Kameral vergi yoxlaması aparılması üçün risk meyarlarından biri ləğv olunub

posted in: Xəbər | 0

Kameral vergi yoxlamasıİqtisadiyyat Nazirliyinin Kollegiyası ləğv edilmiş Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılması üçün müəyyən edilmiş meyarlardan biri – faizlər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərinin nəzərə alınmasının düzgünlüyünün araşdırılması meyarı ləğv edilib

Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Mənbə: report.az


 

Çernobıl qəzasından zərər çəkmiş şəxslərə hansı vergi güzəşti edilir?

posted in: Xəbər | 0

Çernobıl qəzası vergi güzəşti1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişəm. Hansı vergi güzəştindən faydalana bilərəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.8-ci maddəsinə əsasən Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.8-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Siz müvafiq təsdiqedici sənədi iş yerinə təqdim etməklə vergi güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının istehsalçısı vergi güzəştlərindən yararlanmaq üçün nə etməlidir?


Kapital Bank-ın “Karyera Marafonu” yekunlaşdı

posted in: Xəbər | 0

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank-ın 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərindən start verdiyi “Karyera Marafonu”nun son görüş yeri Bakı oldu. Tədbir 20 dekabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirildi. Mərasimdə bir çox özəl və dövlət qurumları, həmçinin universitetlərin məsul şəxsləri iştirak edib.

“Karyera Marafonu” Dövlət Məşğulluq Agentliyinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib, özəl və dövlət qurumlarla sıx əməkdaşlıq edilib. Tədbir zamanı karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif workshop-lar keçirilib.

“Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yaşayan gənc istedadların kəşf edilməsi və onların peşəkar kadr kimi yetişdirilməsinə dəstək verməkdir. Layihə boyunca 9 şəhərdən, 1713 iştirakçı marafona qoşulub. Onlardan 321 nəfər müsahibələrdə iştirak edib, 42 nəfər iştirakçı təcrübə proqramına qoşularaq və ya iş təklifi alaraq Kapital Bank ailəsinin bir üzvü olub”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Məlumat üçün bildirək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Kənd təsərrüfatı məhsullarının istehsalçısı vergi güzəştlərindən yararlanmaq üçün nə etməlidir?

posted in: Xəbər | 0

kənd təsərrüfatı məhsullarıMən öz istehsal etdiyim kənd təsərrüfatı məhsullarını (kartof, yerkökü, çuğundur, ağartı məhsulları, toyuq, ördək, yumurta və s.) sayt üzərindən satmaq istəyirəm. Kənd təsərrüfatı məhsullarının satışına tətbiq olunan vergi güzətlərindən yararlanmaq üçün nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməlidir.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi “Sadələşdirilmiş vergi bəyannaməsi”nin 811.1 kodlu “Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi” sətrinin B1 xanalarında qeyd olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.62-ci, 15.1.3-cü, 33-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1.1.1-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16 fevral 2022-ci il tarixli 2217040100098600 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları.

Mənbə: vergiler.az


Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır?


 

1 440 441 442 443 444 445 446 2. 387