Daha çox8
Daha çox8

Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

posted in: Xəbər | 0

“X lizinq” ASC tərəfindən “Hyundai” markalı avtomobil 2023-cü ildə fərdi sahibkara 5 illik lizinqə verilib. Cəmiyyət tərəfindən aparılan lizinq əməliyyatı ƏDV-dən azad olunan əməliyyat kimi hesabatlarda əks etdirilib. Lakin fərdi sahibkar tərəfindən müqavilə şərtləri yerinə yetirilmədiyindən 2024-cü ilin aprel ayında lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilib və avtomobil geri alınıb. Bu halda vergitutma məsələləri necə tənzimlənəcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əməliyyat bu Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi təqdirdə, əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman Məcəllənin 72.4-1-ci maddəsinə uyğun olaraq, vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Buna əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi və əməliyyat Vergi Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün aparılan əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman ƏDV-dən azadolma tətbiq edilmiş əməliyyatlar üzrə vergilər qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövrü (2024-cü ilin aprel ayı) üzrə təqdim edilmiş bəyannamədə dəqiqləşdirilməklə dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 140.7-ci maddəsi

Mənbə: vergiler.az

Vergi orqanı ölkədən kənarda əldə olunan gəlirləri müəyyən edə bilərmi?

Kapital Bank-ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

posted in: Xəbər | 0

11 iyun 2024-cü il tarixində Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dolları həcmində olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

24 iyun 2024-cü il tarixində isə sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 investor iştirak edib.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydası

Vergi orqanı ölkədən kənarda əldə olunan gəlirləri müəyyən edə bilərmi?

posted in: Xəbər | 0

Vergi orqanı rezident şəxslərin Azərbaycan Respublikasından kənarda əldə etdiyi gəlirlər haqda məlumatı əldə edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki,Azərbaycan Respublikası vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub. Həmin sazişlər çərçivəsində vergi orqanları 100-dən artıq ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsi həyata keçirməkdədir.

Vergi ödəyicisi xarici ölkədəki gəlirləri haqda vergi orqanına məlumat təqdim etmədikdə, vergi orqanı beynəlxalq məlumat mübadiləsi vasitəsilə müvafiq məlumatları əldə edir. Bu zaman yayındırılmış vergi məbləği və əlavə faizlər hesablana, o cümlədən yayındırılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq oluna bilər.

Mənbə: vergiler.az

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri

Vergitutma bazasının aşınmasının qarşısının alınması ilə bağlı Çoxtərəfli Konvensiya təsdiqlənib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Sənədə əsasən, 2016-cı il noyabrın 24-də Paris şəhərində imzalanmış “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bildirişləri ilə təsdiq edilsin.

Mənbə: vergiler.az

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması

1 302 303 304 305 306 307 308 2. 397
error: Content is protected !!