Aqrar Sığorta Fondu auditor seçib
Aqrar Sığorta Fondu auditor xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi “Abacus Audit And Consulting” MMC-dir.
Qalib şirkətə 11,8 min manat ödəniləcək.
Mənbə: report.az
You can display the Full post on your Blog Page
Aqrar Sığorta Fondu auditor xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi “Abacus Audit And Consulting” MMC-dir.
Qalib şirkətə 11,8 min manat ödəniləcək.
Mənbə: report.az
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mərkəzi Nəbatət Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak haqqı 24 manatdır.
İddiaçılar təkliflərini iyulun 17-nə qədər Mərkəzi Nəbatət Bağının yerləşdiyi Bakı şəhəri, Badamdar şossesi, 40 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Mənbə: report.az
Maraqlı məqamlardan biri də işçiyə məzuniyyət hüququ verən əmək stajının hesablanması zamanı nəzərə alınan və alınmayan dövlərlə bağlıdır. Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.
Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:
a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
c) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.
Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Sosial sığorta stajı və əmək stajı anlayışlarına aydınlıq gətirək. Bəzi məqamlarda sosial sığorta stajı, bəzi məqamlarda isə əmək stajı ifadəsi istifadə olunduğundan bu ifadələri qarışdırmamaq lazımdır.
Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək stajı isə işçinin faktiki işlədiyi, yəni faktiki olaraq əmək sərf elədiyi vaxt və Əmək Məcəlləsində göstərilmiş digər dövrlərin məcmusudur. Sosial sığorta stajı əsasən işçinin pensiya təminatı üçün istifadə edilir. Əmək məzuniyyətinin verilməsi üçün isə əmək stajı tələb olunur.
Misal 1
İşçi məhkəminin qərarı ilə həbs edilmiş, bu səbəbdən də işəgötürən bunu əsas götürərək işçini işdən azad edib. 4 aydan sonra işçinin təqsirsizliyi sübuta yetirilib və həbsdən azad edilib. Məhkəmə işçinin işə bərpa olunması ilə bağlı qərar qəbul edib. İşçinin işdən azad olunduğu bu müddət əmək stajına daxil edilməlidirmi?
Məcəllənin 132-ci maddəsinin “ç” bəndinə əsasən, həmin məcburi işburaxma dövrü işçinin əmək stajında nəzərə alınmalıdır.
Misal 2
İşçi 07.06.2020-ci tarixdə işə qəbul olunub vǝ 07.10.2020-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirib. 07.11.2020-ci il tarixdə xəstəlik vərəqəsi təqdim edib və işə çıxıb. İşçinin ilk iş ili olduğunu fərz etsək, məzuniyyət hüququ nə vaxt yaranacaq?
Qeyd etmişdik ki, ilk iş ili üçün məzuniyyətdən istifadə hüququ altı aydan sonra meydana gəlir. Eyni zamanda bildirmişdik ki, işçinin əmək stajına işçinin faktiki işlədiyi dövr və 132-ci maddədə göstərilən dövrlər daxildir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi də həmin dövrlərdən biridir. Deməli, 07.10.2020-07.11.2020 tarixləri arasındakı dövr işçinin əmək stajına daxil ediləcək və işçi məzuniyyətə 07.12.2020-ci il tarixindən sonra işəgötürənlə razılaşdırılmış vaxta gedə bilər.
Misal 3
Fərz edək ki, işçinin işlədiyi dövrdə aşağıdakı əməliyyatlar baş verib:
İşçi 1 ay müddətinə hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara cəlb edilib. 2 ay ödənişsiz məzuniyyət hüququndan istifadə edib. 15 gün yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə ezamiyyətə göndərilib. 15 gün əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmayıb.
Yuxarıda qeyd olunmuş vəziyyətə uyğun olaraq, ödənişsiz məzuniyyətdən başqa, qalan dövrlər əmək stajına daxil ediləcək. Çünki qeyd edilənlər Məcəllənin 132 və 179-cu maddələrinə görə məzuniyyət hüququ verən əmək stajına daxil edilir.
Mənbə: vergiler.az
“Azərbaycan Mühasiblər Məktəbi”nin “Ödəmə mənbəyində vergi (ÖMV) bəyannaməsinin hazırlanması – yeni portalda” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.
Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2019-2023-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.
Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 3000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.
Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi
Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/
Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/
Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/\