Müəllif qonorarı ilə bağlı hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0

Müəllif qonorarıMüəssisə incəsənət əsərlərinin sərgisi ilə məşğuldur və əldə etdiyi gəlirlərdən müəlliflərə haqq ödəyir. Müəllifə ödənilən haqq royalti kimi ödəmə mənbəyindən vergiyə cəlb edilməlidirmi və ümumiyyətlə, müəssisənin və müəllifin hansı vergi öhdəlikləri yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır.

Müraciətdə göstərilən halda incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilən müəlliflik qonararlarından müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır.

Bununla yanaşı, incəsənət əsərlərinin istifadə hüququnun verilməsinə görə müəssisə tərəfindən incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə ödənilən haqdan ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

İncəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Mənbə: vergiler.az


İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?


 

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?

posted in: Xəbər | 0

tibbi xidmətlərin göstərilməsi,Suala “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Nahid İbrahim aydınlıq gətirir.

Vergi Məcəlləsinin 164.1.51 maddəsinə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV ödənişindən azaddır.

İTS-nin bütün ölkə üzrə tətbiqinə 1 yanvar 2020-ci ildən etibarən başlanılıb. İTS-nin tətbiqi çərçivəsində vacib məqamlardan biri də əhalinin yararlana biləcəyi xidmətlər toplusunun (xidmətlər zərfi) olmasıdır. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.

Sığortalı (işəgötürən və ya vergi ödəyicisi) tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan (işçi) tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal: Tutaq ki, qeyri-dövlət sektoruna aid şirkətdə çalışan işçinin 2022-ci ilin aprel ayında əməkhaqqı 1.500 manatdır. Bu zaman həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği:

1.500 x 2% = 30 manat (işçi) ;
1.500 x 2% = 30 manat (işəgötürən).

Beləliklə, həmin işçi dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində 60 manat məbləğində ödəniş edir və xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən həmin məbləğə ƏDV məbləği tətbiq edilmədən istifadə edir.

Mənbə: vergiler.az


Çernobıl qəzasından zərər çəkmiş şəxslərə hansı vergi güzəşti edilir?


 

 

Ödənişsiz vebinar: “Mənfəət bəyannaməsi və əlavələrinin hazırlanması”

posted in: Xəbər | 0

Təlimin adı: Mənfəət bəyannaməsi və əlavələrinin hazırlanması.

Başlama tarixi: 24.12.2022

Müddət: 2 saat

Təlimin növü: Onlayn

Qeydiyyat linki: https://forms.gle/

Təlimdə əhatə ediləcək mövzular:
  1. Mənfəət vergisi haqqında ilkin anlayışlar;
  2. Sahibkarlıq subyektinin meyarları (Nazirlər Kabinetinin Qərarı), meyarların təyin edilməsi üsulu;
  3. Gəlir və xərclərin uçotu metodunun müəyyən edilməsi;
  4. Mühasibat proqramı istifadə etmədən ilkin məlumatlar əsasında gəlir və xərclərin müəyyənləşdirilməsi;
  5. Müsbət və mənfi məzənnə fərqlərinin bəyannamədə əks etdirilməsi;
  6. Əməkhaqqı və sosial xərclərin müəyyənləşdirilməsi və vahid bəyannamə ilə uyğunlaşdırılması;
  7. Mallar və xammal, material xərclərinin müəyyənləşdirilməsi qaydaları;
  8. Ezamiyyə xərcləri və vergi uçotu baxımından gəlirdən çıxılan xərclərə salınması;
  9. İcarə və qeyri-rezidentlər üzrə nəqliyyat xərclərinin bəyannamədə əks etdirilməsi və ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə uyğunlaşdırılması;
  10. Amortizasiya xərclərinin vergi uçotu baxımından hesablanması və bəzi hallarda növbəti illərə keçirilməsi;
  11. Təmir xərclərinin vergi uçotu baxımından hesablanması və bəzi hallarda növbəti illərə keçirilməsi;
  12. Gəlirdən çıxılan vergilər, bəyannamədə əks etdirilməsi və müvafiq bəyannamələr ilə uyğunlaşdırılması;
  13. Ötən illərin zərərinin keçirilməsi;
  14. Gəlirdən çıxılmayan xərclərin müəyyənləşdirilməsi;
  15. Mühasibat proqramı istifadə etmədən ilkin məlumatlar (gələn, göndərilən e-qaimələr, kassa və bank məlumatları, əməkhaqqı məlumatları) əsasında mənfəət vergisi əlavəsinin (balansın) doldurulma qaydası.

Təlimçi barədə: Kəmalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.


 

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

posted in: Xəbər | 0

maliyyə nazirliyiMaliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.

Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliklə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq hesabat almayacaq.

Əvvəl isə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq hüququna malik idi.

Mənbə: report.az


 

1 439 440 441 442 443 444 445 2. 387