Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli təsdiqlənib

posted in: Xəbər | 0

Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanların maaşları artırılıb.

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.

19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli  

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 345
2 359
3 374
4 389
5 406
6 422
7 441
8 458
9 478
10 497
11 518
12 538
13 560
14 584
15 607
16 632
17 694
18 833
19 1125

 

İndiyədək dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə idi:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 300
2 312
3 325
4 338
5 353
6 367
7 383
8 398
9 415
10 432
11 450
12 468
13 487
14 508
15 528
16 549
17 604
18 725
19 979

Mənbə: report.az


 

Kapital Bank 2022-ci ilin nəticələrini elan edib

posted in: Xəbər | 0

kapital bank maliyyə göstəriciləriKapital Bank-ın aktivləri 1 yanvar 2023-cü il tarixinə 7,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2023-cü il tarixinə 6,1 milyard manat olub.

Bankın 1 yanvar 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 802 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Alıcı satıcının bank kartına “card to card” vasitəsilə ödəniş edərsə maliyyə sanksiyası hesablana bilərmi?

posted in: Xəbər | 0

card to card vasitəsiləMənfəət vergisi ödəyicisi olan mikro sahibkarlıq subyekti hüquqi şəxsin dublikat şəhadətnamə əsasında açılmış biznes kartının hesabına vergi ödəyicisi olmayan fiziki şəxslərdən malların təqdim edilməsinə görə “card to card” vasitəsilə ödənişlər etmək istəyir. Buna qanunvericilik yol verirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Sorğunuzda qeyd olunan halda malların dəyərinin alıcı tərəfindən bank kartı vasitəsilə satıcının bank kartına ödənilməsinə görə hər hansı məhdudiyyət və ya maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Lakin Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 164-cü və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”.

Mənbə: vergiler.az


Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?


Kapital Bank sahibkarlar üçün yeni şöbə açdı

posted in: Xəbər | 0

sahibkarlar üçün yeni şöbəÖlkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlara göstərilən xidmətləri daha əlçatan və rahat etmək üçün Bakı KOB evində yeni şöbəsini açdı. Yeni KOB şöbəsi Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə ünvanında fəaliyyət göstərir.

KOB şöbəsində müştərilər fiziki və hüquqi şəxslər üçün hesabların açılması, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar kimi bir çox bank məhsulları və xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, Kapital Bank bir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 

1 444 445 446 447 448 449 450 2. 400