Gilan Holding’də vakansiya

posted in: İş elanı, Xəbər | 0

Vəzifə: İnsan resursları üzrə menecer (Gilan and Knauf)

Kateqoriya: İnsan Resurslarının İdarə Edilməsi

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər

İş yeri: Azərbaycan / Goranboy

Təhsil: Bakalavr

Tələb olunan ixtisas: İnsan resurslarının idarə edilməsi, Menecment

Öhdəliklər:

  • Əmək qanunvericiliyinə uyğun olaraq əmək münasibətlərini idarə etmək;
  • Ümumi büdcəyə uyğun olaraq İnsan Resursları büdcəsini hazırlamaq və ümumi nəzarət etmək;
  • Perfomansın İdarə edilməsi sistemini tətbiq etmək, prosesin gedişatına nəzarət etmək;
  • Müəssisənin strateji hədəflərinə əsasən İnsan Resursları sahəsində təlim və inkişaf proqramlarını tətbiq etmək və prosesin gedişatına nəzarət etmək;
  • Yeni işçilər üçün adaptasiya proqramını həyata keçirmək və onun effektivliyinin ölçülməsi prosesinə nəzarət etmək;
  • İşçilərin loyallığını və işçi  məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularını həyata keçirmək və ümumi prosesin gedişatına nəzarət etmək;
  • İşə qəbul sisteminin qurulmasına nəzarət etmək;
  • İşçi sayını təsdiqlənmiş büdcəyə əsasən planlaşdırmaq;

Dil bilikləri:

  • Azərbaycan: Ana dili
  • Rus: Orta səviyyədən yuxarı
  • İngilis: Orta

İT bilikləri: MS office,1C

gilanholding.com/careers/vacancies/ linkinə daxil olaraq müvafiq vakansiya üzrə CV-nizi göndərə bilərsiniz.

Mənbə: gilanholding.com

Son tarix: 25.03.2018

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

“Sumqayıt Kimya Sənaye Parkı” Auditor seçir

posted in: Audit, Xəbər | 0

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC ötən ilki maliyyə təsərrüfat fəaliyyətinin auditinin aparılması üçün kotirovka sorğusu elan edib. Kotirovka təklifləri martın 29-a qədər Parkın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanında (“Demirchi Tower” iş mərkəzi) qəbul olunur. Əlaqələndirici şəxs Abbas Mamedovdur (tel.: (012) 488 80 65).

Təklifllərə martın 30-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: fins.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

600 manat əmək haqqı ilə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: IDS-2018 MMC

Vəzifə öhdəlikləri

• Mühasibat uçotu sənədləşmələrinin düzgün tərtib edilməsi və nəzarətdə saxlanılması;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması, mühasibat uçotu hesablarında onların  hərəkətinin təmin edilməsi;
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
• Aylıq və rüblük maliyyə hesabatlarının aparılması;
• Bank və kassa əməliyyatlarının yerinə yetirilməsi;

Namizədə tələblər

• Cinsi – qadın;
• Yaş həddi –  25- 40 yaş arası;
• Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
• Analoji sahədə iş təcrübəsi – 1-3 il;
• Kompüter programlarında işləmə bacarığı;
• Günəş proqramından istifadə bacarığı;
• Dil bilikləri:  Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti;

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları şirkət tərəfindən ödəniləcək;
• İş qrafiki həftənin 6 günü;
• İş saatı 1-5-ci günlər 09.00-dan 18.00 kimi, 6-cı gün 10.00- dan 16.00 qədərdir.
• Əmək Haqqı – 500-600 AZN

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) leyla.abdullazade@mint.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Mühasib) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

 

Nağd pul dövriyyəsi – Bunları bilmək maraqlıdır (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Nağd ödənişlər – bu, bir qayda olaraq təşkilatlar üçün çox rahat bir üsuldur. Lakin, istənilən qaydada istisnalar da mövcuddur. Bəzən, misal üçün, kiçik, birfədəlik alış-veriş zamanı təşkilatlar üçün nağd şəkildə ödəmə üsulu daha rahatdır. Bundan əlavə, işçilərlə hesablaşma zamanı da nəğd pullardan istifadə olunur.

Təşkilatların nağd ödənişlərinə də Mərkəzi bank tərəfindən nəzarət olunur, baxmayaraq ki, obyektiv səbəblərə görə nəzarət imkanları çox məhduddur. Vergilərin bir sıra ölkələrdə elə də coşqu ilə ödənilməməsi, heç kimə sirr deyil və dövlət də bunu yaxşı bilir. O səbəbdən dövlət qurumları nağd pul dövriyyəsini məhdudlaşdırmaqdan ötrü çalışırlar ki, müəssisə və təşkilatlar pul ödənişlərini daha çox nağdsız formada həyata keçirsinlər.

Nağd pul ödənişlərinə nəzarəti həyata keçirməyi Mərkəzi banklar kommersiya banklarının üzərinə qoyurlar, hansı ki, təşkilatların bank hesabları, məhz həmin banklarda açılır. Kommersiya bankları müştərilərinə standart hesablamalar əsasında icazə verilən pul vəsaitlərinin qalıqlarını təsdiqləməlidirlər və təşkilatlar müəyyən olunmuş limitdən artıq nağd məbləğləri ola biləcəyi günlərdə kommersiya banklarına əmək haqqı ilə bağlı cədvəlləri təqdim etməlidirlər.

Əgər müəssisədə nağd pul vəsaitləri təyin olunmuş limiti keçərsə, onda müəssisə artıq nağd pul kütləsini kommersiya bankına təhvil verməyə borcludur. Lakin, əmək haqqı ödənilən günlərdə müəssisədə böyük məbləğdə pul kütləsi ola bilər.

Nağd pul vəsaitləri ilə bağlı təşkilatlar arasında hesablaşmalardan ötrü limit də tətbiq oluna bilər. Misal üçün, Rusiya Mərkəzi bankı hüquqi şəxslər arasında (eləcə də hüquqi şəxslər və fərdi sahibkarlar arasında) bu cür bir sövdələşmə üçün 100 min rubl limit təyin edib.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az