Vəkillər Kollegiyası vəkillərin ödənişləri ilə bağlı elektron qaimə-faktura təqdim etməlidirmi?

posted in: Xəbər | 0

Mən vergi orqanında uçota alınmaqla fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul oluram və fəaliyyətimlə əlaqədar Vəkillər Kollegiyasına vaxtaşırı ödənişlər edirəm. Həmin ödənişlər müqabilində kollegiya tərəfindən mənə elektron qaimə-faktura təqdim edilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə elektron qaimə-faktura təqdim edilmir.

Bu baxımdan, tərəfinizdən Vəkillər Kollegiyasına edilən ödənişlərə görə elektron qaimə-fakturanın təqdim olunması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6.5-ci maddəsi

Mənbə: vergiler.az

Əmək müqaviləsinin müddəti necə müəyyən olunur?

Əmək müqaviləsinin müddəti necə müəyyən olunur?

posted in: Uncategorized | 0

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov müqavilələrin müddəti ilə bağlı suallara nümunələr əsasında aydınlıq gətirir.

Misal 1:

İntensiv bağçılığın salınması və inkişaf etdirilməsi üzrə tenderin qalibi olan şirkət tərəfindən işçilərlə müddətli əmək müqaviləsi bağlana bilər. Fərz edək ki, işin icrası və təhvil verilməsi 3 il müddətinə nəzərdə tutulub. Bu halda işçilərlə 3 il müddətinə müddətli əmək müqaviləsi bağlanıla bilər.

Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanan əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Misal 2:

İşçi ilə 15.01.2018-ci il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanıb və müqavilə hər il bir il müddətinə artırılıb. Əmək müqaviləsi 2023-cü ildən sonra müddətsiz müqavilə hesab edilməlidir və ona müqavilə müddətinin bitməsi ilə xitam vermək olmaz.

Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Məcəllənin 47-ci maddəsinə əsasən, əmək müqaviləsinin müddətli bağlanması yalnız aşağıdakı hallarda mümkündür:

a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti olduqda;

b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;

c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işləri aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

h) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Yuxarıda qeyd edilən bəndlərdən də göründüyü kimi, müddətli əmək müqaviləsinin bağlanması işin daimi xarakter daşımadığı hallarda tərəflərin qarşlıqlı razılığı əsasında mümkün ola bilər. Əgər işin daimi xarakter daşıdığı əvvəlcədən bəlli olarsa, müqavilə müddətsiz bağlanmalıdır. Təcrübədə bəzən müəssisələrin işçilərlə bir, üç ay müddətinə müqavilə bağlanılması hallarına rast gəlinir. Nəzərə almaq lazımdır ki, belə işçilərin yerinə yetirdikləri işlər əksər vaxt müddətli əmək müqaviləsinin bağlanmasına zəmin yaratmır. Müstəsna hallar xaricində işçi ilə bir aylıq və.s. bu şəkildə qısa müddətə müddətli əmək müqaviləsinin bağlanması işçinin bir çox hüquqlarının pozulmasıdır.

Bəzi hallarda müəssisənin kadr sənədlərinə nəzər saldıqda, demək olar ki, bütün işçilərlə müəssisədə uzun müddət çalışmaqlarına baxmayaraq işə qəbul edildiyi tarixdən bir aylıq olmaqla əmək müqavilələri bağlanıb. Səlahiyyətli şəxslərə bu məsələnin işçilərin əmək hüquqlarının pozulması olması bildirildikdə isə onlar Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini əsas gətirərək tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmaqla onların qarşılıqlı razılığı ilə bir aylıq müddətə əmək müqaviləsinin bağlandığını bildirirlər. Əlbəttə ki, heç bir işçi bir aylıq əmək müqaviləsi bağlanılmasına razı olmur. Çünki hər kəs karyera sabitliyi və maliyyə dayanıqlığı arzusundadır.

Görundüyü kimi, bir çox hallarda əksər işəgötürənlər işçilərlə əmək muqavilələrini müddətli bağlayarkən qanunvericiliyə istinad edirlər. Buna görə də sui-istifadə hallarının qarşısını almaqdan ötrü maddəyə yerinə yetirilən iş və ya xidmətin daimi xarakterə malik olmaması kimi xususi norma daxil edilməsi məqsədəuyğun olardı.

Mənbə: vergiler.az

NKA çeki təqdim edilmədikdə hansı maliyyə sanksiyaları nəzərdə tutulur?

Birbank-ın QR-kodla ödəniş üsulu 3%-dək keşbek qazandırır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə qazandırmaqda davam edir.  Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank  tətbiqinin  “QR” hissəsindən ödəniş edə, üstəlik 3%-dək keşbek qazana bilərlər.

Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.

Birbank keşbek kartı istifadə edən müştərilər Birbank mobil tətbiqində keşbek kateqoriyaları arasından “Birbank-la m10 QR-nı çək və ödə! 3%” kateqoriyasını seçməlidirlər. Kapital Bank-ın digər kart istifadəçiləri isə ödənişi Birbank mobil tətiqində QR-la edərək bütün ödənişlərdən 2% keşbek qazanırlar.

QR-kodla ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.

Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: https://bir.bank/bm10qosppr

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

ƏDV hansı halda ticarət əlavəsindən yox, ümumi dövriyyədən tutulur?

ƏDV hansı halda ticarət əlavəsindən yox, ümumi dövriyyədən tutulur?

posted in: Xəbər | 0

Mən yumurtanın topdansatışı üzrə fəaliyyət göstərirəm, ƏDV qeydiyyatına alınmışam. Bilmək istərdim ki, ƏDV yumurtanın satışından əldə edilən ümumi dövriyyədən, yoxsa ticarət əlavəsindən hesablanıb tutulacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin  1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Eyni zamanda, 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda, ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilmədikdə isə ƏDV ümumi dövriyyədən hesablanır.

Qeyd etmək lazımdır ki, ticarət əlavəsi dedikdə, malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.2.64-cü, 153.3-cü və 174.4-cü maddələri

Mənbə: vergiler.az

Sığorta ödənişləri gəlirdən çıxılan xərclərə aid edilirmi?

1 367 368 369 370 371 372 373 2. 400