Daha çox8
Daha çox8

Müəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır?

posted in: Xəbər | 0

Fiziki şəxsə məxsus obyekti icarəyə götürən müəssisə tərəfindən həmin əsas vəsait balansa götürülməyib. İcarə müqaviləsinə əsasən, müəssisə tərəfindən icarə haqqı ilə əvəzləşdirilmədən obyektin bərpası üçün 400 manat təmir xərci çəkilib və icarə haqqı ödənişi zamanı nəzərə alınmayıb. Bu halda müəssisə tərəfindən faktiki çəkilmiş təmir xərcləri hansı formada gəlirdən çıxılır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən icarəyə götürülmüş daşınmaz əmlaka görə çəkilmiş və kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduğundan, gəlirdən faktiki çəkilmiş təmir xərci çıxılır.

Əsas: Vergi Məcəlləsinin 115.6-1-ci maddəsi

Mənbə: vergiler.az

Rüb üzrə gəlir olmadığı halda hesabat verilməlidirmi?

Rüb üzrə gəlir olmadığı halda hesabat verilməlidirmi?

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri

Mənbə: vergiler.az

Fiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması

Fiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması

posted in: Xəbər | 0

Fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə təsərrüfatda istifadə etmək üçün aldığı alətləri öz balansında necə göstərə bilər? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Yuxarıda göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitləri onun balansında uçota alınır və həmin əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən onun vergi orqanında uçotda olmadığı dövrdə aldığı malların balansda uçota alınması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu maddəsi

Mənbə: vergiler.az

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar xitam zamanı olunan ödənişlər

Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu?

posted in: Xəbər | 0

Şirkət fiziki şəxsdən müqavilə ilə nəqliyyat vasitəsi alıb. Nəqliyyat vasitəsinin dəyəri bağlanmış müqavilə əsasında notariusun depozit hesabı vasitəsilə fiziki şəxsə ödənilib. Nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi ilə balansa alınıb və ona amortizasiya hesablanıb, lakin alış aktı tərtib edilməyib. Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq olarmı, əgər balansa alınıbsa, ona hesablanmış amortizasiya xərci düzgündürmü? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan mallara dair Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları olmadıqda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Eyni zamanda, vergi ödəyicilərinin balansında olan əsas vəsaitlər üzrə amortizasiya ayırmalarının hesablanması və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər Vergi Məcəlləsinin 114-cü maddəsi ilə tənzimlənir.

Qeyd olunanlara əsasən, yuxarıda göstərilən halda, rəsmi dövlət reyestri aparılan nəqliyyat vasitəsinin mülkiyyət hüququ hüquqi şəxsin adına rəsmiləşdirilibsə, malların alış aktının tərtib edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilmir və həmin əsas vəsait üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada amortizasiya ayırmaları hesablanır.

Əlavə olaraq bildiririk ki, tərəfinizdən aparılan əməliyyatla bağlı nəqliyyat vasitəsinin növü, rəsmiləşdirmə dəyəri, mülkiyyətə keçib-keçməməsi və digər mahiyyəti üzrə məlumatlar sorğuda qeyd olunmadığından, işin faktiki halları barədə məlumatlar və təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 58-ci, və 114-cü maddələri

Mənbə: vergiler.az

Hərbi və ya alternativ xidmətə çağırılan işçiyə nə qədər müavinət ödənilir?

1 370 371 372 373 374 375 376 2. 400
error: Content is protected !!