Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli qərarı ilə vergi ödəyicisi tərəfindən bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydaları müəyyən edilib. “Business Service Center” MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli həmin qaydaları şərh edib.

Nazirlər Kabinetinin 365 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, həmin vəsait həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə olunan çek və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır. Vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Misal 1

Vergi ödəyicisi 25 may 2024-cü il tarixində bank hesabından çıxardığı 19.000 manatı 25 may 2024-cü il tarixində kassaya mədaxi edib. Vəsaitin həmin gün yox, növbəti gün kassaya mədaxil olunması uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən, vergi orqanının maliyyə sanksiyası tətbiq etmək hüququ vardır. Bu hal təqvim ili ərzində ilk dəfə olarsa həmin vəsaitin 1.000 manatdan çox olan hissəsinə 10 faiz, il ərzində belə hala təkrar yol verildikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

19.000 – 1.000 = 18.000 manat;

18.000 x 10% = 1.800 manat;

18.000 x 20% = 3.600 manat.

Bank hesabından çıxarılan vəsait kassa mədaxil orderində qeyd olunmaqla kassaya mədaxil edilməlidir. Yəni vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla xərclənməsinə qərar verə bilməz. Fərdi sahibkar bank və digər ödəniş hesabından nağd qaydada çıxarılan pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, əvvəlcə həmin pul vəsaiti sahibkarın kassasına mədaxil edilir və pul vəsaitlərinin təsərrüfat əməliyyatlarından kənar fəaliyyəti üçün götürülməsi ilə bağlı kassa məxaric orderi tərtib olunur.

Misal 2

Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 5.000 manat çıxartmağa qərar verir. Bu halda həmin vəsait mütləq kassaya mədaxil olunmalı, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş edilməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd olunan qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.

Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında (3 nömrəli Əlavə) qeydə alınır.

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması

Regionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi

posted in: Xəbər | 0

“XX” MMC-yə məxsus istirahət mərkəzinə üçmərtəbəli hotel binası və 15 kotec aiddir. 2024-cü ildən turizm sektoru üçün əmlak vergisi üzrə vergi güzəşti tətbiq edilib. Bilmək istərdik ki, MMC-yə məxsus bu binalara görə əmlak vergisi öhdəliyi necə hesablanacaq?

Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna edilməklə) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Qeyd olunanlara əsasən, 2024-ci il yanvarın 1-dən 3 il müddətinə hüquqi şəxs tərəfindən balansında olan mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlakların sahələrinə görə Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış əmlak vergisinin 75 faizi azaddır.

Əsas: Vergi Məcəlləsinin 198.2-ci və 199.21-ci maddələri

Mənbə: vergiler.az

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması

Dövlət Vergi Xidmətində yeni təyinat olub

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti təyinatEmil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Azərbaycan Prezidenti iyunun 14-də Sərəncam imzalayıb.

E. Qarayev baş vergi xidməti müşaviridir. Beləliklə, Dövlət Vergi Xidmətinin rəisinin 3 müavini oldu.

O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini və baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

2020-2021-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi, 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində çalışıb.

Mənbə: report.az

İş vaxtından artıq işləməyə yol verilən hallar hansılardır?

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması

posted in: Xəbər | 0

Son zamanlar rezidentlər tərəfindən xarici ticarət əməliyyatları həyata keçirilən zaman dolayı ödəmələrə rast gəlinir. Bu zaman vergilərin ödənilməsi ilə bağlı suallar ortaya çıxır. Sərbəst auditor Altay Cəfərov həmin suallara aydınlıq gətirir:

Tutaq ki, rezidentlər tərəfindən malların idxalı ilə bağlı güzəştli vergi tutulan ölkədə olmayan şəxslə (sadə formada desək, ofşor zonada olmayan) müqavilələr bağlanılır, lakin malları göndərən birinci şəxsin tapşırığı ilə Honq Konqda olan bir şəxsdir (ofşor zonada olan). Başqa bir halda isə vergi güzəşti tutulan ölkələrdə qeydiyyatda olmayan şəxsdən mallar idxal olunur, amma ödəniş həmin şəxsin Honq Konqda olan bankına ödənilir. Bəs bu zaman ödəmə mənbəyində vergi tutulmalıdırmı?

Məsələyə tam aydınlıq gətirmək üçün misalları nəzərdən keçirək. Oxuculara tam aydın olması üçün güzəştli vergi tutulan ölkədə olan şəxsləri “ofşorda olan şəxslər” kimi, güzəştli vergi tutulan ölkədə olmayan şəxsləri isə “ofşorda olmayan şəxslər” kimi qeyd edəcəyik.

