Dövlət Vergi Xidmətində yeni təyinat olub

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti təyinatEmil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Azərbaycan Prezidenti iyunun 14-də Sərəncam imzalayıb.

E. Qarayev baş vergi xidməti müşaviridir. Beləliklə, Dövlət Vergi Xidmətinin rəisinin 3 müavini oldu.

O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini və baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

2020-2021-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi, 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində çalışıb.

Mənbə: report.az

İş vaxtından artıq işləməyə yol verilən hallar hansılardır?

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması

posted in: Xəbər | 0

Son zamanlar rezidentlər tərəfindən xarici ticarət əməliyyatları həyata keçirilən zaman dolayı ödəmələrə rast gəlinir. Bu zaman vergilərin ödənilməsi ilə bağlı suallar ortaya çıxır. Sərbəst auditor Altay Cəfərov həmin suallara aydınlıq gətirir:

Tutaq ki, rezidentlər tərəfindən malların idxalı ilə bağlı güzəştli vergi tutulan ölkədə olmayan şəxslə (sadə formada desək, ofşor zonada olmayan) müqavilələr bağlanılır, lakin malları göndərən birinci şəxsin tapşırığı ilə Honq Konqda olan bir şəxsdir (ofşor zonada olan). Başqa bir halda isə vergi güzəşti tutulan ölkələrdə qeydiyyatda olmayan şəxsdən mallar idxal olunur, amma ödəniş həmin şəxsin Honq Konqda olan bankına ödənilir. Bəs bu zaman ödəmə mənbəyində vergi tutulmalıdırmı?

Məsələyə tam aydınlıq gətirmək üçün misalları nəzərdən keçirək. Oxuculara tam aydın olması üçün güzəştli vergi tutulan ölkədə olan şəxsləri “ofşorda olan şəxslər” kimi, güzəştli vergi tutulan ölkədə olmayan şəxsləri isə “ofşorda olmayan şəxslər” kimi qeyd edəcəyik.

Misal 1

“AA” MMC Türkiyə Respublikasının hüquqi şəxsi olan “SS LTD” ilə avadanlıqların idxalı ilə bağlı müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə 50.000 ABŞ dolları dəyərində avadanlıq idxal olunacaq və rezident tərəfindən ödəniləcəkdir. Mallar idxal edilən zaman yük gömrük bəyannamələrinə nəzər yetirdikdə bəyannamənin malları göndərən (ixracatçı) hissəsində “SS LTD-nin tapşırıqı ilə MM engineering solutions, Honq Konq” yazısının olduğu görünür. Eyni zamanda, “AA” MMC 50.000 dolları Türkiyənin hüquqi şəxsi olan “SS LTD”-nin Türkiyədə olan bank hesabına ödəyib.

Misal 2

“AA” MMC-nin Türkiyə Respublikasının hüquqi şəxsi olan “SS LTD” ilə avadanlıqların idxalı üzrə müqaviləsi var. Müqavilənin şərtlərinə görə, 50.000 ABŞ dolları dəyərində avadanlıq idxal olunacaq və rezident tərəfindən ödəniləcəkdir. Malları “SS LTD” birbaşa özü Azərbaycana ixrac edib. Amma ödəniş “SS LTD”-nin Honq Konqda olan bank hesabına ödənilib.

Misal 3

“AA” MMC Honq Konqda qeydiyyatda olan “MM engineering solutions” ilə 20.000 dollarlıq malların idxalı müqaviləsi bağlayıb. Malların idxalı zamanı aydın olur ki, gömrük bəyannaməsində göndərən şəxs hissəsinə “MM engineering solutions” tapşırığı ilə “VV LTD İtaliya” yazılıb. Həmçinin, 20.000 ABŞ dolları Honq Konqdakı bank hesabına yox, “VV LTD”-nin İtaliyada olan bank hesabına ödənilib.

Misallarımızda olan hallara aydınlıq gətirmək üçün Vergi Məcəlləsinə müraciət etməliyik. Məcəllənin 13.2.16.14-1-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən ödənişlər hesab olunur.

