» » » Müəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır?

Müəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır?

posted in: Xəbər | 0
1 günə girovsuz və zaminsiz sürətli kredit

Fiziki şəxsə məxsus obyekti icarəyə götürən müəssisə tərəfindən həmin əsas vəsait balansa götürülməyib. İcarə müqaviləsinə əsasən, müəssisə tərəfindən icarə haqqı ilə əvəzləşdirilmədən obyektin bərpası üçün 400 manat təmir xərci çəkilib və icarə haqqı ödənişi zamanı nəzərə alınmayıb. Bu halda müəssisə tərəfindən faktiki çəkilmiş təmir xərcləri hansı formada gəlirdən çıxılır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən icarəyə götürülmüş daşınmaz əmlaka görə çəkilmiş və kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduğundan, gəlirdən faktiki çəkilmiş təmir xərci çıxılır.

Əsas: Vergi Məcəlləsinin 115.6-1-ci maddəsi

Mənbə: vergiler.az

Rüb üzrə gəlir olmadığı halda hesabat verilməlidirmi?