Misal 1

“AA” MMC Türkiyə Respublikasının hüquqi şəxsi olan “SS LTD” ilə avadanlıqların idxalı ilə bağlı müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə 50.000 ABŞ dolları dəyərində avadanlıq idxal olunacaq və rezident tərəfindən ödəniləcəkdir. Mallar idxal edilən zaman yük gömrük bəyannamələrinə nəzər yetirdikdə bəyannamənin malları göndərən (ixracatçı) hissəsində “SS LTD-nin tapşırıqı ilə MM engineering solutions, Honq Konq” yazısının olduğu görünür. Eyni zamanda, “AA” MMC 50.000 dolları Türkiyənin hüquqi şəxsi olan “SS LTD”-nin Türkiyədə olan bank hesabına ödəyib.

Misal 2

“AA” MMC-nin Türkiyə Respublikasının hüquqi şəxsi olan “SS LTD” ilə avadanlıqların idxalı üzrə müqaviləsi var. Müqavilənin şərtlərinə görə, 50.000 ABŞ dolları dəyərində avadanlıq idxal olunacaq və rezident tərəfindən ödəniləcəkdir. Malları “SS LTD” birbaşa özü Azərbaycana ixrac edib. Amma ödəniş “SS LTD”-nin Honq Konqda olan bank hesabına ödənilib.

Misal 3

“AA” MMC Honq Konqda qeydiyyatda olan “MM engineering solutions” ilə 20.000 dollarlıq malların idxalı müqaviləsi bağlayıb. Malların idxalı zamanı aydın olur ki, gömrük bəyannaməsində göndərən şəxs hissəsinə “MM engineering solutions” tapşırığı ilə “VV LTD İtaliya” yazılıb. Həmçinin, 20.000 ABŞ dolları Honq Konqdakı bank hesabına yox, “VV LTD”-nin İtaliyada olan bank hesabına ödənilib.

Misallarımızda olan hallara aydınlıq gətirmək üçün Vergi Məcəlləsinə müraciət etməliyik. Məcəllənin 13.2.16.14-1-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən ödənişlər hesab olunur.

Deməli, ofşor zonaya ödəniş edəndə ödəmə mənbəyində 10% vergi tutulması öhdəliyinin yaranması üçün aşağıdakı şərtlərin olması vacibdir:

  • Şəxs ofşor zonada qeydiyyatdan keçməlidir, yaxud təsis edilməlidir.
  • Ofşor zonada təsis edilmiş şəxlərə edilən ödənişlər onların ofşor zonada olmayan nümayəndəlik və ya filiallarına həyata keçiriləndə də ödəmə mənbəyində vergi tətbiq edilir.
  • İstənilən bir şəxsin ofşor zonada olan bank hesablarına ödənişlər edildikdə də ÖMV-də 10% vergi tutulması tətbiq edilir.
  • Ödənişlər birbaşa və ya dolayısı ilə ödənilə bilər. Yəni, dolayısı dedikdə, ofşor zonada olan şəxsə birbaşa yox, aralıq şəxslər və ya aralıq banklar vasitəsilə ödənişlər nəzərdə tutulur.

Birinci misalımızda “AA” MMC tərəfindən ödənilən 50.000 ABŞ dolları məbləğindən ödəmə mənbəyində vergi (10%) tutulmayacaq. Belə ki, avadanlığı satan hüquqi şəxs ofşor zonada qeydiyyatda deyil. Avadanlıq Honq Konqdan, ofşor zonada olan ölkədən gəlməsinə baxmayaraq, faktiki təchizatçı digər ölkədə, yəni ofşor zonada olmayan rezident olduğuna görə vergiyə cəlb edilmir. Bundan əlavə, 50.000 ABŞ dolları da Honq Konqa yox, Türkiyə Respublikasında olan banka ödənilib.

İkinci misalımızda isə artıq ödəmə mənbəyində 10% vergi tutulacaq. Baxmayaq ki, ixracatçı Türkiyədə qeydiyyatdadır, ancaq bank ofşor zonada olduğundan 10% vergi tutulacaq.

Üçüncü misalımızda da ödəmə mənbəyində vergi tutulacaq. Mallar faktiki olaraq İtaliyadan gəlib və İtaliya güzəştli vergi tutulan ölkə deyil, həmçinin vəsait də İtaliyaya ödənilib. Amma faktiki olaraq ixracatçı ofşor zonada qeydiyyatda olduğundan, bu əməliyyat dolayısı ilə aparılmış ödəniş kimi qiymətləndirilir. Vəsait İtaliyaya ödənilib, mallar da İtaliyadan gəlib. Lakin ixracatçı ofşor zonada olan şəxs olduğuna görə, əməliyyat dolayısı ilə ödəniş edilmiş əməliyyat kimi qiymətləndirilir və ödəmə mənbəyində 10% vergi tutulacaq.

Mövsümi turizm fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri

1 294 295 296 297 298 299 300 2. 387