Deməli, ofşor zonaya ödəniş edəndə ödəmə mənbəyində 10% vergi tutulması öhdəliyinin yaranması üçün aşağıdakı şərtlərin olması vacibdir:

  • Şəxs ofşor zonada qeydiyyatdan keçməlidir, yaxud təsis edilməlidir.
  • Ofşor zonada təsis edilmiş şəxlərə edilən ödənişlər onların ofşor zonada olmayan nümayəndəlik və ya filiallarına həyata keçiriləndə də ödəmə mənbəyində vergi tətbiq edilir.
  • İstənilən bir şəxsin ofşor zonada olan bank hesablarına ödənişlər edildikdə də ÖMV-də 10% vergi tutulması tətbiq edilir.
  • Ödənişlər birbaşa və ya dolayısı ilə ödənilə bilər. Yəni, dolayısı dedikdə, ofşor zonada olan şəxsə birbaşa yox, aralıq şəxslər və ya aralıq banklar vasitəsilə ödənişlər nəzərdə tutulur.

Birinci misalımızda “AA” MMC tərəfindən ödənilən 50.000 ABŞ dolları məbləğindən ödəmə mənbəyində vergi (10%) tutulmayacaq. Belə ki, avadanlığı satan hüquqi şəxs ofşor zonada qeydiyyatda deyil. Avadanlıq Honq Konqdan, ofşor zonada olan ölkədən gəlməsinə baxmayaraq, faktiki təchizatçı digər ölkədə, yəni ofşor zonada olmayan rezident olduğuna görə vergiyə cəlb edilmir. Bundan əlavə, 50.000 ABŞ dolları da Honq Konqa yox, Türkiyə Respublikasında olan banka ödənilib.

İkinci misalımızda isə artıq ödəmə mənbəyində 10% vergi tutulacaq. Baxmayaq ki, ixracatçı Türkiyədə qeydiyyatdadır, ancaq bank ofşor zonada olduğundan 10% vergi tutulacaq.

Üçüncü misalımızda da ödəmə mənbəyində vergi tutulacaq. Mallar faktiki olaraq İtaliyadan gəlib və İtaliya güzəştli vergi tutulan ölkə deyil, həmçinin vəsait də İtaliyaya ödənilib. Amma faktiki olaraq ixracatçı ofşor zonada qeydiyyatda olduğundan, bu əməliyyat dolayısı ilə aparılmış ödəniş kimi qiymətləndirilir. Vəsait İtaliyaya ödənilib, mallar da İtaliyadan gəlib. Lakin ixracatçı ofşor zonada olan şəxs olduğuna görə, əməliyyat dolayısı ilə ödəniş edilmiş əməliyyat kimi qiymətləndirilir və ödəmə mənbəyində 10% vergi tutulacaq.

Mövsümi turizm fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri

Video: “Exceldə Pivot cədvəllər vasitəsi ilə e-qaimələrin analizi”

posted in: Uncategorized | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Exceldə Pivot cədvəllər vasitəsi ilə e-qaimələrin analizi” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Elçin Xəlilov Türkiyədə “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. BDO International, Nikoil Bank, Synergy Group, Ada Universitetində çalışmışdır. Son 7 ilin 5 ili ərzində Azərbaycandakı beynəlxalq şirkətlərdən olan “Danone”da Maliyyə meneceri vəzifəsində çalışmışdır. Son 2 il ərzində isə Qazaxıstanın Almatı şəhərinə bağlı olaraq, bütün Orta Asiya və Qafqaz ölkələri üzrə (ümumilikdə 9 ölkə) Maliyyə Planlaması və Büdcə Nəzarəti Departamentinin Rəhbəri vəzifəsində çalışmışdır. 5 ACCA imtahanında iştirak etmiş və hər birini uğurla tamamlamışdır.

Excel ilə bağlı 10 ildən çox təlimçilik təcrübəsinə malikdir. Power Query, Power BI və DAX dili ilə bağlı bir çox yazıların müəllifidir.

Hal-hazırda marketinq xidmətləri sahəsində fəaliyyət göstərən EFA Group Azerbaijan şirkətində Təsisçi və İcraçı-Direktordur.

Həmçinin Azəralüminium MMC – İnvestisiyalar və biznesin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 3000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

Əlaqə:

ƏMAS-da işçinin əmək şəraitinin hansı halları qeyd edilməlidir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Bəs bu məqam yeni yaradılmış Əmək və Məşğulluq Altsistemində (ƏMAS) necə əks olunur?

Mövzu ilə bağlı sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Əmək qanunvericiliyində işçinin əmək şərati ilə bağlı müəyyən tələblər əksini tapıb. Misal üçün, Əmək Məcəlləsinin 92-ci maddəsində qeyd edilir ki, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insan sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

Başqa bir misal. Əmək Məcəlləsinin 100-cü maddəsinin 2-ci hissəsində bildirilir ki, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

ƏMAS alstistemində işçinin əmək şəraiti üzrə 5 seçim imkanı verilir: zərərli, ağır zərərli, normal, ağır və digər.

Yalnız “Normal” seçdikdə “İş yerinin əmək şəraiti” bölməsi deaktiv olur. Əmək şəraiti normal olmayan iş şəraiti ilə bağlı işəgötürənlər aşağıdakı əsas normativ hüquqi sənədlərin tələblərini gözləməlidirlər:

  • “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarı;
  • “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli qərarı;
  • “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 175 nömrəli Qərarı;
  • “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən digər amillər olan ǝmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli Qərarı;
  • “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan ǝmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 58 nömrəli Qərarı;
  • “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli 1 nömrəli Qərarı.

Həm ƏMAS altsistemində, həm də əmək qanunvericiliyində əmək şəraitinin ağır, zərərli, xüsusilə ağır və xüsusilə zərərli işlər üzrə bölgüsü aparılır. Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarına əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilib:

Əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində – 1,04;

orta səviyyəsində – 1,08;

yuxarı səviyyəsində – 1,12.

Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində – 1,16;

orta səviyyəsində – 1,20;

yuxarı səviyyəsində – 1,24.

Misal 1

Əmək şəraiti xüsusilə ağır işdə çalışan işçinin əmək şəraitinin ağır və zərərliliyi yuxarı səviyyədə qiymətləndirilib. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, tarif (vəzifə) maaşı 500 manat olan işçiyə hesablanan əmsal 1.24 müəyyən edildiyi üçün bu məbləğ 120 manat olacaq.

Digər məsələ isə iqlim şəraiti ilə bağlı əlavələrin müəyyən edilməsidir. Qərara əsasən, Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilib. Həmçinin, Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edlib:

sahillə quru yol əlaqəsi olduqda – 1,4;

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:

0,5 km-ə qədər – 1,5;

0,5 km-dən 70 km-ə qədər – 1,65;

70 km-dən artıq – 1,75.

Misal 2

Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarı ilə Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı müəyyən edilib. Misal üçün, qərara əsasən, Xəzər dənizində yerləşən obyektin sahillə quru yol əlaqəsi olduqda 1,4 əmsal tətbiq edilir. Yəni, işçinin vəzifə (tarif) maaşı 500 manatdırsa, o zaman tətbiq edilən əmsal nəticəsində məbləğ 700 manat olacaq:

500 manat x 1,4 ǝmsal = 700 manat.

Sonda bir məsələni də qeyd edək ki, ƏMAS altsistemindən öncəki e-gov.az portalındakı elektron informasiya sistemində “Əmək şəraiti” bölməsi aktiv edilməmişdi. Yeni proqram təminatında bütün işçilər üçün ilk düzəliş həyata keçirildikdə, əmək şəraitinin qeyd edilməsi məcburi tələb kimi qoyulub. Həmçinin, normal əmək şəraiti olmayan hallar üzrə əmsalların seçilməsi sonradan ƏMAS-da avtomatik müəyyən edildi.

Mənbə: vergiler.az

Səhiyyə müəssisəsinə ianə edilən vəsaitlərə vergi güzəşti

1 304 305 306 307 308 309 310 2. 397