Müəssisəyə məxsus əmlakın üçüncü şəxsə bağışlanması zamanı hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0

əmlakın bağışlanmasıHüquqi şəxsin adına daşınmaz əmlak var. Təsisçi bir nəfərdir, həmin əmlakı ailə üzvünə və ya digər şəxsə bağışlamaq istəyir. Bu, qanunla necə tənzimlənir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakın hər hansı fiziki və ya hüquqi şəxsə bağışlanılması ilə bağlı vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Bununla yanaşı, müəssisənin adından təsisçi tərəfindən bağışlama müqaviləsi əsasında müəssisəyə məxsus daşınmaz əmlakın üçüncü şəxsə bağışlanması aktivlərin əvəzsiz əsasla təqdim edilməsi hesab edilməklə mənfəət vergisinin və ƏDV-nin vergitutma obyektini yaradır.

Belə ki, aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Qeyd olunan əməliyyatın sənədləşdirilməsi haqda məlumatı aidiyyəti üzrə notariat ofislərinə müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 142-ci, 143-cü və 159-cu maddələri.

Mənbə: vergiler.az


Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?


Kapital Bank yenə də müştərilərin kreditini ödəyəcək

posted in: Xəbər | 0

kapital bank kredit borcuKapital Bank nağd pul krediti götürən müştərilər üçün yenidən “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 6 fevral – 29 mart 2023-cü il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

3 mart və 5 aprel tarixlərində keçirilən tirajlar zamanı hər ay üzrə 23 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 5 aprel 2023-cü il tarixində keçiriləcək ikinci tirajda isə həmçinin ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.

Qaliblər 3 mart və 5 aprel 2023-cü il tarixlərində, saat 11:00-da, Bankın “Birstudio” ofisində (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında), tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq. Bankın Facebook sosial şəbəkə səhifəsində canlı yayımlanacaq.

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün – https://kbl.az/kbgtkl.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

posted in: Xəbər | 0

vergidən azad gəlirAzərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

Mənbə: report.az


Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0

vergi öhdəliyiMən fiziki şəxs kimi xaricdən minik avtomobili gətirib Azərbaycanda satmaq istəyirəm. Bu zaman hansı vergi öhdəlikləri yaranır və vergi hecə hesablanır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vurğulanıb ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


Aksiz vergisindən azadolmalar


1 438 439 440 441 442 443 444 2. 400