“Azərkosmos” auditor seçir

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 2024-2025-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini avqustun 5-nə qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 5-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Torpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

posted in: Xəbər | 0

Vergi ödəyicisi olaraq, bankdan xarici valyuta alan zaman kommersiya bankı ilə Mərkəzi Bankın məzənnə fərqindən yaranan fərq vergi baxımından gəlirdən çıxılan xərc kimi nəzərə alınırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranmış məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Mənbə: vergiler.az

Səhm satışı ilə bağlı bank xərcləri gəlirdən çıxılırmı?

“Moody’s” və “S&P” Kapital Bank-ın reytinqlərini təsdiqləyib və bankın perspektivini müsbət qiymətləndirib

posted in: Xəbər | 0

5 iyul 2024-cü il tarixində “Moody’s” beynəlxalq reytinq agentliyinin yayımladığı son hesabatda ölkənin uzunmüddətli kredit reytinqi proqnozu “sabit”dən “müsbət”ə yüksələrək “Ba1” səviyyəsində qiymətləndirilib və ölkənin makro iqtisadi göstəricisinin yüksəldiyi qeyd olunub.

Agentlik, həmçinin ölkənin birinci bankı Kapital Bank-ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinq proqnozunu “sabit”dən “müsbət”ə dəyişməklə “Ba2” səviyyəsində təsdiq edib. Onu da qeyd etmək lazımdır ki, bankın Əsas Kredit (BCA) qiymətləndirməsi üzrə reytinqi “Ba3” səviyyəsində və Uzunmüddətli Kontragent Riski (LT-CRR) qiymətləndirilməsi üzrə reytinqi “Ba1” səviyyəsində təsdiqlənib. Agentlik öz hesabatında bankın keyfiyyətli kredit portfelinin olmasını, məcmu kapital adekvatlığının bankın güclü və dayanıqlı kapital resursları ilə dəstəklənməsini, o cümlədən aktivlərin effektiv idarə olunması ilə güclü gəlirlilik göstərcilərini müsbət məqamlar kimi qeyd edib.

“Standard & Poor’s (S&P)” agentliyinin 2 iyul 2024-cü il tarixində yayımladığı göstəricilərə gəldikdə isə Kapital Bank-ın uzun və qısamüddətli kredit reytinqləri “BB-/B” səviyyəsində təsdiqlənib. Bu, bankın güclü və sabit maliyyə imkanlarını, kredit portfelinin böyüməsini vurğulamaqla yanaşı, bankın gələcək perspektivlərinin də müsbət olduğunu göstərir. Agentlik xüsusilə növbəti 12-18 ay ərzində bankın ölkənin maliyyə sektorundakı mövqeyinin daha da güclənəcəyinə dair gözləntilərini vurğulayıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Təsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası

Torpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması

posted in: Xəbər | 0

VÖEN-i olmayan fiziki şəxs özünə məxsus torpağı başqa torpaqla barter müqaviləsi əsasında dəyişərsə, bu zaman sadələşdirilmiş vergi hansı maddələr əsasında və hansı qaydada hesablanır?

İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Barter” dedikdə, malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir.

Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Mülkiyyətdə olan torpaq sahələrinin təqdim edilməsindən aşağıdakı hallarda vergi tutulmur:

  • torpaq sahəsinin hədiyyə, maddi yardım və ya miras formasında ailə üzvlərinə verilməsi;
  • torpaq sahəsinin ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi;
  • torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması.

Fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat məbləğində (torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq) Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi həmin Məcəllənin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində qeyd edildiyi kimi, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

Qeyd olunanlar barədə ətraflı məlumatı torpaq sahəsinin təyinatı və yerləşdiyi ərazi haqda məlumat verməklə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Mənbə: vergiler.az

Qismən ödənişli sosial məzuniyyətin verilməsi qaydası

1 296 297 298 299 300 301 302 2. 397