Dendrologiya Bağı auditor seçir

posted in: Xəbər | 0

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Dendrologiya Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 11 manatdır.

İddiaçılar təkliflərini iyulun 26-na qədər Dendrologiya Bağının yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 89 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 26-sı, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Təsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası

Qismən ödənişli sosial məzuniyyətin verilməsi qaydası

posted in: Xəbər | 0

Qismən ödənişli məzuniyyət hüququ Əmək Məcəlləsinin 127-ci maddəsində göstərilib. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Hamiləlik və doğuşa görə məzuniyyət dövrü bitdikdən sonra işçi işə çıxmayaraq uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququndan yaralana bilər. Bu məzuniyyət sosial məzuniyyətin bir növüdür və məzuniyyət müddətində qismən ödəniş edilir. Müddəti uşağın üç yaşı tamam olanadək davam edə bilər, tam və ya hissə-hissə istifadə oluna bilər.

Uşağa qulluğa görə sosial məzuniyyətdən təcrübədə daha çox işləyən analar istifadə edir. Lakin maddədə həmin sosial məzuniyyət növündən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvünün də istifadə edə biləcəyi vurğulanıb. Bu o deməkdir ki, ana ilə yanaşı ata, nənə, baba, bibi, xala, dayı, əmi və sair uşağa qulluq edən digər ailə üzvü müvafiq sənəd əsasında bu məzuniyyətdən istifadə edə bilər. Qeyd etmək lazımdır ki, həmin şəxslərin bu məzuniyyət hüququndan istifadə edə bilməsi üçün onların uşaqla eyni ünvanda yaşaması şərtdir. Bununla həmin şəxsin uşağın ailə üzvü hesab olunması mümkündür. Eyni zamanda, onların əmək müqaviləsi əsasında işləməsi də əsas şərtlərdəndir. Qeyd edilənlər müvafiq sənədlərlə öz təsdiqini tapmalıdır.

Uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyət hamiləlik və doğuşa görə məzuniyyətin bitdiyi ilk iş gündən başlayır və işçinin arzusu əsasında tam və hissə-hissə uşağın üç yaşı tamam olanadək davam edə bilər. Məzuniyyət müddəti bəzən təcrübədə 3 il kimi başa düşülsə də bu, uşağın 3 yaşı tamam olana qədərdir. Nəzərə alsaq ki, məzuniyyət hamiləlik və doğuşa göra məzuniyyətin bitməsindən sonra başlayır, deməli, uşağın anadan olmasından 3 yaşına qədər olan dövrdə 126 günlük (bəzi hallarda daha çox) hamiləlik və doğuşa görə məzuniyyət olduğu üçün qismən ödənişli sosial məzuniyyət təxminin 2 il 6 ay davam edir.

Misal 1

9 iyun 2023-cü il tarixdə hamiləlik və doğuşa görə 126 günlük məzuniyyətə çıxmış işçinin məzuniyyəti 12 oktyabr 2023-cü il tarixdə bitir. 18 avqust 2023-cü il tarixdə uşaq dünyaya gəlib. İşçi müraciəti əsasında uşağın üç yaşı tamam olanadǝk qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmək istəyir. Bu halda qismən ödənişli sosial məzuniyyətin başlama tarixi 13 oktyabr 2023-cü il hesab edilsə də bitmə tarixi uşağın üç yaşı tamam olanədək – 18 avqust 2026-cı il tarixədək davam edəcək.

Misal 2

9 iyun 2023-cü il tarixdə hamiləlik və doğuşa görə 126 günlük məzuniyyətə çıxmış işçinin məzuniyyəti 12 oktyabr 2023-cü il tarixdə bitir. 18 avqust 2023-cü il tarixdə uşaq dünyaya gəlib. 13 oktyabr 2023-cü il tarixdə işçi işə çıxıb və 3 ay işləyıb. 14 yanvar 2024-cü il tarixdən o, qismən ödənişli sosial məzuniyət hüququndan istifadə etmək istəyir. Bu halda məzuniyyətin başlanma tarixi 14 yanvar 2024-cü il hesab edilsə də qismən ödənişli sosial məzuniyyətin müddəti uşağın anadan olmasından 3 yaşı olmasına qədərki müddəti əhatə edəcək. Məzuniyyət 18 avqust 2026-cı il tarixdə bitəcək.

Göründüyü kimi, qismən ödənişli sosial məzuniyyətin nə vaxt götürülməsindən asılı olmayaraq, uşağın üç yaşı tamam olana qədərki müddəti əhatə edəcək. Uşağın üç yaşı tamam olanadək məzuniyyətə çıxmış işçi istənilən vaxt öz müraciəti əsasında məzuniyyətdən geri qayıda bilər. Bu halda işçinin işə qayıtmaq istəyi işəgötürən tərəfindən təmin edilməlidir. Bu, işəgötürənin müvafiq əmri ilə rəsmiləşdirilməli və işçi öz işinə qayıtmalıdır.

Onu da deyək ki, qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmək üçün işçi uşağın doğum haqqında şəhadətnaməsi və öz ərizəsi əsasında müraciət edir və işəgötürənin müvafiq əmri ilə məzuniyyət rəsmiləşdirilir.

Mənbə: vergiler.az

Qeyri-rezidentlər üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Təsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası

posted in: Xəbər | 0

Şirkət 1.500 azn miqdarında nağd qaydada parakəndə satış edir. Bu məbləği bank hesabına mədaxil etmədən təsisçiyə olan borcu bağlayır. Təsisçiyə olan borc bank tərəfindən təsdiqlənib. Bu əməliyyat doğrudur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30.000 manat və ya 15.000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun.

Mənbə: vergiler.az

İşçilərin attestasiyasına fərqli yanaşmalar

Birbank-dan daha bir yenilik: metro və avtobuslarda rahat ödəmə imkanı

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, artıq ödəmə terminallarının qarşısında gözləməyə ehtiyac yoxdur. Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər.

Bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.

Qeyd etmək lazımdır ki, hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri “BakıKart”-ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir.

Ətraflı məlumat üçün: https://onelink.to/fws6tw

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

1 297 298 299 300 301 302 303 2. 397