Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb

posted in: Xəbər | 0

əməkhaqıPrezident İlham Əliyevin yeni Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Həmin təşkilatlara aiddir:

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
  • Heydər Əliyev Mərkəzi;
  • “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
  • Azərbaycanda Atatürk Mərkəzi;
  • Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
  • Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
  • Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
  • Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
  • Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
  • Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
  • Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
  • Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
  • Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
  • Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
  • İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.

Ümumilikdə bu il yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edir.

Mənbə: sosial.gov.az


Dövlət Gömrük Komitəsi mühasiblərin işini asanlaşdıracaq xidmət istifadəyə verib

posted in: Xəbər | 0

Şəxsi Hesab VərəqəsiDövlət Gömrük Komitəsi “Şəxsi Hesab Vərəqəsi” elektron xidmətinin tətbiqinə başlayıb.

Xidmət idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir.

Pilot variantda istifadəyə verilmiş xidmət biznes fəaliyyətinin daha səmərəli və çevik şəkildə təşkili, maliyyə-uçot sisteminin düzgün qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Xidmət xarici ticarət iştirakçılarına rəsmiləşdirmə zamanı avans gömrük ödənişlərindən istənilən gömrük orqanı və gömrük ödənişi üzrə istifadə etməyə, balans məbləğini, gömrük borcunu onlayn rejimdə izləməyə imkan verir. Həmçinin ödənişlər barədə məlumatlar anında gömrük orqanına ötürüldüyündən rəsmiləşdirməyə sərf olunan müddət azalır.

“Şəxsi hesab vərəqəsi”ndə müəyyən tarix intervalı və nömrələr əsasında gömrük bəyannamələri barədə məlumat almaq, gömrük rüsumları, ƏDV, aksiz vergisi, gömrük yığımları üzrə hesabatları da izləmək mümkündür ki, bu da biznes fəaliyyətinin düzgün və səmərəli şəlikdə qurulması baxımından əhəmiyyətlidir. Məqsəd əməliyyatların rəqəmsal həll əsasında avtomatlaşdırılması, gömrük-biznes münasibətlərində təmasın minimuma endirilməsi, asan, sürətli, çevik xidmət, maksimum məmnuniyyətdir.

Mənbə: report.az


Ödənişsiz vebinar: “Vahid bəyannamə bütün xırdalıqları ilə birgə”

posted in: Xəbər | 0

Vahid bəyannaməDəyərli dostlar, sizi “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü il üzrə təşkil edəcəyi ikinci ödənişsiz vebinara qoşulmağa dəvət edirik.

Tarix: 14.01.2023

Saat: 19:00-21:00

Təlimin növü: Onlayn

Qeydiyyat linki: https://forms.gle/

Təlimdə əhatə ediləcək mövzular:

  • Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə haqqında;
  • Bəyannamə tərtibatı zamanı fəaliyyət növünün kodu seçilərkən diqqət edilməli məqamlar;
  • Bəyannamədə qeyd edilən azadolma və güzəştlər:

– Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə güzəşt və azadolmalar;

– MDSS haqqına cəlb olunmayan gəlirlər;

– İşsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlər;

– İcbari tibbi sığorta haqqına cəlb olunmayan gəlirlər.

  • Əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması zamanı diqqət edilməli məqamlar;
  • Həyat yaşam sığortasına cəlb edilən məbləğlər və vahid bəyannamədə əks etdirilmə qaydası;
  • Əmək qabiliyyətinin itirilməsinə görə hesablanan müavinət və vahid bəyannamədə əks etdirilmə qaydası;
  • Əməkdaşların ödənişsiz günləri barədə məlumatın doldurulma qaydası;
  • Növbəli iş rejimində işləyən əməkdaşlar barədə məlumatların vahid bəyannamədə əks etdirilmə qaydası.

Təlimçi barədə: Kəmalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Mühasibat Departamenti Direktoru” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.


Əlaqə:


Ünvan: Caspian Plaza


Yaşayış sahəsini təqdim edən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0

yaşayış sahəsinin təqdim edilməsiBakı şəhərində yaşayıram. Evimi satmaq istəyirəm. Evimi satan zaman vergi ödəməliyəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini və mülkiyyətində olan torpaq sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci, 218.4-cü, 218-1-ci və 220.8-ci maddələri.

Mənbə: vergiler.az


İdxal olunan malların dəyəri statistik yoxsa gömrük dəyəri ilə aparılmalıdır?


1 446 447 448 449 450 451 452 2. 400