Daha çox8
Daha çox8

İstehlakçı kassa çekini itirdikdə, ona dublikat verilməlidirmi?

posted in: Xəbər | 0

kassa çekinin dublikatıMağazadan mal alarkən verilən kassa çekini itirmişəm. Təkrar çek vermək mağazanın vergi öhdəliyinə aiddirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi ödəyicisi tərəfindən mal və ya xidmət təqdim edilərkən kassa çeki təqdim edilmişdirsə, təkrarən kassa çekinin təqdim edilməsi vergi ödəyicisinin vəzifələrində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

İkiqat vergitutmaya yol verməmək üçün nə tələb olunur?

posted in: Xəbər | 0

ikiqat vergitutmanın aradan qaldırılmasıİkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərə əsaslanan dövlətlərin rezidentlərinin Azərbaycan mənbəyindən verginin hansı formada tutulması ilə bağlı suala Bakı Karyera Mərkəzinin direktoru, vergi qanunvericiliyi eksperti Təhməz Qaçayev aydınlıq gətirib.

Tutaq ki, “Lawvenger” Böyük Britaniyada yerləşən beynəlxalq hüquq şirkətidir. Onun Azərbaycanda ofisi və müştəriləri vardır. Bu müştərilərdən biri də “AA” MMC-dir. MMC xarici tərəfdaşları ilə Britaniya hüququ ilə tənzimlənən müqavilə münasibətlərinə daxil olduğu üçün tez-tez şirkətin hüquqi xidmətlərindən istifadə edir. Bu şirkətlərə xidmət, əsasən, “Lawvenger”in Liverpul ofisində yerləşən hüquqşünasları tərəfindən Azərbaycana səfər etmədən göstərilir. Lakin bəzən şirkətin hüquqşünaslarının Azərbaycanda MMC-ləri təmsil etmək üçün danışıqlarda iştirak etmələri tələb olunur və onların buraya səfər etmələrinə zərurət yaranır. Ötən 2021-ci il ərzində şirkətin əməkdaşlarından ikisi yanvarın 1-dən fevralın 29-dək, mayın 1-dən mayın 31-dək və sentyabrın 1-dən sentyabrın 30-dək, biri isə oktyabrın 1-dən dekabrın 31-dək Azərbaycanda səfərdə olub.

Bu halda Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqaviləni əsas götürməklə “Lawvenger” şirkəti Azərbaycanda daimi nümayəndəlik yaradaraq Azərbaycan mənbəyindən gəlirlərini bəyan edib vergi ödəməlidirmi?

Böyük Britaniya və Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişə əsasən, daimi nümayəndəliyi rezidentlərdən fərqləndirmək vacibdir. Belə ki, daimi nümayəndəlik ayrı bir müəssisə və ya müstəqil rezident olmasa da, gəliri olduğu yerdə vergiyə cəlb edilir. “Daimi nümayəndəlik” termini müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi yeri bildirir.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, daimi nümayəndəlik, xüsusilə aşağıdakıları ehtiva edir:

  • idarəetmə yeri;
  • filial;
  • ofis;
  • fabrik;
  • emalatxana;
  • təbii sərvətlərin kəşfiyyatı üçün tələb olunan qurğu və ya tikili;
  • şaxta, neft və ya qaz quyusu, daş karxanası, habelə təbii sərvətlərin çıxarıldığı hər hansı yer;
  • 12 aydan artıq fəaliyyət göstərən inşaat meydançası və ya tikinti-quraşdırma və ya yığma obyekti.

Razılığa gələn dövlətdə rezidentlər tərəfindən rezidentin belə məqsəd üçün işə götürdüyü qulluqçular və ya digər heyət vasitəsilə xidmətlərin, o cümlədən məsləhət xidmətlərinin göstərilməsini daimi nümayəndəlik təşkil edir, lakin bu cür fəaliyyət növü ölkə daxilində 6 aydan çox (eyni və ya bununla bağlı layihə üçün) davam etməlidir.

Yuxarıda göstərilən hala uyğun olaraq beynəlxalq sazişə əsaslanmaqla “Lawvenger” şirkətinin əməkdaşları ölkə daxilində 6 aydan çox fəaliyyət göstərdikləri üçün şirkət daimi nümayəndəlik yaratmalı və Azərbaycan mənbəyindən əldə etdikləri gəlirdən Azərbaycanda vergi ödəməlidir.

Mənbə: vergiler.az


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası


Lizinq əməliyyatları üzrə borc ödənişləri hansı formada həyata keçirilir?

posted in: Xəbər | 0

Lizinq əməliyyatları üzrə borc ödənişləriDövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinə əsasən, lizinq əməliyyatları üzrə borcların ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Həmin Qanunun 3.2-ci maddəsində isə göstərilir ki, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda fərdi sahibkar tərəfindən lizinq əməliyyatları üzrə borc ödənişləri fərdi sahibkarın bank hesabından lizinq verən şirkətin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu.

Mənbə: vergiler.az


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası


Vebinar: “ƏDV bəyannaməsinin hazırlanması”

posted in: Xəbər | 0

Təlimin adı: “ƏDV bəyannaməsinin hazırlanması”

Təlimin keçirilmə tarixi: 30.11.2022

Məbləğ: Ödənişsiz

Təlimin növü: Onlayn

Ünvan: Caspian Plaza

Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle/

Təlimdə əhatə ediləcək mövzular:

  • ƏDV nədir?
  • ƏDV ödəyiciləri;
  • ƏDV qeydiyyatına dair ərizənin verilməsi (könüllü və məcburi qeydiyyat);
  • ƏDV vergitutma obyekti;
  • ƏDV bəyannaməsinin tərtib edilməsi;
  • ƏDV-yə cəlb edilən, 0 faiz dərəcə ilə cəb edilən və ƏDV-dən azad dövriyyənin müəyyənləşdirilməsi;
  • ƏDV-yə cəlb edilən dövriyyə məlumatlarının ƏDV bəyannaməsinin Əlavə 3, 4, 5 doldurulma qaydaları;
  • Qeyri-rezidentin vergiyə cəlb edilməsi;
  • Qeyri-rezidentin büdcəyə ödənilən vergisinin əvəzləşdirilməsi (Əlavə 7-nin tərtibi);
  • İdxal məlumatlarının (idxala görə ödənilən ƏDV) bəyannamədə əks etdirilməsi;
  • ƏDV əvəzləşdirilən e-qaimə məlumatlarının əks etdirilməsi;
  • Əvəzləşdirilməsinə yol verilməyən məlumatların bəyannamədə qeydiyyatı (Vergi Məcəlləsinin 175.2, 175.3, 175.4-cü maddələrinə əsasən);
  • Debitor borclar barədə məlumat;
  • ƏDV bəyannaməsi məlumatlarının hazırlanması üçün bəzi tövsiyələr.

Təlimçi barədə: Kəmalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.


Əlaqə:

1 450 451 452 453 454 455 456 2. 387
error: Content is protected !!