Satış üçün tikilən binalara görə əmlak vergisi ödənilməlidirmi?

posted in: Xəbər | 0

Bina tikintisi ilə məşğul olduğum halda, həmin binalara görə əmlak vergisi ödəməliyəmmi? Əgər ödəməliyəmsə, hansı tarixdə – tikinti başa çatdıqdan sonra, yoxsa əvvəlcədən ödəməliyəm? Qeyd edim ki, binaları satış məqsədilə inşa etdirirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Vergi Məcəlləsinin 13.2.17 maddəsinə uyğun olaraq, əsas vəsaitlər – istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli maddi aktivlərdir.

Nəzərinizə çatdırırıq ki, bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş binalar satış məqsədli olduğu üçün amortizasiya olunmur, belə ki, əsas vəsait sayılmır. Başqa sözlə, sorğuda qeyd olunan satış üçün tikilmiş binalar əmlak vergisi məqsədləri üçün vergitutma obyekti deyil.

Mənbə: vergiler.az

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

İş vaxtı rejiminin müəyyən edilməsi qaydaları

posted in: Xəbər | 0

İş vaxtı rejiminin müəyyən edilməsi barədə mövzunu insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 2-ci hissəsində iş vaxtının rejimi və onu müəyyən edən qaydalardan bəhs edilir. Belə ki, həmin maddənin tələbinə görə, iş vaxtının rejimi və onu müəyyən edən qaydalar işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir.

Təcrübədə əmək müqaviləsi bağlanarkən tətbiq edilən iş rejimi, yaxud iş vaxtı rejimini müəyyən edən daxili qaydalar hazırlanarkən 95-ci maddənin 2-ci hissəsinin tələbinə uyğun əmr (sərəncam, qərar) tərtib olunmur. Bu isə qanunvericiliyin tələbinin pozulması hesab olunur. Gələcəkdə iş vaxtının müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olarsa, iş vaxtının rejimi və onu müəyyən edən qaydaların təsdiq edilməsinə dair işəgötürənin əmri (sərəncamı, qərarı) olmazsa, məhkəmə tərəfindən işəgötürənin əleyhinə qərar verilə bilər. Həmçinin iş rejimi ilə bağlı işçi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət olunarsa, o zaman İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən cərimə riski yaranır.

İş vaxtının rejimi və onu müəyyən edən qaydaları tətbiq etməzdən öncə bu qaydalar mütləq işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilməlidir. Həmin əmrə əsasən, şirkətdə iş rejimi haqqında qaydalar hazırlana bilər.

Bildirmək istəyirəm ki, qeyd olunan əmr bütün iş rejimində fəaliyyət göstərən müəssisələrə şamil edilir (beşgünlük, altıgünlük, növbəli, iş vaxtının cəmlənmiş uçotu və digər rejimlər).

Əmrin məzmununda müəssisədə işçilərin hansı iş rejimində çalışacaqları, işin başlama və bitmə vaxtları, gündəlik və həftəlik istirahət vaxtları barədə məlumat qeyd olunmalıdır.

Mənbə: vergiler.az

Qismən ödənişli sosial məzuniyyətin verilməsi qaydası

Kapital Bank 2024-cü ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 iyul 2024-cü il tarixinə 9.98 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.78 milyard manat olub.

1 iyul 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 7.6  milyard  manat təşkil edib. Bankın 1 iyul 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 913 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 123.9 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Qismən ödənişli sosial məzuniyyətin verilməsi qaydası

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri özünün və tabeliyində olan ərazi idarələrinin maliyyə hesabatlarının auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 115,29 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 26-sı, saat 16:00-a qədər Bakı şəhəri, H.Cavid prospekti, 135 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 26-sı, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

İşçilərin attestasiyasına fərqli yanaşmalar

1 295 296 297 298 299 300 301 2. 397