Təhvil-təslim aktı itirildiyi halda alıcı həmin məbləğdən imtina edə bilərmi?

posted in: Xəbər | 0

Satıcı müvafiq müqavilə əsasında alıcıya mal göndərir. Təhvil-təslim aktından sonra mal qəbul edilir və bundan sonra satıcı tərəfindən alıcıya elektron qaimə göndərilir.  Alıcı təhvil-təslim aktının əsasında vurulmuş bu e-qaiməni ya təsdiq edə, ya da səbəb varsa ondan imtina edə bilər. Səbəb yoxdursa ya təsdiq edir, ya da 5 (beş) iş günü ərzində sistem tərəfindən təsdiq olunur. Təhvil-təslim aktı olmasa (yəni itərsə və s.), alıcı bu məbləği ödəməkdən imtina edə bilərmi? Əgər qanunla imtina edə bilməzsə, alıcı hansı hüquqi müstəvidə bu vəsaiti geri ala bilər? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim olunması barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda həmin mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Hər hansı mal, iş və ya xidmət olmadan tərtib edilmiş elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətdə qeyd olunan halda, alıcı məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri

Mənbə: vergiler.az

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

posted in: Xəbər | 0

Mövzu ilə bağlı sualına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir.

2023-cü ilin sonuna qədər qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən, yükdaşıma və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyədən vergi ödəmirdilər. Onlar “Fərqlənmə nişanı” almaqla il ərzində fəaliyyətlərini davam etdirirdilər və bunun üçün ödəniş edirdilər.

Lakin 2024-cü ildən Vergi Məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrində edilmiş dəyişikliklərə əsasən, artıq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki kimi “Fərqlənmə nişanı”na görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Yəni dövriyyəsi 200.000 manata qədər təşkil edən və vergi ödəyicisi olmayan şəxslərə (vətəndaşlara) xidmət göstərənlər sadələşdirilmiş vergi kimi 2 faiz dərəcə ilə vergi ödəyəcəklər. Vergi ödəyicilərinə xidmət göstərən və dövriyyəsi 200.000 manata qədər olan, həmçinin 75% güzəşt hüququndan istifadə edə bilən şəxslər gəlir (mənfəət) vergisini hesablayıb dövlət büdcəsinə ödəməli olacaqlar. Əvvəlki 12 aylıq dövriyyəsi 200.000 manatdan artıq olan vergi ödəyiciləri isə ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınmalı, ƏDV və mənfət vergisi ödəməli olacaqlar.

Misal 1

Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs 2024-cü ilin 1-ci rübü ərzində vətəndaşlara yüklərin daşınması ilə əlaqədar 15.000 manat gəlir əldə edib. Bu zaman həmin şəxs 2024-cü ilin 1-ci rübü üçün 300 manat vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir:

15.000 x 2% = 300 manat.

Misal 2

Yükdaşıma fəaliyyəti ilə məşğul olan və orta aylıq 3 işçisi olan şəxs 2024-cü il ərzində vergi ödəyicilərinə yükdaşıma xidməti göstərib və illik gəliri 90.000 manat, gəlirdən çıxılan xərcləri isə 15.000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, mikro sahibkarlıq subyekti kimi gəlir (mənfəət) vergisi üzrə 75% güzəşt hüququndan istifadə edə bilər. Belə olan halda, onun büdcəyə ödəməli olduğu illik vergi məbləği 3.750 manat olacaq:

90.000 – 15.000 = 75.000 manat;

75.000 x 75% = 56.250 manat;

75.000 – 56.250 = 18.750 manat;

18.750 x 20% = 3.750 manat.

Mənbə: vergiler.az

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunur

Gəlirlərinizi Kapital Bank-ın yüksək faizli depozitləri ilə artırın

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyası elan edib. Müştərilərin yüksək tələbi səbəbi ilə kampaniyanın müddəti iyun ayının sonunadək uzadılıb. Belə ki, iyun ayının 30-dək 6 aylıqda Kapital depoziti yerləşdirən hər kəs illik 10% gəlir əldə edəcək.

Nağd pulunu etibarlı, güvənilir sərmayəyə çevirmək istəyənlər kampaniyadan yararlanmaq üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa və ya Rəqəmsal depozitlə bu prosesi vaxt itirmədən daha da asanlaşdıra bilərlər. Bunun üçün Birbank mobil tətbiqindən Rəqəmsal depozitə keçid edərək əmanət yerləşdirmək mümkündür.

Ətraflı məlumat üçün: https://kbl.az/rdprj

Xatırladaq ki, filiala müraciət edilərək yerləşdirilən depozit üçün 500 AZN, Rəqəmsal depozitdə isə 1 AZN minimum məbləğ həddi müəyyən edilib. Əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Kapital depozitində faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.

Ətraflı məlumat üçün: https://kbl.az/kdprj

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunur

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunur

posted in: Xəbər | 0

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunur.

Bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

“Gömrük tarifi haqqında” qanuna dəyişikliklə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın və xammalın idxalı gömrük rüsumundan azad olunacaq.

Bundan başqa, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Mənbə: report.az

Təhsil müəssisələrinin mənfəət vergisindən azadolma halları hansılardır?

1 299 300 301 302 303 304 305 2. 387