Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri

posted in: Xəbər | 0

Məlum olduğu kimi, Vergi Məcəlləsində kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti üzrə mənfəət, habelə bu fəaliyyət üzrə satışdankənar gəlirlər və dividend gəlirləri 2024-cü il yanvarın 1-dək mənfəət vergisindən azad edilib. Bilmək istəyirəm ki, bu güzəştlər 2024-cü ildən sonra da davam edirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilib.

Vergi Məcəlləsində 2024-cü il yanvarın 1-dən edilmiş dəyişikliklərə əsasən, müvafiq azadolmaların, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar və kənd təsərrüfatı məhsullarının istehsalçısı olan rezident hüquqi şəxslərin iştirakçılarının bu sahə üzrə dividend gəlirlərinin mənfəət (gəlir) vergisindən azadolması 2024-cü ilin yanvar ayının 1-dən daha 3 il müddətinə artırılıb.

Əsas: Vergi Məcəlləsinin 102.1.11-ci, 102.1.11-1-ci, 106.1.14- cü, 106.1.14-1-ci, 164.1.18-ci, 199.9-cu və 218-1.1.1-ci maddələri.

Mənbə: vergiler.az

Regionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi

Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına mikro sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün güzəştli kredit fürsəti təqdim edilir. Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • VÖEN
  • Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd

Prioritet istiqamətlər:

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;
  • Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;
  • Kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;
  • Logistik xidmət layihələrinin dəstəklənməsi;
  • Anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
  • Turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);
  • Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönümlü layihələrin dəstəklənməsi;
  • Yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
  • Kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • Təhsil sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);
  • Tibb sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

Bu unikal kredit imkanından yararlanmaqla mikro sahibkarlar öz bizneslərini inkişaf etdirə və ölkə iqtisadiyyatının müxtəlif sahələrində irəlləyişə nail ola bilərlər.

Əlavə məlumat üçün link: https://bir.bank/sifd  

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydası

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli qərarı ilə vergi ödəyicisi tərəfindən bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydaları müəyyən edilib. “Business Service Center” MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli həmin qaydaları şərh edib.

Nazirlər Kabinetinin 365 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, həmin vəsait həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə olunan çek və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır. Vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Misal 1

Vergi ödəyicisi 25 may 2024-cü il tarixində bank hesabından çıxardığı 19.000 manatı 25 may 2024-cü il tarixində kassaya mədaxi edib. Vəsaitin həmin gün yox, növbəti gün kassaya mədaxil olunması uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən, vergi orqanının maliyyə sanksiyası tətbiq etmək hüququ vardır. Bu hal təqvim ili ərzində ilk dəfə olarsa həmin vəsaitin 1.000 manatdan çox olan hissəsinə 10 faiz, il ərzində belə hala təkrar yol verildikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

19.000 – 1.000 = 18.000 manat;

18.000 x 10% = 1.800 manat;

18.000 x 20% = 3.600 manat.

Bank hesabından çıxarılan vəsait kassa mədaxil orderində qeyd olunmaqla kassaya mədaxil edilməlidir. Yəni vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla xərclənməsinə qərar verə bilməz. Fərdi sahibkar bank və digər ödəniş hesabından nağd qaydada çıxarılan pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, əvvəlcə həmin pul vəsaiti sahibkarın kassasına mədaxil edilir və pul vəsaitlərinin təsərrüfat əməliyyatlarından kənar fəaliyyəti üçün götürülməsi ilə bağlı kassa məxaric orderi tərtib olunur.

Misal 2

Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 5.000 manat çıxartmağa qərar verir. Bu halda həmin vəsait mütləq kassaya mədaxil olunmalı, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş edilməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd olunan qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.

Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında (3 nömrəli Əlavə) qeydə alınır.

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması

Regionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi

posted in: Xəbər | 0

“XX” MMC-yə məxsus istirahət mərkəzinə üçmərtəbəli hotel binası və 15 kotec aiddir. 2024-cü ildən turizm sektoru üçün əmlak vergisi üzrə vergi güzəşti tətbiq edilib. Bilmək istərdik ki, MMC-yə məxsus bu binalara görə əmlak vergisi öhdəliyi necə hesablanacaq?

Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna edilməklə) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Qeyd olunanlara əsasən, 2024-ci il yanvarın 1-dən 3 il müddətinə hüquqi şəxs tərəfindən balansında olan mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlakların sahələrinə görə Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış əmlak vergisinin 75 faizi azaddır.

Əsas: Vergi Məcəlləsinin 198.2-ci və 199.21-ci maddələri

Mənbə: vergiler.az

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması

1 303 304 305 306 307 308 309 2. 397