» » » Korrupsiyanın iqtisadiyyatı və iqtisadiyyatın korrupsiyası

Korrupsiyanın iqtisadiyyatı və iqtisadiyyatın korrupsiyası

posted in: Xəbər | 0
birbank biznes

iqtisadiyyatın korrupsiyasıKorrupsiyanın əsl mənası təhrif edilib, nəticədə araşdırmalar, siyasət və ictimaiyyət onun nəzarətsiz qalmasına imkan verib. Cefri M. Hodcson belə izah edir.

Bəzi müəlliflər, xüsusən iqtisadçılar, korrupsiyanın dar və qeyri-adekvat tərifini qəbul ediblər ki, bu da onun təsir göstəricilərinin təhrif olunmasına və qərəzli siyasi tövsiyələrə səbəb olub.  Nəticədə korrupsiyanın tərifləri bu fenomeni dövlət sektoru ilə məhdudlaşdırır.

Tanınmış beynəlxalq təşkilatlar korrupsiyanın həm dövlət, həm də özəl sektora aid olan hərtərəfli tərifini qəbul edirlər.

Transparency International, Dünya bankı və Birləşmiş Millətlər Təşkilatının narkotiklərə nəzarət üzrə və cinayətkarlıqla mübarizə İdarəsi özəl və dövlət sektorunda korrupsiya ilə mübarizə aparır.

İqtisadçılar isə əksinə, çox vaxt korrupsiyanı daha dar mənada, vəzifədən öz şəxsi mənfəətləri üçün sui-istifadə kimi müəyyən edirlər. Elektron axtarış nəticəsində məlum olur ki, “korporativ korrupsiya” termini aparıcı iqtisadiyyat jurnallarında “dövət korrupsiyası” kimi terminlərdən daha az yayılmışdır.

Özəl təşkilatlarda baş verən korrupsiya faktları həqiqətən belə başlıqlarla gündəmə gəlir: Enron, WorldCom və Beynəlxalq Olimpiya Komitəsi…  Amma son nəticədə dövlət və ya özəl idarə olmasından asılı olmayaraq, bizi korrupsiyanın reallığı maraqlandırmalıdır.

Korrupsiya yoluxucudur və sənaye sərhədlərini tanımır. Korrupsiya ikiüzlülüklə əlaqələndirilir, mənəviyyat və etibar səviyyəsini aşağı salır. Bu, digərlərini də bu işdə iştirak etməyə sövq edir və qaydalara riayət etmək stimullarını azaldır.

Əgər biz özəl sektorda korrupsiyanı nəzərə almayan bir tərifi qəbul etsək, o zaman dövlət sektorunun miqyasının azaldılması cazibədar vasitə kimi görünə bilər.

Həqiqətən, çikaqolu iqtisadçı və Nobel mükafatı laureatı Geri Bekker Business Week nəşrinə belə deyib: “Əgər biz dövləti ləğv etsək, korrupsiyanı da aradan qaldıracağıq”.

Bu qərəzlilik dövlət sektorunda korrupsiyaya qarşı mübarizəyə yönəlmiş özəlləşdirmə proqramlarını gücləndirir. Ancaq özəl təşkilatlarda qaydaların pozulması ilə mübarizə aparmaq üçün az əhəmiyyət kəsb edir.

Dövlətin rolunun azaldılması və mümkün olan ən yüksək özəlləşdirmə, korporativ korrupsiyanın yox olacağına heç bir zəmanət vermir.


Dünyanın ən nəhəng audit şirkətləri


Bəzi hallarda bu siyasi müdaxilələrin özləri də korrupsiyaya bulaşmış olur və xidməti vəzifədən sui-istifadə səviyyəsini daha da yüksəldir.

Korrupsiyanın geniş miqyas aldığı hallarda əxlaqlı davranmaq və korrupsiya sövdələşmələrindən yayınmaq üçün stimullar azalır.

İqtisadçılar çox vaxt korrupsiyanı, faydalılığı maksimum dərəcədə artırmaq istəyən bir agentin (menecerin), prinsipialın (tapşırıq verən şəxs, rəhbər) göstərişlərinə tabe olmadığı üçün rüşvət alması qismində bir problem olaraq görürlər.

Bu yanaşma davranış monitorinqi siyasətinə, rüşvətxorluğun cəzalandırılması və təlimatlara əməl etmək üçün stimul yaratmağa gətirib çıxardı. Amma korrupsiya prinsipial-agentin problemidirmi?

Ayrı-ayrı agentlər korrupsiyaya mənəviyyatsızlıq kimi baxa bilər və onu azaltmağa üstünlük verə bilər.akin, geniş yayılmış korrupsiya halları ilə əxlaqi davranmaq və korrupsiya sövdələşmələrindən yayınmaq üçün çox az stimul vardır.

Bütün sistem hansısa yolla, hansısa üsulla korrupsiyanın aşağı səviyyədə olduğu, mənəviyyat normalarının daha sabit olduğu, korrupsiyanın qarşısının alınması və pislənməsinin normal hal olduğu bir tarazlıq vəziyyətinə gətirilməlidir.

Bu, mövcud mənəviyyatdakı dəyişikliklərin vacibliyini vurğulayır. Utilitarist və həvəsləndirməyə əsaslanan yanaşmaların üstünlük təşkil etməsi, həm korrupsiyaya etik problem kimi yanaşmanı, həm də onunla mübarizə aparmaq üçün mənəvi qüvvələrin gücləndirilməsinin zəruriliyi barədə təsəvvürləri azaldır.

Korrupsiyaya qarşı mübarizədən ötrü siyasətimiz həm mənəvi dəyərlərə, həm də xərclərə və faydalara müraciət etməlidir.

Əsas iqtisadi nəzəriyyə etik mülahizələri fərdlər üçün faydalılığı maksimum dərəcədə artırır. Sosial qaydalara riayət etmək, səhiyyə işçilərinin etik standartlara uyğun işlədikləri kimi, insanlardan da eyni ilə mənəvi öhdəliklərə əməl etmələrini tələb edir.

Bu mənəvi öhdəliklər xərclərin, cəzaların, faydaların və mükafatların hesablanmasından kənara çıxır; insanlar hesablama maşınları deyillər.

Müəyyən dərəcədə, biz hamımız ləyaqətimiz, şəxsiyyətimiz və özümüzə hörmətimizlə maraqlanan mənəvi agentlərik. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün siyasətimiz həm mənəvi dəyərlərə, həm də xərclərə və faydalara müraciət etməlidir.

Təşkilati korrupsiyanın tərifinə görə, onun dövlət sektoru ilə məhdudlaşmasının heç bir ciddi səbəbi yoxdur. Korrupsiyaya qarşı mübarizə siyasəti etik məsələləri əhatə etməli və mənəvi motivasiya məsələlərini vurğulamalıdır.


Mühasibat uçotu və iqtisadiyyat arasında fərq nədir?