milyon nəfərdən, 31 milyon nəfərə yüksəlib.

Əmək qabiliyyətli əhali nə üçün bu qədər vacibdir və onun azalması iqtisadiyyat üçün niyə pisdir? Çünki bu, əlavə dəyər yaradır. Daha çox pensiyaçı və daha az gənc, daha az əlavə dəyər deməkdir.

Qalan əmək qabiliyyətli yaponların isə yükü artır, çünki onlar qocaları pensiya ilə təmin etməli və dövlət isə sosial sahəyə getdikcə daha çox pul ayırmalı olur.

  1. Balıq ovu üzrə dünyada beşinci yer və ÜDM-də kənd təsərrüfatının cəmi 1 faiz payı

Post-sənaye iqtisadiyyatı üçün tipik vəziyyətdir. Halbuki, kənd təsərrüfatı üçün ayrılmış torpaqlar ölkə ərazisinin, təxminən, 13%-ni əhatə edir. Bu torpaqların yarıdan çoxu düyü istehsalı üçün istifadə olunur.

  1. Yaponiya elmə və tədqiqatlara ÜDM-nin 3,6 faizini sərf edir

Bu, İƏİT-nin 2014-cü il məlumatındandır. Amma digər ölkələrlə rəqabət daha da çətinləşir, çünki getdikcə daha çox dövlətlər müasir texnologiyalara çıxış əldə edirlər. Hazırda Yaponiya yüksək texnologiyalar sahələrində Qərblə rəqabət aparır və sənayedə isə tədricən daha az əlavə dəyərə malik olan Tayvan və Koreya ona çatmaqdadır.

  1. Ona görə də yapon brendləri – dünyada ən bahalı və ən məşhur markalardan biridir

Elə götürək, Toyota şirkətini – sözügedən şirkət Fortune Global 500 siyahısında 9-cu yerdədir və dünyanın ən nəhəng avtomobil istehsal edən ictimai şirkətidir. Halbuki vaxtilə həmin şirkət toxuculuq sənayesindən ötrü avtomatik toxuculuq dəzgahlarının istehsalı ilə fəaliyyətə başlamışdı.

Yapon texnologiyası və optikası da dünya miqyasında şöhrət qazanıb: Nikon, Sony, Panasonic, Nintendo.

  1. 40 faiz avtomobil ixracı

1980-ci illərdən bəri Yaponiya ardıcıl olaraq dünyanın ən yaxşı 10 avtomobil istehsalçısı arasında yer alır.

  1. Ölkədə resurslar azdır, buna görə onlardan qənaətlə istifadə edirlər

Əhali və sənaye istehsalı həcmlərinin artmasına baxmayaraq, yaponlar təbii resursların istehlakının məqbul səviyyəsini qoruyub saxlaya biliblər. Enerji resurslarının istehlakı, ümumiyyətlə, Qərbi Avropada olduğu kimi, bir nəfər üçün 4200 kq yanacaq təşkil edir. Onları əsasən ABŞ, Çin və Avstraliyadan idxal edirlər.

  1. İqtisadi siyasət dünyaya keyfiyyətli və mürəkkəb məhsullar satmağı hədəfləyib

Yaponlar dünya ərzaq məhsulları bazarını fəth etməyi planlaşdırırlar, özü də onlar bahalı seqmentə hədəfləniblər: vaqasi şirniyyatı, yaqut üzümü, mavi tuna filesi. Onlar rəqabət apara bilirlər – aşağı kalorili yapon mətbəxinin sağlamlıq faydaları çoxdan sübut olunub.

Sənaye ixracında da yaponlar kəmiyyətdən çox keyfiyyətə diqqət yetirməyi planlaşdırırlar. Əsas məhsul – mürəkkəb və bahalı mallardır: optika, robotlar, elektron məhsullar. İndi kütləvi və ucuz malların istehsalı Çin filiallarına və Cənub-Şərqi Asiyanın digər ölkələrinə verilir. Lakin Yaponiya ənənəvi olaraq texniki cəhətdən mürəkkəb montaj və istehsal işlərini özü həyata keçirir.

Yaponiya iqtisadiyyatının necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, çünki ona mədəni xüsusiyyətlər də təsir edir. Çox güman ki, ölkə 80-ci illərin göstəricilərinə qayıda bilməyəcək, lakin yaxın onilliklərdə Yaponiya mütləq şəkildə ən inkişaf etmiş iqtisadiyyatlar və həyat səviyyəsi yüksək olan ölkələr siyahısında qalacaq. Yaponiya yüksək texnologiyalı mallar istehsal edir və buna görə də istehsal etdiyi mallar bahalıdır. PwC-yə görə, bu, onun ilk beş qlobal lider sırasında yer almasını mütləq şəkildə təmin etməyəcək, amma, 2050-ci ilə qədər Yaponiyanın dünyanın səkkizinci ən böyük iqtisadiyyatı olacağı təxmin edilir. Səkkizinci və yaxud iyirminci yer olsun, bu, yenə də əla nəticədir.


Qədim dövrdən bizim günlərə qədər biznesin tarixi


 

Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu?

posted in: Xəbər | 0

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusu2019-cu ilin yanvar ayından vergi uçotuna alınaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkar kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad edildiyi üçün dövriyyələr barədə vergi bəyannamələri verməmişdir. Vergidən azad olunan dövriyyə barədə bəyannamə verməməyə görə fərdi sahibkara maliyyə sanksiyası tətbiq oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi oqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir).

