Azərbaycan Mərkəzi Bankı auditor seçir

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 4-ü, saat 15:00-dək, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 12-si, saat 18:00-dək AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 13-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


Son haqq-hesab zamanı işəgötürənin öhdəlikləri

posted in: Xəbər | 0

Mövcud qanunvericiliyə əsasən əmək müqaviləsinə xitamın bir neçə əsası olsa da, işəgötürənin xitam zamanı son haqq-hesabdan irəli gələn öhdəlikləri dəyişilməz qalır. Belə ki, işəgötürən son haqq-hesab zamanı həyata keçirəcəyi prosedurların doğruluğuna görə məsuliyyət daşıdığı üçün bu prosedurların dəqiqləşdirilməsi zəruridir.

  • Əmək müqaviləsinin xitamı barədə əmrin surəti ilə işçini tanış etdirməlidir;
  • Müqaviləyə işçinin təşəbbüsü ilə xitam verilməsi halında işəgötürən yeni işçi cəlb etmə barədə işçini məlumatlandırmalıdır. Əks halda müqavilənin xitamı gününədək işçi ərizə ilə müraciət edib, işinə bərpa olunmalıdır;
  • İşəgötürənin təşəbbüsü ilə əmək vəzifələrinin kobud pozuntusu əsası üzrə müqaviləyə xitam verilərkən bu pozuntu və onun işəgötürənə vurduğu zərərin əsaslandırılması təmin edilməlidir;
  • Əmək müqaviləsi müddətli xarakter daşıdığı halda, müddətin bitməsindən sonrakı 1 həftə ərzində işçiyə yazılı qaydada müqavilənin xitamı barədə bildiriş verməlidir;
  • Əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçası işçiyə verilməlidir. Əks halda işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir;
  • Xitam zamanı işçinin işlədiyi günlərə görə aylıq əmək haqqı, istifadə etmədiyi məzuniyyətə görə orta aylıq əmək haqqı hesablanmaqla müqavilənin xitamı günü – sonuncu iş günü ödənişlər həyata keçirilməlidir;
  • İşəgötürənlər iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər. Elektron-informasiya sistemində müqavilənin xitamı ilə bağlı düzəlişlərin qeyd edilməməsi müvafiq məsuliyyət tədbirlərinin tətbiqinə səbəb olur.

Məhkəmə iclasında cərimələnməmək üçün bunları bilmək lazımdır


Kapital Bank Zəngilanda sosial aksiya həyata keçirdi

posted in: Xəbər | 0

15 sentyabr – Bilik Günündə Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə sosial aksiya həyata keçirildi. Ağalı kəndinə köçürülən ilk 48 ailənin üzvləri ilə yeni məktəb binasında baş tutan tədbirdə iştirakçılara yeniliklər barədə ətraflı məlumat verildi.

Görüşdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Mastercard-ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov və Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov iştirak edirdi.

Tədbir zamanı Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması barədə məlumat verildi. Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin edilib. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılıb, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılıb. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılıb və ödəniş kartları verilib.

Bundan başqa Kapital Bank və Mastercard-ın dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi keşbek kampaniyasına start verilib ki, bunun da nəticəsində Ağalı kəndindəki obyektlərdə nağdsız ödəniş edən Mastercard sahibləri 10% keşbek əldə edəcəklər.

Layihə çərçivəsində Ağalı kənd orta məktəbinin şagirdlərinə “Smart təhsil kartı” və dərs ilinin başlanması, habelə şagirdlərin tədris zamanı daha müasir üsullardan istifadə edə bilməsi üçün 48 ailədə olan şagirdlərə planşetlər hədiyyə edildi.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Məhkəmə iclasında cərimələnməmək üçün bunları bilmək lazımdır

posted in: Xəbər | 0

cərimə tətbiqiMəhkəmə iclasında 50 min manatadək cərimələnməmək üçün bunları bilmək lazımdır

Konstitusiyaya görə dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və məhkəmə hakimiyyəti Azərbaycan Respublikası məhkəmələri tərəfindən həyata keçirilir. Onu da qeyd edək ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. (maddə 129)

Məhkəməyə gələn şəxslər üçün məhkəmə prosesi ilə bağlı qaydalara əməl edilməsi mütləqdir. Əks halda məhkəmə tərəfindən şəxsin barəsində cərimə tətbiq edilə bilər. Bu yazıda məhkəmə prosesi zamanı cərimədən uzaq olmaq barədə qeyd edəcəyik.

Məhkəmə tərəfindən cərimə tətbiq edilə biləcəyi halları təqdim edirik.

  • Məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə 50-150 manatadək məbləğdə cərimə edilir.

İnzibati işlər üzrə

  • Məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50 manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir. Üzrsüz səbəbdən gəlmədiyi hallarda, məhkəmə proses iştirakçısını cərimə edə bilər.
  • Məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər.

Cinayət işləri üzrə

  • Hakimə (məhkəmə tərkibinə) etiraz məhkəmə baxışını ləngitmək məqsədi ilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən 220 manat miqdarında cərimə edilə bilər.
  • məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra məhkəmənin qərarı əsasında 55 manatadək miqdarda cərimə tətbiq edilə bilər.

Borcun tələb edilməsinin bilinməyən, lakin faydalı üsulu – icra qeydi


Mülki işlər üzrə

  • Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf 110 manatadək cərimə edilə bilər.
  • Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs 2000 manatadək miqdarda cərimə olunur.
  • Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada 20 manat miqdarında cərimə edilir.
  • Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.
  • Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində 500 manatadək cərimə tətbiq etməyə haqlıdır.
  • Tərcüməçi, çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona 110 manatadək cərimə tətbiq edilə bilər.
  • Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və 110 manatadək cərimə edir.

İnzibati cərimənin əməkhaqqıdan tutulması


1 486 487 488 489 490 491 492 2. 400