Əməkhaqqı təlimi
“Azərbaycan Mühasiblər Məktəbi” sizi “Əməkhaqqı təlimi”nə qoşulmağa dəvət edir.
Təlimin ümumi müddəti: 15 saat
Təlimdə əhatə ediləcək mövzular:
I dərs. Əməkhaqqı haqqında ümumi anlayışlar
- İstehsalat təqvimi;
- Adi və cəmlənmiş uçot, növbəli iş rejimləri, iş günləri və iş saatlarının uçotu;
- Dövlət və neft sektorunda əməkhaqqı hesablamaları;
- Qeyri-dövlət və qeyri-neft sektorunda əməkhaqqı hesablamaları;
- Əməkhaqqı fonduna daxil olmayan ödənişlər (ezamiyyə hesablama qaydaları);
- Orta əməkhaqqı saxlanılan hallar (təhsil məzuniyyəti, ezamiyyə və s.) və orta əməkhaqqı hesablanma qaydaları.
II dərs. Məzuniyyət hesablanması
- Məzuniyyət və onun növləri;
- Əmək, təhsil məzuniyyəti, kollektiv müqavilələrdə nəzərdə tutulan digər ödənişli məzuniyyətlər barədə məlumat;
- Məzuniyyətlərin hesablanması qaydaları;
- Məzuniyyətlər hesablanması zamanı nəzərə alınan gəlirlər;
- Məzuniyyətlər hesablanması zamanı nəzərə alınmayan gəlirlər;
- Məzuniyyətə görə kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamlar;
- Azərbaycan Respublikası nazirlər kabinetinin 137 nömrəli qərarı;
- Azərbaycan Respublikası nazirlər kabinetinin 126 nömrəli qərarı.
III dərs. Müavinətlərin hesablanması
- Müavinətlər və onların növləri;
- Hamiləliyə və doğuma görə müavinətin hesablanması;
- Qismən ödənişli məzuniyyətlər;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin hesablanması qaydaları;
- Müavinətlər hesablanan zaman nəzərə alınan gəlirlər;
- Müavinətlər hesablanan zaman əlavə iş yerindəki gəlirin nəzərə alınması qaydaları;
- Müavinətlər hesablanan zaman mükafatların nəzərə alınması qaydaları;
- Azərbaycan respublikası Nazirlər Kabinetinin 189 nömrəli qərarı;
- Xəstəlik vərəqələrinin doldurulmasi qaydaları (xəstəlik vərəqələri üzərində misallarla izahı);
- Digər birdəfəlik müavinətlərin hesablanması qaydaları.
IV dərs. Əməkhaqqıdan tutulmalar
- Gəlir vergisi;
- Gəlir vergisi üzrə azadolma və güzəştlər;
- MDSS üzrə tutulmalar və azadolmalar;
- İşsizlikdən sığorta haqqından tutulmalar və azadolmalar;
- İcbari tibbi sığorta haqqından tutulmalar və azadolmalar;
- Həyat yaşam sığortasına ayırmalar zamanı tutulmaların tənzimlənməsi.
V dərs. Əməkhaqqı hesablamaları üzrə müxabirləşmələr
- Əməkhaqqı hesablanma cədvəli üzrə müxabirləşmələrin verilməsi;
- Əməkhaqqından tutulmalar üzrə müxabirləşmələri verilməsi;
- Ezamiyyə xərcləri üzrə müxabirləşmələrin verilməsi;
- Əməkhaqqı ödənilməsi üzrə müxabirləşmələrin verilməsi.
Proqramı yükləyin: Əməkhaqqı təlimi
Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/
Əlaqə:
Ünvan: Caspian Plaza

Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci bəndinə əsasən, bütün növ məzuniyyətlər işçinin ərizəsinə əsasən işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Bəs işçinin məzuniyyət dövrü iş günü hesab olunmayan bayram gününə və ya Ümumxalq hüzn gününə təsadüf edərsə, o zaman işçinin məzuniyyətinin rəsmiləşdirilməsi necə tənzimlənməlidir? Suala “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev aydınlıq gətirib.
Auditor fəaliyyətinin başlıca məqsədi təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünü və normativ aktlara uyğunluğunu müəyyən etməkdir. Bəs audit hansı tarixlərdə keçirilməlidir? Mövzunu “A Audit and Consulting” MMC-nin direktoru, auditor Rüfət Əliyev şərh edir.
Mən ipoteka krediti ödənişlərimi tam qurtarmaq üzrəyəm. Ödəniş tam qurtarandan sonra ƏDV mənə qaytarılacaqmı?