Bu maddənin müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 58-ci maddələri.

Mənbə: vergiler.az


Dəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq?


Dəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq?

posted in: Xəbər | 0

Ödəmə mənbəyində faizlərdən vergi tutulması, Vergi mükəlləfiyyətinin dəyişdirilməsi, vergi məcəlləsi dəyişiklik, vergi borcu , vergi bəyannaməsi , məcburi dövlət sosial sığorta haqqı , ezamiyyə xərci , MDSS , MDSS haqqı , vergi güzəşti , Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuDəyişiklik mahiyyət etibarilə faiz gəliri əldə edən müəssisələrə aiddir. Belə ki, dəyişiklikdən əvvəl faiz gəlirlərinin sahibi mənfəəti vergiyə cəlb olunan müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi olduğu halda, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmuş faiz gəlirlərini alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi ilin nəticələrinə görə hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri təqdim etmək şərtilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldırdı. Dəyişiklikdən sonra isə faiz gəliri əldə edən müəssisələrin faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə vergiyə cəlb olunması həyata keçiriləcək və faiz gəlirləri üzrə vergitutmada vahid mexanizm tətbiq olunacaq.

Ödəmə mənbəyində faizlərdən vergi tutulması

Ödəmə mənbəyində faizlərdən vergi tutulması ilə bağlı Vergi Məcəlləsində bu ilin may ayında dəyişiklik olunub. Dəyişikliyin əsas müddəalarını “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elnur Səmədzadə şərh edir.

Ödəmə mənbəyində faizlərdən vergi tutulması Vergi Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir. “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 13 may 2022-ci il tarixli 534-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasında həmin maddəyə dəyişikliklər edilib. Vergi Məcəlləsinin yeni qüvvəyə minmiş 123.1-ci maddəsinə əsasən, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir Vergi Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, Vergi Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.Dəyişikliyin mahiyyətini daha aydın təsəvvür etmək üçün həm dəyişkilikdən əvvəli, həm də sonranı əks etdirən misalları nəzərdən keçirək.



Dəyişiklikdən əvvəl:

Misal 1: “A” MMC ilə “B” bankı arasında bağlanılmış müqaviləyə əsasən “A” MMC banka illik 10 faiz dərəcə ilə 50.000 manat məbləğində əmanət yerləşdirmişdir. Bank ilin sonunda “A” MMC-nin 5.000 manat (50.000,00*10%) faiz gəlirindən ödəmə mənbəyində 10% dərəcə ilə yəni, 500 manat vergi tutmuş, 4.500 manatı isə “A” MMC- yə ödəmişdir. “A” MMC- nin həmin il üzrə gəlirlərinin (o cümlədən faiz gəlirlərinin) 300.000 manat, gəlirdən çıxılan xərclərinin isə 200.000 manat olduğunu hesab etsək, ilin nəticələrinə görə “A” MMC 20.000 manat ((300.000 – 200.000) x 20%) mənfəət vergisi ödəməli idi. Lakin “A” MMC- nin faiz gəlirindən ödəmə mənbəyində 500 manat vergi tutulduğundan, həmin il üzrə büdcəyə 19.500 manat (20.000-500) vergi ödəyəcəkdi.

Dəyişiklikdən sonra:

Misal 2: “A” MMC ilə “B” bankı arasında bağlanılmış müqaviləyə əsasən “A” MMC banka illik 10 faiz dərəcə ilə 50.000 manat məbləğində əmanət yerləşdirmişdir. Bank ilin sonunda “A” MMC- nin 5.000 manat (50.000,00*10%) faiz gəlirini tam həcmdə ona ödəyir. “A” MMC-nin həmin il üzrə gəlirlərinin (o cümlədən faiz gəlirlərinin) 300.000 manat, gəlirdən çıxılan xərclərinin isə 200.000 manat olduğunu hesab etsək, ilin nəticələrinə görə “A” MMC 20.000 manat ((300.000 – 200.000) x 20%) mənfəət vergisi ödəyəcəkdir.

Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə edilmiş dəyişikliyin mahiyyəti hüquqi şəxslərin faiz gəlirlərinin vergidən azad edilməsi deyil, həmin şəxslərin faiz gəlirlərinin vergiyə cəlb edilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 13 may 2022-ci il tarixli Qanunun 2-ci maddəsində əsasən, dəyişikliklər 2022-ci il yanvarın 1-dən tətbiq edilir. Qanun 13 may 2022-ci ildə qəbul edildiyindən və 10 iyun 2022-ci ildə qüvvəyə mindiyindən Vergi Məcəlləsinin 150-ci maddəsinin tələblərinə uyğun olaraq 2022-ci ilin 1-ci rübü ərzində hüquqi şəxslərə ödənilən faiz gəlirlərindən ödəmə mənbəyində vergi tutulmuşdur. Dəyişikliyin 1 yanvar 2022- ci il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, 2022- ci ilin 1-ci rübü üzrə hüquqi şəxslərin faiz gəlirindən ödəmə mənbəyində tutulan vergilər bank və ya digər müəssisələr tərəfindən müvafiq dövr üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməklə yenidən hesablanmalıdır.

1 483 484 485 486 487 488 489 2. 387
error: Content is protected !!