» » » Mikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi

Mikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi

posted in: Xəbər | 0
birbank biznes

gəlirin müəyyən edilməsi, Vergi mükəlləfiyyətinin dəyişdirilməsi, vergi məcəlləsi dəyişiklik, vergi borcu , vergi bəyannaməsi , məcburi dövlət sosial sığorta haqqı , ezamiyyə xərci , MDSS , MDSS haqqı , vergi güzəşti , Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuÖlkəmizdə mikro və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədilə qanunvericilikdə bir sıra vergi güzəştləri nəzərdə tutulub. Mövzuya dair maraq doğuran məsələlərə vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Məcəllənin 106.1.20-ci maddələrində isə göstərilib ki, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Bəs mikro sahibkarlıq subyekti necə müəyyənləşdirilir?

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.


Gecə vaxtı işləməyə görə əməkhaqqına əlavələr necə hesablanır?


Lakin könüllü surətdə ƏDV ödəyicisi olan bəzi sahibkarlıq subyektlərinin mühasibləri tərəfindən mikro sahibkarlıq subyekti üzrə illik gəlir anlayışı yanlış olaraq gəlir və ya mənfəət vergisi bəyannamələrində olduğu kimi malların (işlərin, xidmətlərin) təqdim edilməsindən (ƏDV və aksiz çıxılmaqla) gəlir kimi başa düşülür. Nazirlər Kabinetinin Qərarının qeydlər hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, “İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir”.

Malın dəyərini onun alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin malın dəyərini artıran digər xərclər, o cümlədən mənfəət vergisi və ƏDV formalaşdırır.

Göründüyü kimi, Nazirlər Kabinetinin istinad etdiyimiz Qərarında “gəlir” anlayışına, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ƏDV ilə birlikdə dəyəri, habelə satışdankənar gəlirlər daxil edilir.

Bu baxımdan bəzi mühasiblər tərəfindən mikro sahibkarlıq subyektinə aid güzəştlərdən istifadə etmək üçün təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin ƏDV-siz götürülməsi və Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən azadolmalardan və güzəştlərdən istifadə edilməsi gələcəkdə vergi məsuliyyətinin yaranması ilə nəticələnə bilər.

Mənbə: vergiler.az