İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin əsas istiqamətləri açıqlanıb

posted in: Xəbər | 0

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında deyilir.

Bildirilir ki, bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.

“Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV-nin geri qaytarılması prosesi bu sahəyə, bizneslə yanaşı, vətəndaş marağının da artırılmasına səbəb olacaq”, – DVX bildirib.

Qeyd olunub ki, vergi azadolmaları bir sıra fəaliyyət növləri və əməliyyatlara şamil edilməyəcək. Belə fəaliyyət və əməliyyatlara maliyyə xidmətlərinin göstərilməsi, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi daxildir.

Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib.

Xatırladaq ki, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.

Ölkə Prezidentinin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq.

Mənbə: report.az


Vergi tutulan əməliyyatın aparıldığı vaxt necə müəyyən olunur?

posted in: Xəbər | 0

vergi tutulan əməliyyatın vaxtıMövzunu “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elxan Babayev şərh edir.

Vergi Məcəlləsinin 166.4 cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı iki formada müıyyən olunur.

1-ci hal:

Vergi ödəyicisi tərəfindən mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra dəyəri ödənilməyən malları (işləri, xidmətləri) qəbul edən digər vergi ödəyicisindən borc pul vəsaiti (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər istisna olmaql) alındığı zaman vergi tutulan əməliyyatın vaxtı borcun alındığı vaxt sayılır.

Misal 1: “AA” MMC 2022-ci ilin may ayında “BB” MMC-yə 15.000 manat (ƏDV-siz) dəyərində mal təqdim edib. Həmin ilin iyun ayında isə “BB” MMC qarşı tərəfə 7.000 manat borc pul verib. Malın dəyəri cari ilin iyul ayında ödənilib. “AA” MMC-də vergi tutulan əməliyyatın vaxtını və məbləğini müəyyən edək:

– 2022 may – ƏDV öhdəliyi yaranmır;

– 2022 iyun – 7.000 manat məbləğ ƏDV-yə cəlb edilir;

– 2022 iyul – 15.000-7.000 = 8.000 manat ƏDV-yə cəlb edilir.

2-ci hal:

Vergi ödəyicisi mal (iş, xidmət) təqdim edilməmişdən qabaq digər vergi ödəyicisindən (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər istisna olmaqla) əvvəlcədən borc pul alarsa, vergi tutulan əməliyyatın vaxtı mal təqdim edilən vaxt sayılır.

Misal 2: “BB” MMC 2022-ci ilin may ayında “AA” MMC-yə 10.000 manat borc pul verib. “AA” MMC həmin ilin avqust ayında qarşı tərəfə 4.000 manat (ƏDV-siz) dəyərində xidmət göstərib. Xidmətin dəyəri isə cari ilin sentyabr ayında tam ödənilib. “AA” MMC-də vergi tutulan əməliyyatın vaxtını və məbləğini müəyyən edək:

– 2022 may – ƏDV öhdəliyi yaranmır;

– 2022 avqust – 4.000 manat məbləğ ƏDV-yə cəlb edilir;

– 2022 sentyabr – 10.000 – 4.000 = 6.000 manat ƏDV-yə cəlb edilir.

Yadda saxlamaq lazımdır ki, vergi tutulan əməliyyatların vaxt tələbinə dəqiq əməl etmək üçün 1-ci halda olduğu kimi borcun alındığı ayda borcun məbləği qədər, 2-ci halda olduğu kimi xidmət göstərilən ayda borc məbləği qədər ƏDV öhdəliyinin yarandığı nəzərə alınmalıdır.

Mənbə: vergiler.az


Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

posted in: Xəbər | 0

minimum aylıq əməkhaqqıAzərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.

Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Mənbə: report.az


 

Ödənişsiz vebinar: “Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması”

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi bəyannaməsiVebinarın adı: Vahid bəyannamənin hazırlanma qaydaları

07 Yanvar tarixində təşkil edilən vebinarı izləmək üçün keçid edin: https://youtu.be/qtJEtVlHEEM

Mövzular:

  • Vergi hesablanması bölməsinin doldurulması;
  • Ödəmə mənbəyindən tutulan verginin hesablanması bölməsinin doldurulması;
  • Əlavə 1-in doldurulması qaydası;
  • Əlavə 2-nin doldurulması qaydası;
  • Əlavə 3-ün doldurulması qaydası;
  • Ən çox qarşılaşılan kameral uyğunsuzluq məktublarının izahı.

Təlimçi barədə:

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-2023-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.


Əlaqə:


1 448 449 450 451 452 453 454 2. 400