Nazirlər Kabineti qida və yem məhsulları ilə bağlı qərar verib

posted in: Xəbər | 0

qida və yem məhsullarıNazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nı, eləcə də “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nı təsdiq edib.

Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Bundan başqa, hökumətin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” 16 iyul 2018-ci il tarixli qərarı ləğv olunub.

Yeni qərara əsasən, qida və yem məhsulları ölkəyə avtomobil, dəniz və dəmir yolu ilə gətirildikdə nəqliyyat vasitəsinin Azərbaycanın gömrük ərazisinə çatmasından azı 24 saat əvvəl, hava yolu ilə gətirildikdə isə nəqliyyat vasitəsinin ixracatçı ölkənin hava limanından yola düşməsindən azı 12 saat əvvəl “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsi ilə bildiriş təqdim edilməlidir.

Bundan başqa, müsbət idxal əməliyyatı tarixçəsi formalaşdıqdan sonra məhsul növləri aşağıda nəzərdə tutulan dövriliklə eynilik və fiziki nəzarət tədbirlərinə cəlb edilir:

  • risk balı 1 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 12 %-i;
  • risk balı 2 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 17 %-i;
  • risk balı 3 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 34 %-i.

Tam mətnə nəzər yetirmək üçün keçidə daxil olun.

Mənbə: report.az

Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu?

Fərdi sahibkarların sığortalanmış əsas vəsaitləri barədə məlumatların vergi orqanına təqdim edilməsi

posted in: Xəbər | 0

Sığorta şirkəti hər rüb hüquqi şəxslərin sığortaladığı əsas vəsaitləri barədə məlumatları vergi orqanına təqdim edir. Bəs bu tələb fərdi sahibkarların sığortalanmış əsas vəsaitlərinə münasibətdə də mövcuddurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.6-cı maddəsində 1 yanvar 2023-cü ildən edilmiş dəyişikliyə əsasən, sığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəlikləri ilə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumat da rüb bitdikdən sonra növbəti ayın 20-dək müəyyən edilmiş müvafiq formada vergi orqanına təqdim olunur.

Qeyd olunanlara əsasən, 1 yanvar 2023-cü ildən etibarən əsas vəsaitləri sığortalanmış fərdi sahibkar olduğu halda, sığortaçı tərəfindən sığortalanmış həmin əsas vəsaitlər barədə məlumatlar rüb bitdikdən sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.6-cı maddəsi

Mənbə: vergiler.az

Müəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır?

Yeni ildə 7 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü,İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 Yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 Yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 Yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 Yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il Yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 Yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə Yanvarın 7-də olacaq.

Mənbə: report.az

“Mənfəət vergisi bəyannaməsinin hazırlanması” kursu

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”  mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 24 Noyabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi yeddinci ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Vergi üzrə ekspert Azər Qənbərovun təqdimatında, Qanunvericilikdə olan yeni dəyişiklikləri əhatə edəcək “Vergi uçotu üzrə nəzəri-praktiki kurs”a qoşula bilərsiniz. Detallı məlumat üçün keçidə daxil olun.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

Əlaqə:

1 369 370 371 372 373 374 375 2. 400