» » » İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi auditor seçib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi auditor seçib

posted in: Xəbər | 0
birbank biznes

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-dir.

Qalib şirkətə 2,006 milyon manat ödəniləcək.

Mənbə: report.az