» » » Bir işçinin zəruri əmək şəraitinin təmin edilməsi üçün işəgötürənin xərcləri hansılardır?

Bir işçinin zəruri əmək şəraitinin təmin edilməsi üçün işəgötürənin xərcləri hansılardır?

posted in: Xəbər | 0
birbank biznes

 işəgötürənin xərcləriMövcud qanunvericiliyin tələblərinə görə işəgötürən tərəfindən işçinin zəruri əmək şəraiti və müvafiq təminatlarla təmin edilməsi başlıca vəzifə olaraq müəyyən edilmişdir. Bəs bir işçinin zəruri əmək şəraitinin təmin edilməsi üçün işəgötürənin hansı xərcləri müəyyən edilmişdir?

Yazımızda həmin xərcləri qeyd edəcəyik. Hər bir işəgötürənin işçilərə münasibətdə aşağıdakıları təmin etməsi zəruridir:

  • minimum həddən az olmayaraq əməkhaqqı;
  • icbari tibbi sığorta haqqı;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta haqqı;
  • online və ya məsafədən işin təşkili halı istisna olmaqla, zəruri iş şəraiti və avadanlıqlar;
  • attestasiyadan keçmiş iş yeri;
  • işçinin əmək müqaviləsinin elektron uçotu sisteminin təşkili.

Mövzu çərçivəsində qeyd etmək mümkündür ki, sosial iş yeri statusu əldə etmiş işəgötürənlər icbari xərclərin 50%-ni 3 aydan az, 12 aydan çox olmayan müddətə Dövlət Məşğulluq Agentliyinin vəsaiti hesabına maliyyələşdirə bilər. Bununla yanaşı əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov